Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlikdən fermerlərə xəbərdarlıq


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti pambıq əkinlərində nəticələrin yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə herbisidlərdən istifadə edilməsinin vacibliyini torpaq mülkiyyətçilərinin diqqətinə çatdırır


Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, pambıq sahəsinin alaqlarla sirayətlənmə dərəcəsindən asılı olaraq xam pambıq məhsulunun 20%-dən çox hissəsini azaltmaqla, onun keyfiyyətini aşağı salır. Pambıq istehsalında əsas əmək tutumlu əməliyyatlardan biri alaqlarla əllə və ya mexaniki mübarizədir ki, bu da məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olan əsas amillərdən biridir. Bunun üçün də əsas diqqət alaq otlarına qarşı mübarizədə kimyəvi (herbisidlərin tətbiqinə) üsullara verilməlidir.  

Əkin sahələrində alaqlarla kimyəvi mübarizə aparıldıqda, məhsulun maya dəyəri aşağı düşür, pambığın lif keyfiyyəti yaxşılaşır, zərərverici və xəstəliklərlə sirayətlənməsi məhdudlaşır, gələcəkdə pambığın maşınla yığılmasına optimal zəmin yaranır. Bütün bunları nəzərə alaraq herbisidlərdən istifadə qaydalarına ciddi riayət olunmalıdır. Pambıq əkinlərində herbisidlərin tətbiqi əsasən səpindən öncə, səpinlə birlikdə, cücərtilər çıxana 3 gün qalanadək və çıxışdan sonra aparılır.

Pambiq səpinindən öncə istifadə olunması tövsiyyə olunan herbisidlərdən QAMBİT  (prometrin, 500 q/l) preparatidir. Preparat suspenziya konsentratıdır, pambıq, qarğıdalı, günəbaxan, noxud, soya, yerkökü və kartof bitkilərinin dərmanlanmasında istifadə edilir. Eyni zamanda, birillik ikiləpəli və dənli taxıl bitkiləri fəsiləsindən olan alaq otlarının çıxışının qarşısinı alır.

Herbisidin aşağıdakı əsas üstünlükləri var:  

Geniş spektrdə birillik ikiləpəli və dənli taxıl bitkiləri fəsiləsindən olan alaq otlarının nəzarətdə  saxlanılması;

Tətbiq müddətinin (əkindən əvvəl, əkin zamanı və ya bitkinin cücərməsindən əvvəl) seçim imkanının olması;

Sürətli herbisit effekti;

Uzunmüddətli qoruma təsiri;

Becərilən bitkilərə qarşı yüksək seçiçilik;

Növbəli əkin zamanı gələcək məhsullara sonrakı təsirinin olmaması;

İstifadəsi rahat olan maye preparativ forma.

Sürətli herbisid effektliyi nümayiş etdirir və tətbiq olunduqdan sonra 10-12 həftə qoruma təsirinə malikdir. Becərilən mədəni bitkilərə qarşı yuksək seçicilik xüsusiyyəti var. Pestisidin tətbiqindən sonra növbəti illərdə tətbiq olunan növbəli əkinlər zamanı mədəni bitkilərə heç bir mənfi  təsir göstərmir.

Preparat tətbiq olunmamışdan əvvəl zavod taralarında çalxalanmalıdır. Çiləyici çənini ½ təmiz su ilə doldurmaq, qarışdırma mexanizmini işə salmaq, preparatın hesablanmış və ölçülmüş miqdarını əlavə emək, çiləyici çəm tam dolana qədər doldurulmasını davam etdirmək və qarşıdırmaq lazımdır. Boşalmış taranı 3 dəfə su ilə yaxalamaq və bu suyu çənə əlavə etmək lazımdır.İşçi məhlulunun homogenliyini təmin edilməsi üçün dərmanlama zamanı daqarışdırılma davam etməlidir.  Herbisid 1 hektar sahəyə 200-250 litr suda həll olmaqla, yüngül torpaqlarda bir hektar üçün 3 litr, ağır torpaqlarda isə bir hektar üçün 5 litr məsarif normasında tətbiq olunur.

Pambıq bitkisinin çıxışından sonra tətbiqi tövsiyyə olunan herbisid isə emulsiya konsentratı formasında olan və yüksək təsir xüsusiyyətinə malik PANTERA 40 EC  (Quizalofop- P- tefurye 40 q/l) herbisididir. Herbisid taxıllar fəsiləsindən olan alaq otlarına qarşı istifadə edilir. Taxıllar fəsiləsindən olan birillik və coxillik alaq otlarının və enli yarpaqlı bitkilərin tökülmüş dənlərindən əmələ gəlmiş cücərtilərdən effektli qoruma mexanizminə malikdir. Cücərtilər əmələ gəldikdən sonra istifadə olunur və preparat çox güclü seçicilik xüsusiyyətinə malikdir. Herbisid eyni təsirli preparatlar ilə müqayisədə daha az miqdarda istifadə olunur, təsir mexanizmi başa çatdıqdan sonra  torpaq və bitkidə toplanmır.

Herbisidin tətbiqindən 1 saat sonra taxıllar fəsiləsindən olan alaq otlarının toxumasına daxil olunması alaq otlarının məhv etmək üçün yetərlidir. Hava şəraitindən asılı olaraq istifadədən 3-5 gün sonra herbisidin təsiri alaq otlarının ilk xarici görünüşündə, 10-14 gün ərzində isə onların sonrakı məhvində müşahidə olunur. Digər herbisidlər kimi Pantera preparatının da mülayim iqlim şəraitində istifadəsi daha effktlivdir. Preparatın tətbiqi zamani aparılan müşahidələr göstərdi ki, herbisid  praktiki olaraq bütün mövcud olan pestisidlər ilə qarışdıraraq istifadə edilə bilər. Preparatın istifadəsi adi qollu çiləyici aqreqatlar vasitəsilə həyata keçirilir və 1 hektar pambıq əkini sahəsində məsarif norması birillik alaq otlarına qarşı 1.0-1.25 litr, çoxillik alaq otlarına qarşı isə 1.25-1.5 litr olmaqla 200-400 litr işçi məhlul istifadə olunur. Pantera kənd təsərrufatı bitkilərinin inkişaf fazasından asılı olmayaraq alaq otlarının veqetasiya qövründə istifadə olunur.

DİQQƏT: İstifadəsi tövsiyyə olunan herbisidlərin tətbiqi nəticə etibarı ilə sahələrin alaq otlarından təmizlənməsinə, bitkinin kök sisteminin güclu inkişafina, alaq otları tərəfindən mənimsənilən qida maddələrinin torpaqda qalaraq bitkinin inkişafına sərf olunmasına və  keyfiyyətli məhsul yetişdirərək hektardan 20-25% məhsul artımına səbəb olur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar