Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftin qiymətlərinin yüksəlməsi dünya iqtisadiyyatını necə təhdid edir?


Vüsalə Əhmədova: “Yüksək neft qiymətlərinin bir təsiri də ixracatçı ölkələrə daxil olan gəlirlərin investisiyaya çevrilməməsidir”


Beynəlxalq birjalarda neft qiymətləri artmaqda davam edir. Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,18 dollar artaraq 74,58 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,51 dollar bahalaşaraq 70,88 dollar təşkil edib.

Analitiklərin son açıqlamalarında isə qeyd edilir ki, neft şirkətlərinin yeni hasilata yatırımlarını azaltması səbəbindən bazarda yaranan qıtlıq, neftin qiymətini 150 dollara qədər artıra bilər. Bununla paralel olaraq, bəzi çevrələrdə son dövrlərdə neftin qiymətindəki artımın dünya iqtisadiyyatı üçün ciddi bir təhdid təşkil etdiyi önəmlə vurğulanır. Hələ 2001-ci ilin noyabr ayında 18 dollar olan, İraqın işğalından sonra 25 dollar səviyyəsinə qalxan, 2005-ci il sentyabr ayının ortalarında isə 70 dollaradək yüksələn neftin bir barelinin qiyməti son dövrlərdə 60-70 dollar arasında dəyişməkdədir. Bu səviyyədə qiymət artımı 1973-1974, 1978-1980, 1989-1990-cı illərdə yaşanan qiymət artımlarını və ardınca baş verən iqtisadi durğunluq və yüksək inflyasiyanı bizlərə xatırladır. İstər-istəməz ağıllara “bu qiymət artımı dünya iqtisadiyyatı üçün növbəti bir neft şokunun xəbərçisidirmi?” sualını gətirir. Ani qiymət artımının başladığı 2003-cü ilin sonu 2004-cü ilin başlanğıcında verilən proqnozlarda qiymət artımının İraqdakı xaosla yaxından əlaqəli olduğu, zaman içərisində İraqın neft sənayesinin bərpası ilə istehsal gücündə artım olacağı və qiymətlərin təkrar 30 dollar səviyyəsinə enəcəyi deyilirdi. Bunun əksinə, 2005-ci ilin aprel ayından etibarən yüksək qiymət artımının davamlı olacağı yönündə verilən şərhlər də az deyildi. Hazırkı neft qiymətlərinin hələ bir müddət 60-70 dollar səviyyəsində qalacağı proqnozlaşdırılır. Ancaq əsas sual, bu yüksək qiymətlərin nə qədər müddət davam edəcəyi və dünya iqtisadiyyatı üçün növbəti neft şokuna səbəb olub olmayacağıdır. Ümumiyyətlə, neftin qiymətinin artma səbəbi nədir və yüksək qiymətlər hansı halda davamlı ola bilər?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Vüsalə Əhmədova bildirdi ki, bu suallara makro və mikro səviyyədə iki ayrı istiqamətdə cavablar verilə bilər: “Makro səviyyədə neftin qiymətinin yüksəlməsinin dörd əsas amilini göstərə bilərik: Dünyanın ən zəngin neft ehtiyatlarına sahib olan Yaxın Şərqdə, İraqda və Suriyadakı hərbi münaqişələr, Ukraynadakı konfliktlər, terror hərəkətləri neft hasilatının səmərəli idarə edilməsini ləngidir və nəticədə istehsal səviyyəsinin artırılması mümkün olmur. Yaxın Şərq dünya neft ehtiyatlarının 70%-nə sahib olduğu halda, sadəcə 20%-ni istehsal etməkdədir və dolayısıyla enerji təchizatı təhlükəsizliyinin təmin edilməməsi qiymətləri artırır. İraqın işğalı, daha sonra istər İraqda, istərsə də Səudiyyə Ərəbistanında yaşanan terror hücumları, Venesuela və Nigeriyada yaşanan siyasi münaqişələr, Suriyadakı hərbi toqquşmalar və qeyri-sabitlikdən qaynaqlanan qorxu və narahatlıqlar qiymətlərin artmasına səbəb olmuşdu.

Bundan başqa, Yaxın Şərqə alternativ sayıla biləcək Qafqaz, Xəzər, Orta Asiya və Qərbi Afrika kimi zəngin neft ehtiyatlarına sahib olan bölgələrdən dünya bazarına daxil olan xam neft istər texnoloji, istərsə də geosiyasi və geoiqtisadi səbəblərdən dolayı gözlənildiyi kimi istənilən zamanda və miqdarda istehsala daxil edilmir.

Həmçinin, dünyada neftə olan tələbat əsasən son illərdə ciddi iqtisadi inkişaf göstərən Asiya ölkələrində artmaqdadır. Çin və Hindistandakı istehlak artışı xüsusilə diqqəti cəlb edir. Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, Çin 2003-cü ildə gündə 1.664 milyon barel neft idxal etdiyi halda, hazırda gündə 8-9 milyon barel neft idxal etməkdədir. İdxal miqdarının 2018-ci il boyunca gündəlik 12 milyon barel olacağı, 2030-cu ilədək isə bu miqdarın gündəlik 18 milyon barel səviyyəsinə yüksələcəyi proqnozlaşdırılır.

Son olaraq, dünyanın ən böyük neft idxalçısı sayılan ABŞ-ın əsas neft və təbii qaz istehsal sahələrinin yerləşdiyi Meksika körfəzi və cənub sahillərində bildiyiniz kimi “Katrina” və “Rita” qasırğaları baş vermiş və təsiri uzun müddət hiss ediləcək ciddi zərərlərə yol açmışdı. Bu kimi dünya neft bazarında ciddi dalğalanmalara yol açan təbii fəlakətlər potensial problem təşkil edir”.

İqtisadçının sözlərinə görə, məsələyə mikro səviyyədə baxıldıqda qiymət artımına azalan təklif, artan tələb və maliyyə spekulyasiyalarının səbəb olduğunu söyləyə bilərik: “Birinci səbəb, təklif ilə əlaqədar olan səbəblərin başında, 1997-ci ildən bu gündədək OPEC-in neft kvotalarını yaxşı manipulyasiya etməsi gəlməkdədir. Nə zaman ki, OPEK ölkələrinin xam neft ehtiyatları artmağa başlayır, OPEC hasilat kvotalarını endirərək qiyməti yüksəltməyə müvəffəq olur. 2016-cı ilin sonunda OPEK üzvlərinin Vyanada təşkil olunan görüşündə gündəlik neft hasilatı həcminin 1,2 milyon barel azaldılması qərarına gəlinmişdi.

Картинки по запросу opec meeting

Təklif baxımından ikinci bir faktor Amerika bazarında yaşanan resurs qıtlığı olmuşdu. Xüsusilə son bir-iki ildə neftayırma müəssisələrindəki istehsal həcminin tələb artışını qarşılaya bilməməsi qiymətlərin artmasına səbəb vermişdi. Bu ilin may ayında Amerika Neft İnstitutu məlumat yayaraq ölkədəki xam neft ehtiyatlarının 1,33 milyon barel azaldığını bildirdi. Bundan əlavə ABŞ-ın “Şist” neftinin Avropa neftayırma müəssisələrində emalında bir sıra çətinliklər yaşanır”.

V. Əhmədova vurğuladı ki, yüksək neft qiymətləri dünya iqtisadiyyatına bir neçə yöndən təsir göstərir: “Ən başlıcası inflyasiyada artıma yol açır. Dünya iqtisadiyyatının lokomotivi sayılan ABŞ-da yüksək neft qiymətlərindən dolayı 2005-ci ilin sentyabr ayında 4 faizlik inflyasiya yaşanmış, həmin dövrlərdə Avropa bölgəsində də inflyasiya 2 faizdən 3,6 faizə sıçramışdı. İnflyasiyadakı artımın digər mənfi cəhəti isə inflyasiya gözləntilərini tətikləməsidir. İstər ABŞ-da, istərsə də AB-də inflyasiyanın yüksələcəyi yönündəki proqnozlar çoxluq təşkil edir”.

Ekspertin fikrincə, yüksək neft qiymətlərinin yaratdığı digər problemlər iqtisadi artımın azalması, faizlərin yüksəlməsi və cari kəsirlərin artmasıdır: “Hələ 2005-2006-cı illərdə İMF dünya səviyyəsində 4,3 faizlik artımın olacağını qeyd etsə də bu reallaşmadı, həmin dövrdə ABŞ-ın cari kəsiri isə 6 faizi keçdi. ABŞ Federal Ehtiyat Sistemi 2005-ci ilin sentyabr ayı sonundan etibarən uçot dərəcəsini 0,25 faiz nisbətində artıraraq 3,75 faizə yüksəltmişdi. 2007-2008-ci illərdə FED uçot dərəcəsini minimal həddədək (0-0,25 faiz) endirsə də, 2015-ci ilin dekabr ayından etibarən ABŞ təkrar uçot dərəcəsinin tədricən artırılması siyasətinə başlayıb. Nəticədə yüksək faizlər ixracata söykənən ölkələrin iqtisadiyyatlarına mənfi təsir göstərir.

Yüksək neft qiymətlərinin digər bir təsiri isə, neft ixrac edən ölkələrə daxil olan gəlirlərin investisiyaya çevrilməməsidir. Neft ixracından əldə olunan böyük valyuta rezervləri çox təəssüf ki, investisiyaya çevrilmir, gələcəkdə baş verə biləcək qeyri-sabitliklərdən sığortalanmaq üçün mühafizə edilir və ya ölkəmizdə olduğu kimi, gərəksiz infrastruktur layihələrinə xərclənir”.

Qiymətlərin hansı formada dəyişəcəyinə gəlincə, V.Əhmədova bildirdi ki, burada irəli sürülən fikirlər haçalanır: “Qiymət artımının davam edəcəyini irəli sürənlər yeni bir “neft şokunun” yaşanmayacağını, dünya iqtisadiyyatındakı böyüməyə bağlı olaraq artan tələbin qiymətləri yüksəltdiyini iddia edirlər. Məsələn, 2004-cü ildə 16%-lik rekord səviyyədə artan neft tələbatı Çindən qaynaqlanmışdı. Hazırda da eyni vəziyyət olduğu düşünülür. Ancaq, Çinin inkişaf tendensiyasını və adam başına düşən milli gəlirini nəzərə alsaq, bu ölkədə tələbin daha güclü artacağını düşünmək sadəlövlükdür. Qiymət artımında yaşanan bu hərəkətliliyin əsil səbəbi əlavə istehsal gücünün olmamasıdır. Xüsusilə, İraqSuriyadakı münaqişələr, Yaxın Şərq və Venesueladakı siyasi gərginliklər, İrana tətbiq edilən embarqo istehsal gücünün artırılmasına əngəl olur. Yüksək qiymətlərdən böyük qazanclar əldə edən OREC üzvü olan ölkələr və eləcə də, dünyanın böyük neft şirkətləri istehsal gücünün artırılmasında maraqlı deyillər. Bundan sonra yaşana biləcək hərbi çevriliş, terror hücumları, təbii fəlakətlər kimi səbəblərdən dolayı neft təchizatında yaranacaq 4 faizlik azalmanın, hal-hazırda 60-70 dollar səviyyəsində olan neftin barelinin qiymətini 160 dollara yüksəldə biləcəyini ehtimal edə bilərik. Ancaq digər bir tərəfdən, yeni neft rezervlərinin istismara açılması, gələcəkdə isə alternativ enerji mənbələrindən istifadənin çoxaldılması, elektromobillərin kütləvi istehsalına başlanması neft qiymətlərinin düşəcəyini göstərir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar