Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft erası bitir? –Rus alimlər yosundan benzin hazırladılar


Moskva Dövlət Universiteti, Moskva Fizika-Texnika İnstitutu və Rusiya Elmlər Akademiyasının institutlarından olan birləşmiş ekspertlər qrupu yanacağın alternativ növlərinin hazırlanması sahəsində ciddi irəliləyişə nail olublar

Trend-in məlumatına görə, tədqiqatlar nəticəsində yosunlardan alınan bioyanacağın dəqiq kimyəvi tərkibi öyrənilib.

Yer təkində neftin əmələ gəlmə prosesini imitasiya edən alimlər yosunları 300 Selsi dərəcəyə qədər qızdırıb, onları yüksək təzyiq altında sıxıblar. Prosesin sonunda biokütlə qatı qətran və maye yanacağa parçalanıb. Bu elementlərin tərkibinə çoxsaylı maddələr daxil olduğundan alimlər biokütlənin dəqiq tərkibini tapmaq və bioyanacağın xassələrini yaxşılaşdırmaq üçün istehsal prosesini dəyişməkdə çətinlik çəkirdi.

Alınmış yanacağın kimyəvi tərkibini bütövlükdə müəyyənləşdirən mütəxəssislər bioyanacağın əksər maddələrinin neftin tərkibinə daxil olan karbohidrogenlərlə heç bir əlaqəsi olmadığını aşkar ediblər. Bu elementlərin gələcək tədqiqi bioyanacağın hazırlanmasında istifadə oluna bilinəcək yosun növlərini və onların karbohidrogenlərdən ibarət adi yanacağa çevirmək üçün modifikasiya üsullarını müəyyənləşdirməyə imkan verəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar