Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftin qiymətinə Səudiyyə Ərəbistanı ilə Qətər arasında gərginlik necə təsir edə bilər?


İlham Şaban: “Hesab eləmirəm ki, neftin qiymətinin aşağı düşməsində körfəz ölkələrindəki gərginliyin hansısa bir rolu olacaq”


“Neftin qiymətinin aşağı düşməsinə təsir edən amillərdən biri KİV-də ABŞ-ın gələn il Rusiyanın neft şirkətlərinə qarşı sanskiyaları aradan götürməsi ilə bağlı planlarının olması xəbəridir”.

Bu sözləri enerji məsələləri üzrə ekspert İlham Şaban bir sıra ərəb ölkələrinin Qətərlə diplomatik əlaqələrinin kəsilməsinin neft sektoruna təsirinə münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib. 

Dünən Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri əmirini terroru dəstəkləməkdə və bir sıra ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra isə bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub. Bəzi ekspertlərə görə, məlum dövlətlərin Qətər ilə diplomatik əlaqələrini kəsməsi neftin dünya bazar qiymətinə artıq öz təsirini göstərə bilər. Körfəz ölkələrində başverən mövcud gərginlik neft hasilatının azalmasına səbəb ola bilərmi? Ya da əksinə, OPEK-də xaosa yol açıb qiymətlərin aşağı düşməsinə səbəb ola bilərmi? 

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə eskpert İlham Şabanın fikirlərini öyrənib.

PKKtVrtAR4oWpPVGV6LTpZBupkb101ERYdtyi5noEGz3ijGgxy3JwVwpSuErmZASKx2JiHMLsgbm17zWuJbvF93RVgKfTrFpDmmCDIKjLHc0048vHLbS4zFNJa402tcfyNhpB17ukqywONDYAIIiZCqdn7SpVGZHiKg90tHvDh1HouUWZSWyCRw0PmuXLcmq7sbLfLFuMPiKNZoDxcaHf8AqrTA4Wk27dOQAnx3hYrZuIEwfIrT4erIF1EXdH7bfBaZygmCfvjChwHaagzNTNSU/H+zezK+INlRMwOGYQXPZTv3S50eqqTfs7dTTWYLFZ6eY2uYHKbLK9vG5sM+N2U+T2/IlEUtpF59nh2uIm1QjLTdxIOpHgge1lb+CWGxIAPCZBTk/KM+S/jXn7h/DHJ3/If+qHRppENfwgHXeCPkXIJdVcENXYSSUqJy4uFdTDhWqwB7o6BZUrTbMPcb/KPROJy6XuD1V1SNlR4RXdHRLI8RLFKFE1PUKOeRBmAIuToBxVDUGUyDME3Fxa/yKvjcQgxhW3HsyBMizY56HmUAqVSyKD/JAFhbxHUFEUqoI95s8FlcLs9nYps8NfkFymOJnS6lfQJFvXl0S9kYAgz4fJbzLqMbj3XGUxGqS6KTuDvIrir/AI4/afO/TyjFMeDrKDdU4oioXjW4UJc07lVOIJ7wKM9pbf4oOpHCLqYnmiHXXPTMybKKoYFzrmw56+SAgzomlQJElF0MExt7k81M6mVXiFDiKhDhBggyCN0aK0qdoS/JmZDgbuB18FWYxsvKHLVnnhL2vDO49NfQ2g10Zld4LHCmRDyWnjuXn+Hr7j5q1weNy2d5rmyw068OTbcYrCGtpUIbr3dZUGB2cWO/wPau3OqEGP8AdoOgQWzttsaACfFaDD9oqLRJI6qZbG012scFgqs56paODWzA8TqVkO32KDajKfGXE8BoPU+Ss9qdt6TR3DmOkDivO9pbSfiKhqv1IgDgBoPXzW3FjvLbn58546+Rbnxfd97lz90Y6+nSI8kPh6kjL5Img6F23GVw7047Zbdzj5KCts140IPwPxVozQ/dkgFN4oflWee0ixEELhVniq0uLTDhwI5bjqoaWDD5yEggTB081F47FzLYErR7Jd/Db0WcIWg2N/ht8fUqMRk0GEV3R0VFhCryholkeIpqkUTFKFCj2KRqjBT2pkkTTQadWg9QE4JwQEQwbNwj+Ukei5+5kaVHjxB/5AolqcnoBwyruqDxaPkkiUkE8Yrtd+LVAVWovFYTL7rz0N0C/MOB+HqtaziJ7kZQwzn3AgcTp4IYXIkK2o4mNNEYzZpKOAa3U346eS62sJyl08D9SmYylmAc0+H0QJK08dFtc3+n2E2qFBs+sT3SDG48+BKJcPv9FRKLFN7xUDmo3HjvX3jXchSFFhuU23hF0qc2PghQUS6u1ov5b0XCZT2cysqU4R26VPhsCT71h1UOE2mDZwjgfqrJjTE+i485cXXhcb7Vm0oDmtboJPiUBSCNcwl5KC08yunix1i5uS7yqUGCjqb7iN90DTuQCY58kcGDcbfJbRlRzXnnpqng7xf73odjrKZth5j9VUII/BEkmeenzUuBolhdMac+ein9FFWqwDH3CLDimxh77upVzsY9wdT6qhcZMq72Ie5/V8guSdtb00OFKvcNoqDDFXuFNkZDEY1SNKiYpGqFpAntKjCc1BIsbizTNKACH1BTM7gWuII8QB4o0Km7SPy0Q/8AJVpP8BUbPwlXATJK1OCYxSIBJJJIDyDHU7AqpqI3FGqBBcHDoWnyIj4que/iFtWccDbjqpGvgwlhhmcFK6jMg6qYoXhMRCl/dWl2bWfJVQcWm6scPWtBW2N2iwbkEW8kmu7sT9fvVR5t33CHD8r1fokeOIGt5QCstpNBaHDj/dVrVF7OGgKN7CSfuymIupg3u5vym/Qok2d9AvZ3sVebNxmSg4Ou/NDR/pgGSeEyq+pQm243aeB4JmGpBxh8iJ38L6JXjl9UY52e4hry51vPnxTgSddZui6FO5P3yQzhc9VVx1CmW3AnNK4EkoFrTcfZjndS5p+EqB1mt6D0XWP0vzVpFV3wCN+gM66blA52boLdSoqtXMeEb+HEqag4RYHx1PNHZqrG0cr+RuPorLYh7p6/IJYz3HA3t8d0Jmwz73ULms1k03uNJhir3CGyoMMVe4M2U5HiMapWqFimaoWkC6E0FOQSq7WCcJVHJp8nNR+xcRnoUnnUsaT1gT8UPt2nmw9ZvGk/zykhDdja2bCs5Fw8nGPgQn8BomFSKCmbqaUE6kuSkgPKsdWJaDG7gqGuLrQ41002x81QV1vkyxDixkaqywtSRe6rirGlSiBwU49rPdQBGnmg6jDTPLirRjSYtKfkBtA5hbeKNg2VZEjUfEJYg5myNdUythS0yyf5fooGVYPI3+qN/ZCqTszCq9qNweh+7IBh9YSpxIVNhj3o3EKJPonvA808exehFOnqw+CjLRMan5D+6JqWunU6QA5rfx2zlRsFz0VcTcqzJiVX1RDyo5OjxcAXITkmDvDqPVZLHV3RHJRvfA++S5iXKHEVNPBO0k2EpE66a/qVYM5Ddv3qDCG3UooDgVUhGNYDz1m1lFgWBtR4bpDTHDVEnSwK5SYM2bQxB5/rqs88VSrTDK8wZsqHDq8wRssMmmI9qkLwBJIAFyTYDqhqtdrGl7yA1okk8F57t/bz8S4tEtojRvGN7uPTQKVWtRtDtjSbaiPaH82jPDeVmsf2rru/zC0cGd34i6os82Gi42kJsJ6p6TtZ4Pb1fOJqvy5gHySRlJ70g62larsVtKnTouZUeGkPJEzoWt39QVisOzKQ7xEiyPpYhziAGNcToADJ32A1QI9Po7VoONq1M/1t+qPp1mnQg9CCvH6+HqC76bmjm1zfUIWpUDeMpHt7dKS8cwDcbUaXUTULZizyBNp38wknotjTULqUEXCpay0JqZqciLi6z+IF1tkznaKi6HAniFah7DoYKpXFWbMKFOPa1hli8lJzTFj5/RD0s4sRI+SKa6+v1hdEZh6jHcdOCr8dT/EB+qtqjrqnx5cDE2KWXQTYQWQtVsO6+qIwz1zFskcwl8D5QhOlRtcnJGKxVa0DeJRLG2HMBCtEtCKwr+6OVvIrpw7Z1HiRHmgq/vA8kTWq5jZCVTdRyHiRSpOuCVyVxlPNZYrS1KwQ76kwE40ADdWOzdg4iuJoUXPbMFwgDmJcRJU2/Zyb6dwj+7ARdPX71Qteg6hUNOowseIlpF+vPqE9uI8FpKnWhTnXuuPt971A2oDcyeBUrXydCnQY7aFRpi3WPqnDblQf5pHQAfEBRbSbLJmC2+k23/VUWSTAk8/0XNljqtJVhtHar6gAc5xE3BcSOXXegsRJAgZWxvNz4KfEU2loEXAsZjzlQexeQNT0uPgph00VRpoPvVSseOI3b1G3AvP6goils4Qcz3B24BkjzmfgmSbDtY5wzPDRvMZoHQarZ7Kx+z8Owua4vfFxkdmPKSAI5Tl5TdYMYA8Cfgp6LWt1tNjMjzmx8wpNY9oe1dXES2clPcxpt/UfxH4LOkkq5GHbwHHcPWx8044cb7fD13+KZHbI2kKdPIQLE60w43vqQkmOo/ZB/wDE+qSNHsdQjIqbFaqzwj+6VWYvVa3pnOwm9XDHlVNMd5o5j1V2RB0SwWmY6R8E4AeKZSG+fBddVjUreMzXv3cFXY9sieYVlBOgUGJYIM6aapUKyg+CjRdV2hgbjZF06pU40UM9sOI8V0FdxhvKYCg4LwuhClaHFjmtEmfgfsqLAsJ8Ci2PyVAdzu6eu775rfGbiL2Gq04MAFB1tVf1SEMdlvrvayi3M8nQcN5J3Dmjkx1NjG7ulSpcHTc54a0EknKANSTYR4rTV/2f4tokOpHj33CPNt1tezHY7C0nUXNLn1w0lxLu5JFyG7ouAuLLmx169urHgyt9sVtbsRjKdH2xDHQJLGuJePCIPQHzXoWx8fhMPgmCnUBDWDeJcd9vzE/FV3a/bGWqKAmwBIGomVVbQwFqb7FwOYs04HKSNTb4rmyzyz7dfHxY4Vb4jsxTxxZiaxew5Ia0QDlkkFxg8T5rCdpdkDDV/Zh2dpAc0mx4EGN4K2u0e19R7BTp0i06Z4kNGhiEFtfs3WxIolgGYB2dzjBObKRHIZf+pXw53G6t9M+fjlm5PbHNA3fopgJ4eaLxeyalB5Y9oDh42O/ooDOsfIrullcNmjHcx980FicMCJbbWw08RxRZ+7GR4cEPW8jHgQjKSiADTsoKriBrB6n0Wh7NbNY/DbRqPkuoUmupawDml2/8ojxWe/eWu94Rz1C45fdn0116NpbSc2zr/Aqww2Ppu1MdbfogHYUES0yPNDPwxG5PUDTtqt3QU12Uuki0RHPis1Sq1GaH5hGUNq/maOqWhtcswbfwlzT/AKfmNCrfZmwfa4TF1Q4mtRFOoyDlBplxbVBaLH8JnlzVds3a7TDWnUi1/Rt/gt12C9ka9Whmk1aL2PbDhEiw7zRv6qeX8cdyjH3daeaw8WyEdA7/ALTCSKxOMDHuYSZa4tNjq0kHTokn5HqAsDU3cVBi9Uklv8MfkHTdDgeBVqcQXG9uCSSMFU+rUiGgd4ptPD37xJMTA/VdSWyEjnP/AAtGmk/oh67ibOEcLykklTAGg4aj4hPZKSSmHXK2ibSouO74hJJF7KDaWz6/4IHGSoK+CqNPee2f6tfJJJV7PTlJtZ7wwDvExqIXtXZ7YIw9BraUFxbL3HVzuu4ckklxc/Jlb42+nXwYSTai2htRwc+mZmYLeB66LJVO19enU/guyxIkiZP0SSUcGMtu2/8AIzuGM8flzZ1WpW9pWc4l5fdx3mAiq2PqRDteIXEk8v2pY2+ET4HbZbAde69K2DVFZntRoG5R8/l5JJJKYjtrQ/eK4LHlrxmYy1n5TJk7oJOtjfTVYp22KlMllVoJB1B+WiSS6OHK+Lj55PIbhMXTrAkSI1tcTwXKtLUb9fjY8uC4kuiXcc9aHstRnA7RO99Jw/207LzMPSSXBh++f+tsv1iSnUi4JCKZjD+IA8xYpJLUk7KbX+6fkoKuESSRsBnYdar9mNd1PHsM6j5grqSz5v0qsP2jn7SdmGltLEhtg54qCD+docfiSkkklxXeE/wZ4Tyr/9k=" alt="Image result for ilham saban">

İlham Şaban: “Qərbə lazımdır ki, körfəz ölkələrində hegemonluq olmasın”.

Körfəz ölkələrində baş verən mövcud prosesin neftin qiymətinə təsir etməcəyini vurğulayan ekspert İlham Şabana görə, neftin qiymətinin aşağı düşməsinə səbəb kimi ABŞ-ın Rusiya neft şirkətlərinə qarşı sanksiyaları ləğv edəcəyi ola bilər:

“Dünən neftin dünya bazarında qiyməti 50 dollardan yuxarı idi, ancaq bu gün neftin qiyməti azalaraq 49.69dollar təşkil edir. Yəni ki, dünənki qiymətlə müqayisədə neftin qiymətində 0.4% azalma müşahidə olunur. Neftin qiymətinin aşağı düşməsi körfəz ölkələrində baş verən gərginliklə əlaqədar deyil. Neftin qiymətinin aşağı düşməsinə təsir edən amillərdən biri KİV-də  ABŞ-ın gələn il Rusiyanın neft şirkətlərinə qarşı sanskiyaları aradan götürməsi ilə bağlı planlarının olması xəbəridir. 

Artıq Donald Tramp bu il martın axırında Rusiyanın neft  şirkətlərinə qarşı sanksiyaların götürülməsi ilə bağlı məsələni müzakirə edib. Bəzi mülahizələrə görə, bu addımın səbəbi Rusiya şirkətlərinin məhsuldarlığının aşağı düşməsinin növbəti illərdə ABŞ iqtisadiyyatına mənfi təsir göstərə biləcəyi ilə bağlıdır. Bu fikirlər indi olmasa da, yaxın gələcəkdə Rusiyanın neft şirkətlərinə tətbiq edilən sanksiyaların aradan götürüləcəyinə və ya yumşaldılacağına əsas verir. 

Qətər məsələsinin hələlik bazarda hər hansısa rolu hiss olunur. Ümumiyyətlə, Qətər  bazarda qaz ölkəsi hesab olunur. Digər tərəfdən, Qərb ölkələri Qətərə qarşı hansısa sanksiya tətbiq etməyiblər. Qətərə qarşı sanksiya tətbiq olunsa belə,  onun neftinin, qazının bazara çıxarılmasının qarşısını alacaqlar? Bu, mümkün deyil. 

Bunu da qeyd edim ki, ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazası Qətərdə yerləşir. ABŞ-la Qətərin münasibətləri yaxşıdırsa, digər ərəb ölkələri Qətərə heçnə edə bilməyəcəklər. Qərbə lazımdır ki, körfəz ölkələrində hegemonluq olmasın. İndiki şərait Qərb üçün çox gözəl fürsətdir ki, öz siyasətini yürütsün. Ona görə də hesab eləmirəm ki, neftin qiymətinin aşağı düşməsində körfəz ölkələrindəki gərginliyin hansısa bir rolu olacaq”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar