Bu gün Neftçala rayonunda intihar hadisəsi baş verib
Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, rayonun Mikayıllı kənd sakini, 2003-cü ildə anadan olmuş Hüseynov Qorxmaz Şamil oğlu özünü həyətlərindəki yardımçı tikilidə asaraq intihar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırmalara başlanıb.
pia.az