Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirliyin məsul işçisi dövlətin pambıq sahələrində öz mal-qarasını otarır - Özbaşınalıq


Beyləqan Kənd Təsərrüfat İstehsalat Müəsissəsinin direktoru Çərkəz Şirinov prezident İlham Əliyevin pambıqçılığı inkişaf etdirmə siyasətini belə dəyərləndirir


Müəsissə direktorunun himayəçisi olan Tofiq Qocayev Kənd Təsərrüfatı Nazirliyinin Dövlət  müəssisələrinin idarəedilməsi şöbəsinin müdiri işləyir. Demək olar ayda 1-2 dəfə Beyləqana səfər edən Tofiq Qocayev Çərkəz Şirnovun bütün qanunsuzluqlarından və özbaşınalıqlarından xəbərdardır. Həmçinin bu qanunsuzluqlara və özbaşınalıqlara şərikdir.

Son illər  prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə pambıqçılığın inkşafı üçün dövlət  səviyyəsində işlər aparılır.  Ancaq prezidentin bu təşəbbüsünü bəzi məmurlar qulaqardına vuraraq, pambıqçılığın inkşafını özlərinin şəxsi mənfəət obyektinə çevirməkdədirlər. Belə bir məmurlardan biri də Beyləqan rayonunda yerləşən Kənd Təsərrüfat İstehsalat  Müəsissəsi  MMC-nin direktoru  Çərkəz Şirinovdur. 

Beyləqan rayon  sakini  Şahin Əsədovun  AzFakt.com-a verdiyi məlumata görə  müəsissə direktoru Çərkəz Şirinov dövlətin pambıqçılığın inkişaf etdirilməsi siyasətindən sui istifadə edərək, özünün şəxsi binznesini inkşaf etdirir. Belə ki, hazırda Beyləqan Kənd Təsərrüfat  İstehsalat  Müəsissəsində 600 hektara yaxın pambıq  əkilməsinə baxmyaraq, Çərkəz Şirinovun səhlənkarlığı, layqeydsizliyi nəticəsində bu qədər  əkin sahəsi məhv olmaq üzrədir.  

Məlumatda qeyd edilir ki, Çərkəz Şirinov pambıq sahələrinin becərilməsi üçün dövlətdən təxminən 300 min manata yaxın vəsait almasına baxmayaraq, demək olar ki, əkin sahələrində heç ciddi iş görülməyib və aşağıda təqdim edəcəyimiz şəkillərdən də göründüyü kimi pambıq sahələri alaq otlarının içində məhv olub. Pambıq becərmək əvəzinə direktor dövlətdən aldığı vəsiatin bir hissəsinə mal-qara alaraq rəhbərlik etdiyi müəsissədə saxlatdırır və həmin mal-qaranı elə dşvlətin pulu ilə əkdiyi pambıq sahələrində otarır. Dəfələrlə Çərkəz Şirinovun bu hərkətinə etiraz edənlər olmasına baxmayaraq, müəsissə direktoru açıq aşkar deyib ki, “dövlət bilər, mən bilərəm”. 

Şahin Əsədov iddia edir ki, Çərkəz Şirinovun bu hərəkətləri  prezident İlham Əliyevin  pambıq siyasətini ayaqlar altına atmaq deməkdir.  Çünki ölkə rəhbəri dayanmadan rayonlara səfər edərək, pambıqçılıqla maraqlanır və  bu sahənin inkşafı üçün bütün lazım olan köməkliklərin edilməsi üçün tapşırıqlar verir. Ancaq Çərkəz  Şirinov kimi məmurlar ölkə rəhbərinin iqtisadiyyatda qeyri neft sektorunun inkişafına yönələn bu siyasətindən sui istifadə edərək öz şəxsi bizneslərini inkşaf etdirirlər. 

Şikayətçi Şahin Əsədovun iddiasına görə, Çərkəz Şirinov bu özbaşınalığını tələbə yoldaşı, onun əsas himayədarı və bu vəzifəyə təyin edilməsini təşkil  edən Tofiq Qocayevə arxalanaraq həyata keçirir. Müəsissə direktorunun himayəçisi olan Tofiq Qocayev Kənd Təsərrüfatı Nazirliyinin Dövlət  müəssisələrinin idarəedilməsi şöbəsinin müdiri işləyir. Demək olar ayda 1-2 dəfə Beyləqana səfər edən Tofiq Qocayev Çərkəz Şirnovun bütün qanunsuzluqlarından və özbaşınalıqlarından xəbərdardır. Həmçinin bu qanunsuzluqlara və özbaşınalıqlara şərikdir. Çərkəz Şirinov özü hər yerdə deyir ki,  Tofiq Qocayev  tələbə yoldaşıdır və nazir Heydər Əsədovla yaxındır, onun  direktor təyinatı üçün nazirə çatacaq “haqq hesabı” tələbə yoldaşı vasitəsi ilə çatdırıb. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: AzFakt.com

pia.az










Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar