Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftin qiyməti ilə bağlı proqnozlar bədbinləşir


Natiq Cəfərli: “2030-cu ilə qədər Avropa ölkələrinin benzinlə işləyən avtomobillərdən imtina etməsi planı neftin gələcək taleyini şübhə altına qoyur”


OPEK-in neft hasilatının azaldılması ilə bağlı qərarına artıq bir çox ölkələr əməl etmir. 

Müqaviləyə imza atan əksər ölkələrin hasilatı hazırda razılaşmanın üzərindədir. Kiçik bir istehsalçı olan OPEK üzvü Ekvador bu ay verdiyi açıqlamada müqavilənin şərtlərinə əməl etməyəcəyini və gəlirə ehtiyac duyduğu üçün hasilatı artıracağını bildirib. İraq da kvotasının üzərində neft istehsal edir. Ən böyük mövzu isə OPEK müqaviləsindən azad olan Liviya və Nigeriyada artan istehsalın, məhdudiyyətlərin yaratdığı təsirin böyük bir hissəsinin qarşısının alınmasıdır.

Qeyd edək ki, Azərbaycan da OPEK-in neft hasilatının azaldılması müqaviləsinə qoşulub.

Qeyri-OPEK ölkələri də hasilatı artırmaqda davam edir. Xüsusən ABŞ və Kanada hasilatı artırmaqdadır.

Bunun nəticəsi olaraq, OPEK-in son razılaşmasına rəğmən hələ də neftin qiyməti 50 dollara çatmayıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 0,07 dollar artaraq 43,36 dollar təşkil edib. Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti isə 0,11 dollar artaraq 48,12 dollar olub.

Neftlə bağlı proqnozlar da ürəkaçan deyil. Beynəlxalq Valyuta Fondu (IMF) 2017 və 2018-ci illər üçün neft proqnozlarını 3 dollar/barel azaldaraq müvafiq olaraq 51,9 və 52 dollar/barelə salıb. Fondun analitiklərinin fikrincə, neft qiymətləri ABŞ-da yüksək hasilat həcmi və təklifin artması nəticəsində azalır: “2016-cı ilin ikinci yarısında başlayan neft qiymətlərinin artması nəticəsində inflyasiyanın yüksəlməsi prosesi də artıq zəifləyib”.

Qeyd edək ki, bu qurumun öncəki icmalında neftin 2017-ci il üçün proqnoz qiyməti 55,23 dollar/barel, 2018-ci il üçün isə 55,06 dollar/barel olub.

Bununla bağlı OPEK yenidən narahatlığını ifadə edib. Bəs görəsən, OPEK üzvləri yenidən hasilatın azaldılması ilə bağlı razılaşa bilərmi? Bu razılaşma neftin qiyməti ilə bağlı ümidləri doğruldacaqmı? OPEK-in qərarları niyə dünya bazarında əvvəlki kimi reaksiya doğurmur?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, artıq OPEK-in qərarları neft bazarına psixoloji olaraq cüzi təsir etsə də, iqtisadi təsirləri azalıb: “OPEK-in mayın 25-də keçirdiyi tədbirdə əldə olunan anlaşmanın neftin qiymətində dəyişikliklərə səbəb olacağı düşünülürdü. Bu anlaşma ərəfəsində neftin bir barelinin qiyməti 53-54 dollar idi, daha sonra 7-8 dollar gerilədi. Bəzi gözləntilər var idi və gözləntilərdən biri də o idi ki, OPEK hasilatın daha kəskin aşağı salınması ilə bağlı, daha sərt nəzarət mexanizmləri ilə bağlı hər hansı bir qərar verəcək. Lakin bu baş vermədi. OPEK ölkələrinin anlaşmaya nəzarət edə biləcək durumları yoxdur. Bu anlaşmanın həyata keçirilməsində öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən ölkələrə qarşı hər hansı yatırım yoxdur. Bu mexanizmlər olmadığı şəraitdə təbii ki, OPEK-in anlaşmasının bazarlara psixoloji təsirdən başqa ciddi bir fundamental təsirləri olmur, olması da mümkün deyil”.


N. Cəfərlinin fikrincə, bunun səbəbi OPEK-in bazarın yalnız 30 faizə yaxın hissəsinə nəzarət etməsidir: “Çünki OPEK əvvəllər, təxminən 20 il öncə neft bazarının 45 faizinə nəzarət edirdi. Hasilatın 45 faizi OPEK-in əlində cəmləşmişdi. İndi isə OPEK-dən kənar ölkələrdə hasilat elə kəskin surətdə artır ki, OPEK bazarın 30 faizindən də azına nəzarət edir. Dünyada gündəlik hasilat təqribən 96-97 milyon bareldirsə, OPEK gündə 31-32 milyon barelə yaxın neft hasil edir. Artıq OPEK-in bazar payı da azalıb. OPEK-dən kənar ölkələrdə hasilatın kəskin artması da müşahidə olunur. Əsasən Amerika və Kanadada hasilat artır. Bu iki ölkə son 10 ildə neft bazarında çox ciddi irəliləyişə nail olub, neft hasilatını artırıb. 2007-2008-ci illərdə ABŞ-ın gündəlik neft hasilatı 4,5-5 milyon barel civarında idi. Bu gün isə 9,5 milyon barel civarındadır. Az qala iki dəfəyə yaxın artıb. Kanada da 1,3-1,5 milyon barel idi, bu gün 3 milyon barelə çatıb, 2 dəfədən çox artıb. Bu iki ölkədə hasilatın artması və xaricdən neft idxalını azaltmaları bazarda əsas faktorlardan birinə çevrilib”.

İqtisadçı onu da vurğuladı ki, OPEK-in ölkələrə ciddi nəzarəti olmadığına görə onlar hasilatı kəskin azaltmaq, öz bazar paylarını itirmək istəmirlər: “Çünki kənar ölkələr həmin o bazarı tutmağa çalışırlar. Ona görə də hasilatın kəskin azaldılması heç kimə sərf eləmir. Maraqlı bir detal da ondan ibarətdir ki, OPEK tərəfindən hasilatın azaldılması hələ heç də bazara az neft çıxması demək deyil. Çünki bütün OPEK ölkələrinin, İranın, Səudiyyə Ərəbistanının milyonlarla barel neft ehtiyatı var idi. OPEK anlaşmasından sonra İran hasilatdan əlavə tankerlərdə, rezervuarda olan 70 milyon barel neftini bazara çıxartdı. Həmçinin Səudiyyə Ərəbistanı gündəlik hasilatını 600-700 min barel azaltsa da, təqribən 40 milyon barelə yaxın öz ehtiyatlarında saxladığı nefti bazara çıxarıb. Yəni hasilatın azalması hələ bazara az neftin çıxması demək deyil”.

N.Cəfərli hazırda bazara təsir imkanlarına görə ABŞ-ın OPEK-dən daha öncə olduğunu diqqətə çatdırdı: “Buna görə də indi Sank-Peterburq şəhərində OPEK ölkələrinin danışıqları baş tutdu, dünən axşam yekunlaşdı. Bu gün səhər ilkin razılaşmalar elan edildi. Razılaşmanın ən maraqlı detalı ondan ibarətdir ki, mart ayının sonunda Rusiya başda olmaqla, OPEK-dən kənar ölkələrin anlaşması 2018-ci ilin mart ayında bitir. Anlaşmaya görə, hasilatın azaldılması daha 6 ay uzadıla bilər. Ancaq bu da bazarlara təsir etmir. Çünki bazarda dominant oyunçu ABŞ-dır və bu ölkə həm xaricdən neft alışını kəskin azaldır, həm də öz hasilatını artırır. İlkin hesablamalara görə, bu tempdə davam etsə, Amerika yaxın iki ildə Səudiyyə ƏrəbistanıRusiyadan daha çox neft hasil etməyə başlayacaq. Təqribən 11 milyon barel gündəlik hasilata keçməsi gözlənilir. Bununla paralel olaraq, dünyada neftin istehlakında azalma müşahidə olunur. Alternativ enerjinin istehlakının artması, daxili yanma mühərrikində alternativ enerjidən daha çox istifadə edilməsi, 2030-cu ilə qədər Avropa ölkələrinin benzinlə işləyən avtomobillərdən istifadə etməsi planı neftin gələcək taleyini şübhə altına qoyur. Ona görə də OPEK anlaşmasının psixoloji olaraq, müvəqqəti təsirləri olsa da neft bazarına fundamental təsirləri çox zəifdir”.

Ekspertin sözlərinə görə, yaxın gələcəkdə neftin qiymətinin kəskin artacağı ilə bağlı bəslənən ümidlər boşa çıxacaq: “Bütün beynəlxalq nüfuzlu agentliklərin və energetika ilə məşğul olan institutların hesablamalarına görə, ən yaxşı halda 2020-ci ilə qədər neftin ortalama qiyməti 55 dollar civarında olacaq. Bu ən yaxşı ssenaridir. Daha pessimist ssenari də var. Neftin 35-40 dollar civarında olması ehtimalını açıqlayan kifayət qədər nüfuzlu beynəlxalq təşkilatlar var. Onlar həm dünyada neftin istehlakının azalmasını, həm də alternativ enerjidən istifadənin artması və ABŞ-da hasilatın artmasını əsas gətirərək ilə neftin qiymətinin bahalaşmayacağını vurğulayırlar. Məntiqlə düşünsək, Amerika neft istehlakı üzrə birinci yerdə olan bir dövlətdir. Bunun müqabilində də xaricdən ən çox neft alan ölkə idi. İndi artıq ABŞ bu göstərici üzrə birinciliyi Çinə verib. Səbəb isə Amerikada yerli istehsalın artmasıdır. Yaxın gələcəkdə Amerikada əlavə 1-2 milyon barel hasilatın artması neft bazarında yarana biləcək balansı pozmağa qadirdir və Amerikanın atdığı addımlar neft bazarında OPEK-dən daha kəskin reaksiyalara səbəb olacaq. Bu da qiymətin ya sabit qalması, ya da daha da aşağı düşməsi istiqamətində ciddi fikirlərin yaranmasına səbəb olur”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar