Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftçalada daha bir islamçı həbs edildi

Neftçala rayon sakini Rasət Əliyev polis tərəfindən saxlanılıb


Virtualaz.org saytının əldə etdiyi məlumata görə, noyabrın 28-də saxlanılan R.Əliyev inzibati qaydada 10 sutka azadlıqdan məhrum edilib.

Neftçala Rayon Polis Şöbəsinin növbətçi hissəsindən faktı nə təsdiq, nə də təkzib etməyərək bu haqda açıqlama verməkdən imtina ediblər.

Yerli sakinlərin bildirdiyinə görə, Rasət Əliyev 12 il əvvəl İranın Qəzvin şəhərində dini təhsil alıb. O, əvvəllər bir müddət Azərbaycan İslam Partiyası Neftçala rayon təşkilatının sədri olub.

Xatırladaq ki, dünən Neftçala rayonunda Nardaran hadisələri ilə bağlı da iki nəfər saxlanılıb. MTN və DİN-in birgə keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri Nazim Mirzəyev və Mehdi Nağıyev şübhəli şəxs qismində saxlanılıblar.

Hər iki şəxsin evində axtarış aparılıb. Axtarış zamanı bir ədəd odlu silah aşkarlanıb. Saxlanılan rayon sakinləri Nardaranda bəzi şəxsləri silahla təmin etməkdə şübhəli bilinirlər.

R.Əliyevin saxlanmasının Naradaran hadisələri ilə bağlı olub-olmadığı bəlli deyil. Yalnız o bəllidir ki, N.Mirzəyev və M.Nağıyevin R.Əliyevlə sıx münasibətləri olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar