Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ndlovudan Qurban Qurbanov və Rəşad Sadıqova cavab


"Həqiqəti bilən insanlardan hər şeyi soruşa bilərsiniz. "Qarabağ"dan niyə ayrıldığımı onlar sizə deyəcək"


Bu sözləri Qol.az-a eksklüziv açıqlamasında "Qarabağ"ın sabiq hücumçusu Dino Ndlovu deyib. Qış fasiləsində Ağdam təmsilçisini Çinin "Xançjou Qrintaun" klubuna dəyişən Cənubi afrikalı forvard Azərbaycan mətbuatına özü haqda yayılan xəbərlərə münasibət bildirib:

"Bu barədə danışmaq hazırda mənim üçün ən axırıncı işdir. Karyeramda yeni səhifə açmışam. Haqqımda xoş olmayan sözlər deyə bilərlər. Amma mən "Qarabağ"ı çox sevdim".

Bir müddət öncə "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun onunla bağlı səsləndirdiyi fikirlərə də toxunan 27 yaşlı futbolçu "Qarabağ"da qalmaq istədiyini söyləyib: "Əgər o düşünürsə ki, əsl həqiqət bundan ibarətdir, çox gözəl. Amma bayaq da dediyim ki, klubda işləyən bəzi insanlar "Qarabağ"da qalmaq istədiyimi bilirdilər".

“Qurban Qurbanov mətbuata açıqlamasında deyib ki, Ndlovunun ürəyi “Qarabağ”da deyildi və təklif gələn kimi komandadan getmək istədiyini bildirdi. Bu fikrə münasibətiniz necədir” sualına cavabında afrikalı futbolçu səslənən fikirlərin gülməli olduğunu söyləsə də, ona pis təsir etdiyini də gizlətməyib:

"Açığı, belə şeyləri eşidəndə gülməyim gəlir. Amma digər tərəfdən də haqqımda bu cür ifadələr işlədilməsi məni kədərləndirir. Onlar başa düşməlidirlər ki, mən "Qarabağ"ı sevirdim".

Qeyd edək ki, "Qarabağ" Ndlovunu qış transfer pəncərəsində 750 min avroya "Xançjou Qrintaun" klubuna satıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar