Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftin ucuzlaşmasının büdcəyə təsiri...


“Gələn il hökumət güman ki, neftin bir barrelinin qiymətini 90 dollardan proqnozlaşdıracaq, amma istərdim ki, hətta 80 dollardan götürülsün”


Bunu Axar.az-a dünya birjalarında neftin qiymətinin ucuzlaşması ilə bağlı məsələyə aydınlıq gətirən iqtisadçı ekspert Samir Əliyev deyib:
 
“Öncə nəzərə almaq lazımdır ki, Azərbaycan neft gəlirlərindən asılı ölkədir. Hesablamalara görə, dövlət büdcəsinin 75%-i bu və ya digər formada neftdən formalaşır. Təkcə onu demək kifayətdir ki, büdcənin yarısı Neft Fondundan edilən birbaşa transfer hesabınadır. Neftin bir barreli 2014-cü il büdcəsində 100 dollar nəzərdə tutub. Bu il neftin qiyməti bir müddət 105-110 dollara qədər qalxdı və orta illik qiymət 100 dollardan aşağı olmadı. Yəni hökumətin proqnozu özünü doğrultdu. Amma bundan sonra neftin qiymətinin aşağı düşmək ehtimalı var”.
 
Ekspertin fikrincə, neftin qiyməti ucuzlaşdığı təqdirdə gələn il üçün büdcəyə xeyli ziyan dəyə bilər:
 
“Gələn il üçün neftin qiymətinin ucuzlaşmasının təsirinin olub-olmaması dövlət büdcəsinin formalaşdırılmasından asılıdır. Əgər bu il olduğu kimi, gələn il üçün də neftin bir barreli 100 dollar proqnozlaşdırılsa və büdcədə də bu qiymətlə nəzərdə tutulsa, problem yarana bilər. Hesab edirəm ki, gələn il üçün hökumət neftin barrelini 90 dollardan proqnozlaşdıracaq və büdcədə də buna uyğun daxilolma nəzərdə tutacaq. Amma istərdim ki, qiymət daha aşağı, 80 dollardan götürülsün: bu rəqəm bizi risklərdən sığortalayar”.
 
Xatırladaq ki, Tehrana qarşı tətbiq edilən sanksiyaların yumşaldılması nəticəsində İran avqustdan etibarən öz nefti ilə dünya bazarına daxil olub. Digər tərəfdən, ABŞ da neft ixracatçıları siyahısında yer almağa çalışır və beynəlxalq expertlərin fikrincə, tezliklə ABŞ ən iri neft ixracatçısı olacaq. Bu isə neftin dünya qiymətlərinə təsirsiz ötüşməyəcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar