Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nədir ağlamaq?!



Hərdən dalıb gedirəm düşüncələrin dibsiz quyusuna...


İnsanlardan soruşuram, "ağlamaq" deyirəm, necə bir duyğudur, başa sala bilərsinizmi?

Kiminin simasında acı bir təbəssüm yaranır. Sanki ağlamaq onun üçün bir iztirabdır.
Kimisi saxta bir gülümsəməylə "ağlamaq çarəsizlikdir" deyərcəsinə üzümə baxır.
Bəziləri üçün ağlamaq bir mübarizənin zəfəridir.
Kimiləri üçün yenidən başlamaq üçün bir imkandır.
Kimiləri ağlamağın rahatladıcı olduğunu düşünərkən, kimiləri üçünsə qürurun sınmasıdır. Özünü ələ verib "aciz" olduğunu göstərməkdir.

Mənim üçünsə ayrı bir duyğudur ağlamaq...

İstəməyərək girdiyin, dərdlərlə, sıxıntılarla dolu, hər cür kədərin otağına gətirdiyi qaranlıqdan sıyrılmaq, aydınlanmaq, rahatlamaqdır ağlamaq. Yağışdan sonra təmizlənən yollar, tər-təmiz torpaq qoxuyan təbiət kimi paklanmaq, ruhunu bütün pisliklərdən təmizləməkdir.

Ucsuz-bucaqsız bir yoldur. Ağlamaq bəlkə də anlatmaq istəyib, anlata bilmədiyin ən dərin yerlərdə saxladığın xəyallarındır. Bəlkə də içini tökmək istədiyində boğazında tıxanıb qalan sözlərindir. Səni heç bir anında yalnız buraxmayan, səni təsəlli edən yeganə dostundur.

Ağlamaq, xüsusidir bəzən…Səbəbin olmadığı anlarda ilıq gözyaşlarının səni ana şəfqətində qucaqlamasıdır. Damlalarını boşluğa açılan ürək pəncərənə vurmasıdır. O an dərində hər nə varsa, onu yumasıdır və səssizliyə bürünməsidir. Bilmədiyin duyğularındır.

Sadəcə üzüntünün xaricə vuruşu deyil ağlamaq. Hər düşüncəni başa salan bütün varlığındır. Sevdiyində, nifrət etdiyində, həyəcanlandığında, darıxdığında həmişə səninlədir. Ağlamaq olmasaydı, necə yumşalardı qəlbimiz?! Mərhəməti necə ifadə edə bilərdik?! Ağlamaq olmasa, ayrılığın acısını necə hiss edə bilərdik?! Ağlamaq olmasa, ölümün hüznünü necə göstərə bilərdik?! Ağlamaq, əslində həyata qarşı səmimiyyətindir. Yanağına düşən hər bir damla mənalı bir söz qədər önəmlidir. Həyatın sənə təqdim etdiyi tək hədiyyədir. Bəlkədə ağlamaq düşünülən qədər pessimistlik əlaməti deyil.

Bəlkə də sevincdən daha əzizdir. Axı ən xoşbəxt anında belə ağlamaq özünü gizlətmir. Sevincdən olsa da yanağından süzülən damcılar hissiyyatını, mənliyini ortaya qoyur.

Ağlamağı düşünürəm. Axı nədir ağlamaq?!


Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Öpüşməyin əxlaq faciəsi – Kiçik xuliqanlıq

Sevgiyə görə yox, pula görə yaşamaq lazımdır

Beynəlxalq Bank, duz daşıyan dəvə və Azərbaycan xalqı...

Miçiqandakı ərəbləri cəhalətin pəncəsindən xilas etmək gərəkir…

Ən çox oxunanalar