Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftin qiyməti 2018-2019-cu illərdə aşağı olacaq

“Global Gas Outlook” hesabatı


2018-2019-cu illərdə neftin qiyməti qeyri-OPEC ölkələrində istehsalın həcminin dəyişkənliyinin təsiri ilə aşağı olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (“Gas Exporting Countries Forum” – GECF) “Global Gas Outlook” adlı hesabatında deyilir.

GECF-ə görə, neftin qiyməti üzrə uzunmüddətli proqnozun formalaşmasına 4 əsas faktor təsir edə bilər. Geosiyasi gərginlik uzunmüddətli perspektivdə əsas təsiredici qüvvə olmayacaq, lakin bu qarşıdakı qısa müddət ərzində “qara qızıl”ın qiymətinin dəyişməsinə əhəmiyyətli təsir edəcək. Bundan başqa, ortamüddətli perspektivdə neft tələbatı artacaq, ancaq Şimali Amerikada şist nefti istehsalı bu tələbatı ödəyə bilməyəcək və uzunmüddətli perspektivdə OPEC yenidən əsas qüvvə olacaq. Həmçinin neftin istehsal xərci qiyməti müəyyən edən komponentdir. Uzunmüddətli perspektivdə yeni texnologiyanın inkişaf etdirilməsi istehsal xərclərinin azalmasına səbəb olacaq. Eləcə də nəqliyyat sektorunda neftə olan tələbatın azalması gözlənilir və 2035-ci ilədək avtomobillərin çoxu elektrik enerjisi ilə işləyəcək.

“2018-ci 2019-cu illəri əhatə edən dövrdə neftin qiyməti qeyri-OPEC faktorların təsiri ilə aşağı olacaq. Bundan başqa, OPEC və Rusiya başda olmaqla kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılması 2020-ci ilədək bazarda tarazlığın yaranmasına təsir edən əsas amil olacaq. Həmin vaxta kimi inkişaf etməkdə olan ölkələrdə neft tələbatındakı artımın ABŞ-da şist nefti hasilatını ötməsi və OPEC-in yenidən bazarda aparıcı qüvvə kimi öz statusunu bərpa etməsi gözlənilir”, – deyə hesabatda bildirilir.

Xatırladaq ki, Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 2015-ci ildə keçirilmiş 17-ci iclasında yekdilliklə təşkilata müşahidəçi qismində qəbul edilib. Forumun 12 əsas – Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ və 7 müşahidəçi – Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru üzvü var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar