Dünya bazarlarında neftin qiyməti bahalaşıb
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 0,04% artaraq bir barelə görə 55,38 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,01% bahalaşaraq 52,65 dollara satılıb.
pia.az