Dünya bazarlarında neftin qiyməti bahalaşıb
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftinin yanvar fyuçerslərinin qiyməti 0,04% artaraq bir barelə görə 48,97 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,13% bahalaşaraq 48,02 dollara satılıb.
Qeyd edək ki, dünən səhər saatlarında Brent və WTI markalı neftin qiymətləri müvafiq olaraq 48,97 və 47,86 dollar təşkil etmişdi.
pia.az