Amerikanın "Chevron" neft şirkətinə aid vertolyot Anqola sahillərində qəzaya düşüb
PİA.AZ qafqazinfo-ya istinadən bildirir ki, qəza nəticəsində 4 nəfər ölüb, iki nəfər isə itkin düşüb.
Vertolyot Tombua-Landana neft platformasına yola düşüb. Göyərtəsində ümumilikdə 5 sərnişin və bir pilot olub.
Hazırda itkin düşənlərin axtarışı davam etdirilir. Əməliyyata 19 gəmi və 3 vertolyot cəlb edilib.
pia.az