Mil-Muğan kanalının Neftçala rayonunun Qaçaqkənd kəndindən keçən hissəsində balıq tutan Lənkəran sakini bədbəxt hadisə nəticəsində ölüb
Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, Lənkəran rayon sakini, 1950-ci ildə anadan olmuş Torab Məhəbbət oğlu Cəfərovu elektrik cərəyanı vurub. Belə ki, onun əlindəki uzun tilov yuxarıdan keçən yüksək gərginlikli (35 min voltluq) elektrik xəttinə toxunub. 65 yaşlı həvəskar balıqçı yerindəcə keçinib.
Torab Cəfərov Neftçalaya Lənkəran sakinləri olan balıqçı yoldaşları ilə birgə külmə balıqları ovlamaq üçün gəlibmiş.
pia.az