Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft yaxşıdır, avtoritarizm pisdir?


Zaman-zaman nüfuzlu Qərb mətbuatında Azərbaycan hakimiyyətini kəskin tənqid edən yazılar dərc edilib


Bu baxımdan Böyük Britaniya qəzetləri xüsusilə fərqlənirlər

“The Telegraph”, “The Daily Mail”, “İndependent”kimi nüfuzlu mətbu orqanlarda rəsmi Bakının tənqidi daha çox müşahidə edilib. Nüfuzlu Qərb KİV-i arasında ilk beşliyə daxil olan “The Guardian” qəzetinin Azərbaycan hakimiyyətini vaxtaşırı kəskin tənqid etməsi də təsadüfü sayıla bilməz. 

Böyük Britaniyanın Azərbaycandakı səfiri  İrfan Siddiq bugünlərdə facebook səhifəsində ifadə azadlığı və müstəqil medianı demokratiyanın fundamental tələbləri adlandırıb. İrfan Siddiq bildirib ki, Böyük Britaniya ifadə azadlığına böyük dəstək verir.
Böyük  Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanda dəqiq, qərəzsiz, müstəqil medianın bərqərar olması səylərini dəstəklədiyi üçün qürur duyduğunu açıqlayıb.
Səfir söz azadlığına xüsusi diqqət yetirməklə əslində Londonda çıxan qəzetlərin rəsmi Bakı ilə bağlı hədəflərini açıqlayıb.

Vurğulayaq ki, vaxtaşırı Böyük Britaniya mətbuatı Azərbaycan hakimiyyətinə qarşı görünməmiş hücumlarda bulunur.  Bəzən eyni gündə bir neçə aparıcı London qəzeti rəsmi Bakını kəskin tənqid edən məqalələr dərc edirlər. 

“The Telegraph”, “The Daily Mail”, “İndependent” qəzetlərində və digər nəşrlərdə yer alan məqalələrdə Azərbaycanda seçkilərin saxtalaşdırıldığı  bildirilir. Adıçəkilən qəzetlərin yazdığına görə, Azərbaycanda iqtidar öz siyasi rəqiblərini həbsxanalara doldurur.
Həmin qəzetlər Böyük Britaniya hakimiyyətini də rəsmi Bakı ilə sıx təmaslar qurduğuna görə kəskin tənqid edirlər. Məsələn, həmin nəşrlər vurğulayırlar ki, Azərbaycan hakimiyyəti rəngli inqilablardan qorxaraq, islahatlar tələb edən gənc fəalları həbs edir, belə bir iqtidarla əməkdaşlıq etmək ingilis demokratiyasına kölgə salır.

Maraqlıdır ki, Böyük Britaniyanın ən müxtəlif qəzetləri eyni gündə eyni mövzudan bəhs edən məqalələr dərc edirlər. Bu, yəqin ki, təsadüfi hesab edilə bilməz.
Sözügedən hücumların arxasında Azərbaycan hakimiyyətinə təzyiq göstərmək istəyən güclərin dayana biləcəyini ehtimal edə bilərik.

Ən maraqlısı odur ki, Azərbaycan hakimiyyətinin Avropada apardığı lobbiçilik siyasəti də adıçəkilən KİV-də sərt tənqid edilir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun rəhbərlik etdiyi Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyəti barədə silsilə tənqidlərin dərci də təsadüfi ola bilməz.
Böyük Britaniya qəzetlərinin Azərbaycanla bağlı tənqidi məqalələrinin əsas qayəsi ondan ibarətdir ki, rəsmi Bakı neft amilindən istifadə edərək ölkədə repressiv sistem yaradıb.
Azərbaycanla bağlı Böyük Britaniya qəzetlərində gedən yazıların birində vurğulanır: “Bu ölkədə polis insanları daim nəzarətdə saxlayır.  Söz və mətbuat azadlığı mövcud deyil. Hətta ən  dinc aksiyalar belə zor gücü ilə dağıdılır".  

London siyasi elitasının rəyini dəyişməyə qadir olan mətbu orqanların belə fəaliyyəti incə məqamlardan xəbər verir. Lakin ingilislər Azərbaycan hakimiyyətinin ən yaxın dostları hesab edilir. Artıq uzun illərdir ki, Böyük Britaniya korrupsiya və avtoritar idarəçilikdə ittiham etdiyi Azərbaycan hakimiyyəti ilə enerji resursları istiqamətində sıx əməkdaşlıq edir.
Dünyanın ən nəhəng şirkətlərindən biri olan bp-nin adı 1993-cü ilin “Gəncə qiyamı”nda hallandırıldı. “Gəncə qiyamı”ndan sonra, 1994-cü ildə məhz BP “Əsrin müqaviləsi”nin imzalanmasında ən əsas oyunçu hesab edildi.

Elə o zamandan başlayaraq BP Azərbaycanda neftçıxarma ilə məşğul olmağa başladı. Bu, müqavilə bp üçün də vacib idi. Dünyada imzalanan ən iri miqyaslı neft müqavilələrdən biri olan layihədə başlıca rol oynayan BP Azərbaycan hakimiyyəti üçün mühüm əhəmiyyət kəsb edir. 
Araşdırmaçılar hesab edirlər ki, bu layihələrdən Azərbaycan xalqının gəlir əldə edəcəyi az inandırıcıdır. Offşor zonalardan gələn məlumatlardan o məlum olur ki, Azərbaycanın gəlirlərinin offşor zonalara çıxarılması ənənəsi formalaşıb. 
London qəzetlərinin yazdığına görə, insan haqları məsələləri heç bir halda təbii resursların arxasına keçməməli və daha önəmli dəyər kimi qiymətləndirilməlidir. Bu müqavilələrdən əldə olunan gəlir demokratik prinsipləri üstələməməlidir.
Göründüyü kimi, rəsmi Bakını sərt tənqid edən London ikili oyun oynamaqda davam edir. Belə davranış ingilis siyasəti üçün bir həyat tərzidir...(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar