Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftin qiymətinin qalxdığı bir şəraitdə manatın dəyəri niyə itir? – Ekspert rəyi

Azər Mehtiyev: “İndiki halda manatın möhkəmlənməsi üçün hər hansı bir baza yoxdur”


“İqtisadi artım səviyyəsinin aşağı düşməsinə görə manatın tədricən dəyərsizləşməsi baş verəcək”.

Bu sözləri iqtisadçı ekspert, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi İdarə Heyətinin sədri Azər Mehtiyev manatın dəyər itirməsinin əsas səbəblərin PİA.AZ-a şərh edərkən deyib.

Qeyd edək ki, dolların son günlər dünya bazarında möhkəmlənməsi  manata da təzyiqi artırıb. Son 1 həftədə Azərbaycanda dolların bahalaşması müşahidə olunur. Dolların möhkəmlənməsi bivalyuta səbətinə malik Azərbaycanda milli valyutanın dəyər itirməsinə səbəb olur. Dollar tələbini ödəyə bilməyən və buna aydınlıq gətirməyən Mərkəzi Bank əslində manatın ucuzlaşmasına şərait yaratmaqdadır.

Neftin qiymətinin qalxdığı bir şəraitdə manatın dəyər itirməsini nəylə əlaqələndirirmək olar və Dövlət Neft Fondu 2016-cı ildə milli valyutanın sabitliyinə sərf olunan vəsait 3 milyard 42,8 milyon dollara çatıb. Bu göstərici normaldı?    

Bu suallarla PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert Azər Mehtiyevə müraciət edib. 



Azər Mehtiyev: “Azərbaycanda elə tendensiya yoxdur ki, neftin qiyməti qalxanda manat qalxsın, neftin qiyməti düşəndə manat düşsün”.


İqtisadçı ekspertin fikirlərinə görə Azərbaycan iqtisadiyyatında iqtisadi artım səviyyəsi aşağı düşür. Belə bir şəraitdə təbii ki, manatın möhkəmlənməsi gözlənilən deyil və heç arzu olunan da deyil:

“Son zamanlar neftin qiymətinin davamlı olaraq “oynayır”. Yəni biz deyə bilmərik ki, neftin qiyməti həmişə yüksək olacaq və qalxmaq üzrə olacaq. Bizə məlumdur ki, son aylar neftin qiyməti 45-55 dollar arasında dəyişir. Təbii ki, bu da ölkəyə daxil olan neft gəlirlərinin müəyyən vaxtda, yəni 1-2 ay müddətində sabit səviyyədə qalmasını təmin edən amildir. Ancaq Azərbaycanda manatın məzənnəsi nə qədər neft gəlirlərindən asılı olsa da, prosesdə birbaşa sərbəst bazar tənzimlənmə yoxdur. 

Manatın məzənnəsi Mərkəzi Bank tərəfindən tənzimlənir. Məzənnəni müəyyən edən əsas orqan məhz Mərkəzi Bankdır. Düzdür Mərkəzi Bank bunu üzən valyuta adı altında həyata keçirir və valyuta həraclarında formalaşan məzənnə olduğun deyir. Ancaq açıq şəkildə görünən odur ki, manatın məzənnəsi Mərkəzi Bank tərəfindən müəyyən edilir. İndiki halda manatın möhkəmlənməsi üçün hər hansı bir baza yoxdur. 

Azər Mehtiyev: “Açıq şəkildə görünən odur ki, manatın məzənnəsi Mərkəzi Bank tərəfindən müəyyən edilir”.


Azərbaycan iqtisadiyyatında artım səviyyəsi aşağı düşür. Belə bir şəraitdə təbii ki, manatın möhkəmlənməsi gözlənilən deyil və heç arzu olunan da deyil. İqtisadi artım səviyyəsinin aşağı düşməsinə görə manatın tədricən dəyərsizləşməsi baş verəcək. Hətta demək olar ki, manatın dəyərsizləşməsi başlayıb. Azərbaycanda elə tendensiya yoxdur ki, neftin qiyməti qalxanda manat qalxsın, neftin qiyməti düşəndə manat düşsün. Bu da sərbəst tənzimləmənin olmamasının nəticəsidir. 

Dövlət Neft Fondu 2016-cı ildə milli valyutanın sabitliyinə sərf olunan vəsait 3 milyard 42,8 milyon dollara çatmasının normal və qeyri-normal olmasından söhbət getmir. Çünki Dövlət Neft Fondundan dövlət büdcəsinə ayırmalar var və bu ayırmaların da qrafiki var. Bu qrafiklərə uyğun olaraq da vəsaitlərin Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürmələr həyata keçirilir. Onu da qeyd edim ki, Dövlət Neft Fondundan vəsaitlər tək dövlət büdcəsinə köçürülmür. Dövlət Neft Fondundan "TANAP" layihəsinin maliyyələşdirmək üçün də vəsait ayrılır. Yəni bu işlər qrafik üzrə müəyyən olunan prosesdir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar