Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəğd ödəniş dönəmi bitir - Kağız pulların tarix olma ehtimalı varmı?


Ekspert: “Dünyada pul dövriyyəsinin, ticarətin elektronlaşması prosesi gedəcək”


“İnkişaf etmiş ölkələrin keçdiyi yola baxdıqda görürük ki, elektron formada alış-verişlərin həyata keçirilməsi, ümumiyyətlə ticarətdə nəğd pulun yığışdırılması yönündə addımlar atılır”.

Bu sözləri  iqtisadçı ekspert Natiq Cəfərli kağız pulların tezliklə tarix olacağı haqqında iddiaları PİA.AZ-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, artıq dünyanın bir çox ölkələrində nəqd hesablaşmalar demək olar ki, ortadan qaxır. Bəziləri iddialara görə isə kağız pullar tezliklə tarix olacaq. Bunu həm artıq bank kartları ilə ödəmələrin bütün dünyada kütləviləşməsi ilə, həm də kriptovalyutaların populyarlıq qazanması ilə əlaqələndirirlər. Ümumiyyətlə elektron pullar artıq kifayət qədər populyarlaşıb və getdikcə istifadəsi daha da çoxalır. Demək olar ki, indi sanki dəyərlər də dəyişib. İnsanların əksəriyyəti pulu yığıb saxlamaq əvəzində konkret məhsul və ya xidmət əldə etməyə üstünlük verir. Nağd pul sanki ikinci plana keçib. Görünən budur ki, hər şey ona doğru gedir ki, elektron pul və nağdsız ödəmələr metal-kağız pulları ortadan çıxaracaq. 

Bir sıra dövlətlər isə artıq öz kriptovalyutaların dövriyyəyə buraxıblar. Bunların arasında ABŞ, Rusiya, Çin, Yaponiya kimi aparıcı dövlətlər də var. Həmçinin artıq ABŞ-ın Federal Ehtiyat Sistemi, Qiymətli kağızlar üzrə Komissiyası, törəmə qiymətli kağızları üzrə tənzimləyicisi, Avropa qiymətli kağızlar bazarı üzrə nəzarət İdarəsi, Avropa İttifaqının monetar sahəsi üzrə tənzimləyiciləri, bir sıra iri ölkələrin tənzimləyiciləri kriptovalyutaları ya qiymətli kağızlar, ya da investisiya aləti hesab edir. 

Hər bir dövlətin əsas atributlarından biri olan kağız pulların doğurdan tarix olma ehtimalı varmı? Ümumiyyətlə dövlətə aid olmayan və arxasında heç bir istehsal dayanmayan özəl virtual valyuta növlərinin meydana çıxması dövlətlərin iqtisadiyyatına, o cümlədən dünya iqtisadiyyatına necə təsir edir və bu vəziyyət gələcəkdə dünyada istehsal sahələrində xaosa yol aça bilərmi?       
      
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.



Natiq Cəfərli: “Başda bitkoin olmaqla kriptovalyutaların gələcəkdə dünya istehsal sahələrində xaosa yol aça bilmə problemi var”.


Dünyada şəffaflığın artırılması yolunda elektron formada alış-verişin həyata keçirilməsi, virtual pulların dövriyyəsinin artmasının getdikcə çoxaldığını qeyd edən iqtisadçı ekspert Natiq Cəfərliyə PİA.AZ-a açıqlamasında əlavə edib ki, bu kriptovalyutaların dövriyyəyə girməsi və populyarlıq qazanması ilə əlaqəli deyil. Çünki kriptovalyutalar tamam başqa mövzudur:

“Əslində elektron hesablamalara keçidlə, elekrton pul dövriyyəsi ilə bağlı artıq bir çox ölkələrdə uzun müddətdir ki, iş davam edir. Amma bu birbaşa kriptovalyutalarla əlaqəli deyil. Məsələn son illərdə Avstraliyada ölkə ərazisindəki ticarət dövriyyəsinin təqribən 90 faizə yaxını elektron formada həyata keçirilir. Yəni demək olar ki, Avstraliyada kağız pullar işləmir. Bu da həm şəffaflığı, həm də vergi daxilolmalarının həcmin artırır və çirkli pulların dövriyyəsinə imkan yaratmır. Əslində dünya çoxdan 20-ci əsrdən başlayaraq bu yolla gedir. Yəni artıq uzun illərdir ki, pulların elekrton formaya keçməsi, yəni telefonlar vasitəsi ilə ödənişlərin olmasından tutmuş, elekrton kartlara qədər dünyada bir çox ödəmə növləri mövcuddur.

Onu da qeyd edim ki, bu o demək deyil ki, kağız pullar tamamilə dövriyyədən çıxarılacaq və heç bir halda istifadə olunmayacaq. Bunu deməyə əsas yoxdur. Amma ən azından yaxın gələcəkdə inkişaf etmiş ölkələrin keçdiyi yola baxdıqda görürük ki, elektron formada alış-verişlərin həyata keçirilməsi, ümumiyyətlə ticarətdə nəğd pulun yığışdırılması yönündə addımlar atılır. Hətta bu yaxınlarda Avropa Mərkəzi Bankı çox maraqlı bir qərar verdi və gələn ildən başlayaraq 500 avroluq əskinasları dövriyyədən çıxarmağı düşündüklərin elan etdilər. Yəni 500 avroluq əskinas korrupsiyada yaxud da çirkli pulların dövriyyəsində, narkotik, silah alış-verişində istifadə olunan ən yüksək dəyərli əskinaslardan biri olduğu üçün dövriyyədən çıxarırlar. 

Bu nöqteyi nəzərdən dünyada doğrudan da, şəffaflığın artırılması yolunda elektron formada alış-verişin həyata keçirilməsi, belə demək mümkündürsə, virtual pulların dövriyyəsinin artması getdikcə çoxalır. Amma yenə qeyd edim ki, bu kriptovalyutalarla əlaqəli deyil. Çünki kriptovalyutalar başqa mövzudur. Hazırda dünyada 1500-ə yaxın müxtəlif adlı kriptovalyutalar dövriyyədədir. Bu kriptovalyutaların əksəriyyəti də dövriyyəyə buraxılandan bir müddət sonra dövriyyədən çıxır, yaxud da dəyəri sıfırlanır. 

Natiq Cəfərli: “Hər bir dövlət çalışacaq ki, müxtəlif nəzarət mexanizmləri hazırlayaraq dövriyyədə olan kriptovalyutalara nəzarəti gücləndirsin”.


Qeyd edim ki, kriptovalyutalarla bağlı ən böyük problemlərdən biri odur ki, nəzarət mexanizmləri zəif olduğundan dünyada çirkli pulların yuyulmasında istifadə olunan alətə çevrilməsi haqqında məlumatlar dolaşır. Bu da heç də yaxşı deyil. Amma dünyada pul dövriyyəsinin, ticarətin elektronlaşması prosesi gedəcək. Məsələn Avstraliya qarşısına məqsəd qoyub ki, 2025-ci ilə qədər dövriyyədən kağız pullar yığışdırlacaq və elekrton alış-verişə keçiləcək. Yaxın gələcəkdə də daha çox ölkələr bu addımı atacaqlar.

Başda bitkoin olmaqla kriptovalyutaların gələcəkdə dünya istehsal sahələrində xaosa yol aça bilmə problemi var. Amma düşünmürəm ki, bu problem gələcəkdə dövlətlərin tamamilə nəzarətindən çıxsın. Hər bir dövlət çalışacaq ki, müxtəlif nəzarət mexanizmləri hazırlayaraq dövriyyədə olan kriptovalyutalara nəzarəti gücləndirsin. Çox yaxın gələcəkdə də bununla bağlı qərarların olacağın düşünürəm.Çünki artıq həm ABŞ-ın Federal Ehtiyat Sistemi, həm Britanaiya Bankı, həm Çin Mərkəzi Bankı, həm də Avropa Mərkəzi Bankı açıqlamalar veriblər. Çox böyük ehtimal yaxın gələcəkdə bununla bağlı problemlər həllini tapacaq. Yəni nəzarət mexanizmləri yaradılacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar