Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nə evliliyə, nə də ata olmağa hazır deyiləm


Modern ədəbiyyatın ən önəmli imzalarından biri Frans Kafkanın "Milenya Məktublar"ını çoxumuz bilirik. Bəs yaxşı nişanlısı Felisaya yazdıqlarını? Kafkanın ölümündən sonra kitab halına gətirilən bu məktublarda romantik fəqət hüzursuz bir dahinin izlərini görmək mümkündür..


PİA.AZ lent.az-a istinadən xəbər verir ki, Frans Kafka Felisa ilə 1912-ci ildə Kafkanın dostu Maks Brodun evində tanış olurlar. Qısa vaxtda məktublaşmağa başlayırlar. Beş ilə yaxın vaxta qədər münasibətləri davam edən cütlüyün cəmi 2 görüşü baş tutur. Həm də Kafka nişanlı ikən.
 
Bu dövrdə Kafka "Çevrilmə" başda olmaqla bir çox əsərlərini də yazmışdır. Kafkanın Felisaya göndərdiyi məktublardan qalan 500 məktub ölümündən sonra yayımlanmışdır.
 
Həmin məktublardan bəzi parçaları təqdim edirik:
 
"Münasibətlər, yəqin ki, bizim ən yaxşı təcrübələrimizdir" bir dəfəsində intellektual bir qadın demişdi. Rilkenin eşq üçün unudulmaz elanını gurultulu səslə demişdi: "Eşq bütün vəzifələrin bəlkə də ən çətini... Digər bütün məşğuliyyətlər, işlər sadəcə onun üçün bir hazırlıqdır."
 
"Aşiq olduğumuzda bu vəzifəni üstələnməyi daha çox istəyərik, ruhumuz da bərabər qüvvələr tərəfindən fərqli tərəflərə doğru çəkilir: bir tərəfimiz yalvarırcasına təslim olmağı istəyərkən, digər tərəfimiz də bərabər ölçüdə güvəndə olmağı istəyər..."
 
"Sevgili Felisa, səndən qulağa çılğınca gələcək bir yaxşılıq etməni rica edirəm. Bu ən incə insan üçün belə böyük imtahandır. Yaxşı, səndən xahişim budur:
 
Mənə sadəcə həftədə bir dəfə yaz. Beləcə məktubların mənə sadəcə bazar günləri çatacaq. Sənin gündəlik məktublarına hövsələm çatmır, bunlara səbir etməkdə acizəm. Məsələn, mən sənin yazdığın məktublardan sadəcə birinə cavab verə bilirəm. Sonra sakitcə çarpayıma uzanıram. Ancaq ürək döyüntülərim, bütün bədənim və bütün şüurum sadəcə sənin. "Mən sənə aidəm... Ancaq tam da bu səbəblə sənin nə geyindiyini bilmək istəmirəm, başımı qarışdırır, həyatla başa çıxa bilmirəm.
 
Kafka münasibətlərinin başlanmasından 5 il sonra Felisaya ilə əlaqələrinin fiziki yox, psixoloji səbəbdən yarandığını demişdir:
 
"Ax, üzücü, əlimdən bir şey gəlməməsinin üzücü bir səbəbi var. Qısaca deyim: sağlığım çox yaxşıdır, yerindədir: nə evlilik, nə də atalıq üçün isə hazır deyil. Sənin məktubunu oxuyarkən belə, gözdən qaçırılması mümkün olmayan şeyləri belə, gözdən qaçırırmışam kimi hiss edirəm".
 
Kafka nişanlısına bir açıqlama etmək yerinə, diqqəti özünə çəkir:
 
"Əgər şənbə günün məktubunu götürsəydim...
Sənə yalvarıram, bir daha mənə məktub göndərmə. Eyni sözü mən də sənə verirəm. Allahım! Mənə məktub göndərməyi buraxmaq üçün sənə nə əngəl olur axı? Hər şey yaxşı ola bilərdi. Bundan sonra hüzurlu bir çarə tapmaq mümkündürmü? Həftədə sadəcə bir məktub göndərsək bu bizə kömək olarmı?
 
Xeyir, çəkdiyim acı bu kimi üsullarla müalicə edilə bilsəydi, zatən ciddi olmazdı. Və hal-hazırda bazar gününün məktublarına hövsələm olmayacaq. Və beləcə şənbə günlərinin itkin düşmüş fürsətini kompensasiya etmək üçün geriyə məndə hansı enerji qaldığını bu məktubun sonunda səndən soruşuram..."
 
Kafka özünəməxsus şəkildə nöqtələyir məktubu:
 
"Əgər həyatlarımızı qiymətləndirsək, onu tamamilə tərk etməyimizə icazə verək... Mən sonsuza qədər özümə zəncirlənmişəm. Bu, məni mən edən şeydir və bununla yaşamağa çalışmaq məcburiyyətindəyəm".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar