Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft hasilatının və ixracının azalmasının neqativ təsirləri - Alıcılıq qabiliyyəti aşağı düşür


Ekspert: “Əgər valyuta dövr eləmir və əlavə dəyər yaratmırsa, onun kursunun hansı səviyyədə olması elə də ciddi əhəmiyyət daşımır”


“İndiki şəraitdə ölkədə alıcılıq qabiliyyəti çox aşağı səviyyədədir. Bu səviyyəni 15-20% yüksəltmək mümkün olsaydı, iqtisadiyyatın müxtəlif sahələrində müsbət təsirlərə səbəb ola bilərdi”.

Bu sözləri enerji məsələləri üzrə eskpert İlham Şaban PİA.AZ-a açıqlamasında qeyd edib.

Məlumdur ki, 2015-ci ildə dünyada baş verən neft böhranından sonra qiymətlərin kəskin ucuzlaşması xüsusilə, iqtisadiyyatı neftdən asılı olan ölkələrdə ciddi problemlər yaratdı. Milli valyutaların dollar qarşısında kəskin dəyər itirməsini də ekspertlər məhz neft amili ilə əlaqələndirdilər. Həmçinin son zamanlar Tramp ətrafında baş verən xoşagəlməz hadisələr, hətta impiçment məsələsinin gündəmə gəlməsi də  dolların dünyada zəifləməsinə səbəb oldu. Bu baxımdan dolların məzənnəsini də nəzərə alsaq, neftin qiymətində yüksək artım hiss olunmur. 

Həmçinin analitiklərin proqnozuna görə, son illərdə ABŞ-da gedən proseslər neftin qiymətinə mənfi təsir göstərə və qiymətlərin daha da aşağı düşməsinə səbəb ola bilər. Dünya bazarında neftin qiyməti və dolların məzənnəsində baş verən dəyişikliklərin Azərbaycan iqtisadiyyatına təsiri də danılmaz faktdır. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə,  bu il Azərbaycan 5,1 mlrd. dollarlıq xam neft ixrac edib. Bu isə o deməkdir ki, 2017-ci ilin ilk 8 ayında ixrac olunan xam neftin həcmi ötən ilin müvafiq dövründən 39%, dəyəri isə 22% az olub. 

Dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə paralel olaraq neft hasilatının və ixracının azalmasını nəzərə alsaq, bu azalmanın  ölkə  iqtisadiyyatına və manata neqativ təsirləri hansı səviyyəyə qədər davam edə bilər?  

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Neft Araşdırmaları” Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə eskpert İlham Şabanın fikirlərini öyrənib.

 PKKtVrtAR4oWpPVGV6LTpZBupkb101ERYdtyi5noEGz3ijGgxy3JwVwpSuErmZASKx2JiHMLsgbm17zWuJbvF93RVgKfTrFpDmmCDIKjLHc0048vHLbS4zFNJa402tcfyNhpB17ukqywONDYAIIiZCqdn7SpVGZHiKg90tHvDh1HouUWZSWyCRw0PmuXLcmq7sbLfLFuMPiKNZoDxcaHf8AqrTA4Wk27dOQAnx3hYrZuIEwfIrT4erIF1EXdH7bfBaZygmCfvjChwHaagzNTNSU/H+zezK+INlRMwOGYQXPZTv3S50eqqTfs7dTTWYLFZ6eY2uYHKbLK9vG5sM+N2U+T2/IlEUtpF59nh2uIm1QjLTdxIOpHgge1lb+CWGxIAPCZBTk/KM+S/jXn7h/DHJ3/If+qHRppENfwgHXeCPkXIJdVcENXYSSUqJy4uFdTDhWqwB7o6BZUrTbMPcb/KPROJy6XuD1V1SNlR4RXdHRLI8RLFKFE1PUKOeRBmAIuToBxVDUGUyDME3Fxa/yKvjcQgxhW3HsyBMizY56HmUAqVSyKD/JAFhbxHUFEUqoI95s8FlcLs9nYps8NfkFymOJnS6lfQJFvXl0S9kYAgz4fJbzLqMbj3XGUxGqS6KTuDvIrir/AI4/afO/TyjFMeDrKDdU4oioXjW4UJc07lVOIJ7wKM9pbf4oOpHCLqYnmiHXXPTMybKKoYFzrmw56+SAgzomlQJElF0MExt7k81M6mVXiFDiKhDhBggyCN0aK0qdoS/JmZDgbuB18FWYxsvKHLVnnhL2vDO49NfQ2g10Zld4LHCmRDyWnjuXn+Hr7j5q1weNy2d5rmyw068OTbcYrCGtpUIbr3dZUGB2cWO/wPau3OqEGP8AdoOgQWzttsaACfFaDD9oqLRJI6qZbG012scFgqs56paODWzA8TqVkO32KDajKfGXE8BoPU+Ss9qdt6TR3DmOkDivO9pbSfiKhqv1IgDgBoPXzW3FjvLbn58546+Rbnxfd97lz90Y6+nSI8kPh6kjL5Img6F23GVw7047Zbdzj5KCts140IPwPxVozQ/dkgFN4oflWee0ixEELhVniq0uLTDhwI5bjqoaWDD5yEggTB081F47FzLYErR7Jd/Db0WcIWg2N/ht8fUqMRk0GEV3R0VFhCryholkeIpqkUTFKFCj2KRqjBT2pkkTTQadWg9QE4JwQEQwbNwj+Ukei5+5kaVHjxB/5AolqcnoBwyruqDxaPkkiUkE8Yrtd+LVAVWovFYTL7rz0N0C/MOB+HqtaziJ7kZQwzn3AgcTp4IYXIkK2o4mNNEYzZpKOAa3U346eS62sJyl08D9SmYylmAc0+H0QJK08dFtc3+n2E2qFBs+sT3SDG48+BKJcPv9FRKLFN7xUDmo3HjvX3jXchSFFhuU23hF0qc2PghQUS6u1ov5b0XCZT2cysqU4R26VPhsCT71h1UOE2mDZwjgfqrJjTE+i485cXXhcb7Vm0oDmtboJPiUBSCNcwl5KC08yunix1i5uS7yqUGCjqb7iN90DTuQCY58kcGDcbfJbRlRzXnnpqng7xf73odjrKZth5j9VUII/BEkmeenzUuBolhdMac+ein9FFWqwDH3CLDimxh77upVzsY9wdT6qhcZMq72Ie5/V8guSdtb00OFKvcNoqDDFXuFNkZDEY1SNKiYpGqFpAntKjCc1BIsbizTNKACH1BTM7gWuII8QB4o0Km7SPy0Q/8AJVpP8BUbPwlXATJK1OCYxSIBJJJIDyDHU7AqpqI3FGqBBcHDoWnyIj4que/iFtWccDbjqpGvgwlhhmcFK6jMg6qYoXhMRCl/dWl2bWfJVQcWm6scPWtBW2N2iwbkEW8kmu7sT9fvVR5t33CHD8r1fokeOIGt5QCstpNBaHDj/dVrVF7OGgKN7CSfuymIupg3u5vym/Qok2d9AvZ3sVebNxmSg4Ou/NDR/pgGSeEyq+pQm243aeB4JmGpBxh8iJ38L6JXjl9UY52e4hry51vPnxTgSddZui6FO5P3yQzhc9VVx1CmW3AnNK4EkoFrTcfZjndS5p+EqB1mt6D0XWP0vzVpFV3wCN+gM66blA52boLdSoqtXMeEb+HEqag4RYHx1PNHZqrG0cr+RuPorLYh7p6/IJYz3HA3t8d0Jmwz73ULms1k03uNJhir3CGyoMMVe4M2U5HiMapWqFimaoWkC6E0FOQSq7WCcJVHJp8nNR+xcRnoUnnUsaT1gT8UPt2nmw9ZvGk/zykhDdja2bCs5Fw8nGPgQn8BomFSKCmbqaUE6kuSkgPKsdWJaDG7gqGuLrQ41002x81QV1vkyxDixkaqywtSRe6rirGlSiBwU49rPdQBGnmg6jDTPLirRjSYtKfkBtA5hbeKNg2VZEjUfEJYg5myNdUythS0yyf5fooGVYPI3+qN/ZCqTszCq9qNweh+7IBh9YSpxIVNhj3o3EKJPonvA808exehFOnqw+CjLRMan5D+6JqWunU6QA5rfx2zlRsFz0VcTcqzJiVX1RDyo5OjxcAXITkmDvDqPVZLHV3RHJRvfA++S5iXKHEVNPBO0k2EpE66a/qVYM5Ddv3qDCG3UooDgVUhGNYDz1m1lFgWBtR4bpDTHDVEnSwK5SYM2bQxB5/rqs88VSrTDK8wZsqHDq8wRssMmmI9qkLwBJIAFyTYDqhqtdrGl7yA1okk8F57t/bz8S4tEtojRvGN7uPTQKVWtRtDtjSbaiPaH82jPDeVmsf2rru/zC0cGd34i6os82Gi42kJsJ6p6TtZ4Pb1fOJqvy5gHySRlJ70g62larsVtKnTouZUeGkPJEzoWt39QVisOzKQ7xEiyPpYhziAGNcToADJ32A1QI9Po7VoONq1M/1t+qPp1mnQg9CCvH6+HqC76bmjm1zfUIWpUDeMpHt7dKS8cwDcbUaXUTULZizyBNp38wknotjTULqUEXCpay0JqZqciLi6z+IF1tkznaKi6HAniFah7DoYKpXFWbMKFOPa1hli8lJzTFj5/RD0s4sRI+SKa6+v1hdEZh6jHcdOCr8dT/EB+qtqjrqnx5cDE2KWXQTYQWQtVsO6+qIwz1zFskcwl8D5QhOlRtcnJGKxVa0DeJRLG2HMBCtEtCKwr+6OVvIrpw7Z1HiRHmgq/vA8kTWq5jZCVTdRyHiRSpOuCVyVxlPNZYrS1KwQ76kwE40ADdWOzdg4iuJoUXPbMFwgDmJcRJU2/Zyb6dwj+7ARdPX71Qteg6hUNOowseIlpF+vPqE9uI8FpKnWhTnXuuPt971A2oDcyeBUrXydCnQY7aFRpi3WPqnDblQf5pHQAfEBRbSbLJmC2+k23/VUWSTAk8/0XNljqtJVhtHar6gAc5xE3BcSOXXegsRJAgZWxvNz4KfEU2loEXAsZjzlQexeQNT0uPgph00VRpoPvVSseOI3b1G3AvP6goils4Qcz3B24BkjzmfgmSbDtY5wzPDRvMZoHQarZ7Kx+z8Owua4vfFxkdmPKSAI5Tl5TdYMYA8Cfgp6LWt1tNjMjzmx8wpNY9oe1dXES2clPcxpt/UfxH4LOkkq5GHbwHHcPWx8044cb7fD13+KZHbI2kKdPIQLE60w43vqQkmOo/ZB/wDE+qSNHsdQjIqbFaqzwj+6VWYvVa3pnOwm9XDHlVNMd5o5j1V2RB0SwWmY6R8E4AeKZSG+fBddVjUreMzXv3cFXY9sieYVlBOgUGJYIM6aapUKyg+CjRdV2hgbjZF06pU40UM9sOI8V0FdxhvKYCg4LwuhClaHFjmtEmfgfsqLAsJ8Ci2PyVAdzu6eu775rfGbiL2Gq04MAFB1tVf1SEMdlvrvayi3M8nQcN5J3Dmjkx1NjG7ulSpcHTc54a0EknKANSTYR4rTV/2f4tokOpHj33CPNt1tezHY7C0nUXNLn1w0lxLu5JFyG7ouAuLLmx169urHgyt9sVtbsRjKdH2xDHQJLGuJePCIPQHzXoWx8fhMPgmCnUBDWDeJcd9vzE/FV3a/bGWqKAmwBIGomVVbQwFqb7FwOYs04HKSNTb4rmyzyz7dfHxY4Vb4jsxTxxZiaxew5Ia0QDlkkFxg8T5rCdpdkDDV/Zh2dpAc0mx4EGN4K2u0e19R7BTp0i06Z4kNGhiEFtfs3WxIolgGYB2dzjBObKRHIZf+pXw53G6t9M+fjlm5PbHNA3fopgJ4eaLxeyalB5Y9oDh42O/ooDOsfIrullcNmjHcx980FicMCJbbWw08RxRZ+7GR4cEPW8jHgQjKSiADTsoKriBrB6n0Wh7NbNY/DbRqPkuoUmupawDml2/8ojxWe/eWu94Rz1C45fdn0116NpbSc2zr/Aqww2Ppu1MdbfogHYUES0yPNDPwxG5PUDTtqt3QU12Uuki0RHPis1Sq1GaH5hGUNq/maOqWhtcswbfwlzT/AKfmNCrfZmwfa4TF1Q4mtRFOoyDlBplxbVBaLH8JnlzVds3a7TDWnUi1/Rt/gt12C9ka9Whmk1aL2PbDhEiw7zRv6qeX8cdyjH3daeaw8WyEdA7/ALTCSKxOMDHuYSZa4tNjq0kHTokn5HqAsDU3cVBi9Uklv8MfkHTdDgeBVqcQXG9uCSSMFU+rUiGgd4ptPD37xJMTA/VdSWyEjnP/AAtGmk/oh67ibOEcLykklTAGg4aj4hPZKSSmHXK2ibSouO74hJJF7KDaWz6/4IHGSoK+CqNPee2f6tfJJJV7PTlJtZ7wwDvExqIXtXZ7YIw9BraUFxbL3HVzuu4ckklxc/Jlb42+nXwYSTai2htRwc+mZmYLeB66LJVO19enU/guyxIkiZP0SSUcGMtu2/8AIzuGM8flzZ1WpW9pWc4l5fdx3mAiq2PqRDteIXEk8v2pY2+ET4HbZbAde69K2DVFZntRoG5R8/l5JJJKYjtrQ/eK4LHlrxmYy1n5TJk7oJOtjfTVYp22KlMllVoJB1B+WiSS6OHK+Lj55PIbhMXTrAkSI1tcTwXKtLUb9fjY8uC4kuiXcc9aHstRnA7RO99Jw/207LzMPSSXBh++f+tsv1iSnUi4JCKZjD+IA8xYpJLUk7KbX+6fkoKuESSRsBnYdar9mNd1PHsM6j5grqSz5v0qsP2jn7SdmGltLEhtg54qCD+docfiSkkklxXeE/wZ4Tyr/9k=" alt="Image result for ilham saban">
İlham Şaban: “Banklarda cəmlənən neft pulları qanuni və ya qeyri-qanuni yollarla ələ keçirildi və bu pullar real iqtisadiyyata yatırılmadığına görə əlavə dəyər yarada bilmədi”.


Neft hasilatının azalmasının manata elə də təsir etmədiyini bildirən enerji məsələləri üzrə eskpert İlham Şabana görə, bizim əsas problemlərimizindən biri neft yataqlarının məhdud sayda olmasıdır:

“Rəsmi rəqəmlərə görə, cari ilin 6 ayında neft hasilatı 2 milyon ton azalıb. 2012-ci ildən indiyə qədər neft hasilatında bu şəkildə azalma olmamışdı. Bu azalma təqribən 10% civarındadır. Təbii ki, bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər odur ki, neft sənayesinin investisiyaları azalıb və digər tərəfdən  neft yataqları məhduddur,  78% neft yalnız  bir blokdan hasil edilir. Bizim neft yataqlarımız ən yaxşı halda 35 yaşdan yuxarıdılar. Əksəriyyəti isə 40-50 ilin neft yataqlarıdır. Ona görə də “qocalıq” dövründədilər və bu neftin hasilatının azalmasına səbəb olur.  Subyektiv səbəblərə isə kifayət qədər investisiyanın olmaması daxildir.

Neft hasilatının azalmasının manata təsirinə gəlincə, manatın məzənnəsi sırf neftin qiyməti ilə ölçülmür. Neftin qiymətinin optimal səviyyədə olmasının manatın məzənnəsinə birbaşa təsir etdiyini düşünmək doğru olmaz.Ötən  dövrkü hadisələr göstərdi ki, neftin qiymətinin 100 dollar olması belə manatın məzənnəsinə və iqtisadi inkişafa elə də təsir eləmir. Çünki banklarda cəmlənən neft pulları qanuni və ya qeyri-qanuni yollarla ələ keçirildi və bu pullar real iqtisadiyyata yatırılmadığına görə əlavə dəyər yarada bilmədi. Əgər valyuta dövr eləmirsə  və əlavə dəyər yaratmırsa, onun kursunun hansı səviyyədə olması  elə də ciddi əhəmiyyət daşımır. 

Hal-hazırda ölkəmizə neftdən 5 milyard dollar pul gəlir. Əsas olan odur ki, ölkəyə daxil olan vəsait lazımi layihələrə düzgün şəkildə xərclənsin. Əks halda heç bir müsbət effekt əldə olunmayacaq. Yəni, burda söhbət hər manatın gətirdiyi xeyirdən, əlavə dəyərdən gedir”. 

İlham Şaban: “İş adamları ilin əvvəlindən rübün sonunun vergisini ödəyirlər”.


“Neft hasilatının azalması iqtisadiyyatın hansı sahələrinə daha çox təsir edir?” sualına da münasibət bildirən ekspertə görə, bu vəziyyət  tikinti və dövlət sektoruna daha çox tədir edib:

“Neft hasilatının azalması iqtisadiyyatın iritutumlu sahələrinə daha çox təsir edir. Əsasən də tikinti və dövlət sektorunda çalışan şəxslər bu təsiri daha çox hiss edirlər. Çünki dövlət sektorunda çalışan insanların əlavə qazanc mənbələri var idi, amma o qazanc mənbəyi kəsiləndən sonra vəziyyətləri ağırlaşdı. Onların vəziyyəti indiyə qədər də düzəlməyib. Ona görə ki, alıcılıq qabiliyyətinin aşağı düşməsi ümumi vəziyyətə birbaşa təsir edir. 

İndiki şəraitdə ölkədə alıcılıq qabiliyyəti çox aşağı səviyyədədir. Bu səviyyəni 15-20% yüksəltmək mümkün olsaydı, iqtisadiyyatın müxtəlif sahələrində müsbət təsirlərə səbəb ola bilərdi. Təəssüf ki, biz bunun baş vermədiyini  vergilərin toplanması məsələsində hiss edirik. 

İş burasındadır ki, iş adamları ilin əvvəlindən rübün sonunun  vergisini ödəyirlər. Əgər qeyri-neft sektorunda normal inkişaf olsaydı, vergiləri iş adamlarından bu şəkildə tez almazdılar. Bundan sonrakı dönəmdə vəziyyətin necə olacağını isə indidən söyləmək çox çətindir. 

Sovet dövründə həmişə noyabr ayının axırında “məhsul bayramı” olurdu. İndi biz baxaq görək, ölkəmiz “məhsul bayramı”nı necə keçirəcək, ondan sonra fikir söyləmək doğru olar”. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar