Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftin bahalaşması qeyri-neft sektorunun inkişafını ləngidə bilərmi?


Ekspert: “Hələlik islahatlardan çəkilmə müşahidə olunmur”


Neftin dünya bazar qiymətinin artması Azərbaycanda birmənalı qarşılanmır. Qiymətlərin bahalaşmasına ölkəni son illərdə düşdüyü iqtisadi böhrandan çıxması baxımından yanaşanlar bu hadisəni müsbət amil kimi qiymətləndirirlər. 

Bir qisim isə hesab edir ki, neftin bahalaşması hökumətin neft gəlirlərinə arxayınlaşaraq, böhran dövründə ölkənin qeyri-neft sektorunun inkişafı istiqamətində başladılan islahatların arxa plana keçiriləcəyindən ehtiyatlanır. Bu mövqedə olan şəxslər aşağı qiymətlərin yaxın müddətdə davam etməsinin daha sərfəli olduğunu deyirlər.

Artıq altı aya yaxındır neftin dünya bazar qiymətində artım davam edir. Bu müddət ərzində hökumətin qeyri-neft sektorunun inkişafı prioritetindən geri çəkilməsi halları müşahidə edilirmi? 

Yaxın gələcəkdə daha yüksək qiymətlər qalarsa, bu sektorun inkişafı üçün başladılan tədbirlər yarımçıq qala bilərmi? 

İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, məsələ kifayət qədər aktualdır: “Bir çox insanlarda həqiqətən elə təəssürat var ki, neftin qiymətlərinin bahalaşması islahatlardan uzaqlaşmaya gətirib çıxara bilər. Bu yanaşmalarda müəyyən həqiqətlər var. Çünki bu təəssüratlar da mövcud dünya təcrübəsindən çıxış etməklə yaranır. Belə ki, 90-cı illərin əvvəllərində neftin ucuzlaşması neft ölkələrində islahatların başlanmasına səbəb oldu. Lakin qiymətlər artandan sonra onlar islahatlardan faktiki olaraq imtina etdilər, neftdən kəskin asılılığa düşdülər. Bu cür təcrübələrin olması Azərbaycan üçün də narahatlıqların yaranmasına əsas verir. Azərbaycan resurs bolluğunun yaratdığı pis avantajlardan kifayət qədər yararlandı. Ölkəmiz “resursların lənəti” deyilən durumu yaşadı”.

Картинки по запросу İqtisadçı-ekspert Rəşad Həsənov

Ekspertin sözlərinə görə, ölkədə hazırda islahatların arxa plana keçirilməsinin ciddi əlamətləri hiss olunmur: “Hər hansı bir ciddi istiqamət dəyişikliyi hiss edilmir. Bir neçə gün əvvəl ölkə prezidentinin Azərbaycan brendinin xaricdə təqdimi və sair sahəyə dövlət dəstəyinin genişləndirilməsi haqqında sərəncam imzaladı. Dünənsə xarici sərmayələrin qorunması üçün “İnvestisiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması barədə sərəncam verdi. Bu proseslər gedir, lakin bəzi istiqamətlərdə müəyyən şübhələrə əsas verən hallar da var. Məsələn, neftin qiymətinin artması ilə hökumət fiskal konsolidasiya siyasətinin istiqamətlərində müəyyən dəyişikliklərə gedir. 2017-ci ilin ikinci yarısında bu meyllər daha aydın hiss olunur. Belə ki, ötən ilin dövlət büdcəsinə yenidən baxılaraq xərcləmələr artırıldı, eyni zamanda Dövlət Neft Fondunun da xərcləri çoxaldıldı. Digər tərəfdən, 2018-ci ilin büdcəsində neft gəlirlərinin payı artırıldı, Neft Fondundan büdcəyə transfertin həcmi ötən ilkinə nisbətən 3 milyard manatdan yuxarı olacaq, investisiya xərclərinin həcmi 2017-ci ildəkindən 2 dəfə çox olacaq. Daha sonra məzənnə siyasətində də dəyişiklik hiss olunmaqdadır. Hökumət real üzən məzənnə tətbiq etmir, məzənnə tənzimlənməsi davam etdirilir. Bunlardan əlavə, strateji xəritələrə əsasən ötən il ölkədə neft vəsaitlərinin xərclənməsi ilə bağlı qızıl qaydalar hazırlanıb qəbul edilməliydi. Lakin belə bir qayda hələ də ortaya qoyulmayıb”.

R.Həsənovun dediyinə görə, bütün bunlar insanlarda müəyyən narahatların yaranmasına gətirib çıxarır: “Lakin düşünürəm ki, neftin indiki qiymət səviyyəsində islahatların davam etdirilməsi daha çox gözləniləndir. Bu proses ləng də olsa davam edəcək. Əgər qısa müddət ərzində neftin qiyməti 150 dolları keçərsə, o zaman islahatlardan geri çəkilmələr güclənə bilər.”(“Yeni Müsavat”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar