Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlikdən əhaliyə xəbərdarlıq


Dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyalarında аtmоsfеr hаvаsından götürülmüş nümunələr üzərində analizlər aparılıb, ölkənin hava hövzəsində rаdiоаktiv çirklənmə üzrə müşаhidələr keçirilib


Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 5 iyulda atmosfer havasının çirklənməsinin monitorinqi zamanı Bakı şəhərində əsas çirkləndiricilərdən olan tozun birdəfəlik maksimal qatılığının 1.2, azot 4-oksidin 1.4, furfurolun isə 1.4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçdiyi məlum olub. Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksid 1.4, xlor isə 1 dəfə YVQH-ni keçib.

Mingəçevir, Gəncə, Şəki və Naxçıvan şəhərlərində isə atmosfer havasının çirklənməsi norma daxilində olub. Ətraf mühitin radiasiya fonu üzrə müşahidələr respublikanın bütün bölgələrində gün ərzində 3 dəfə olmaqla (09:00, 15:00, 18:00 saatlarında) aparılıb. Belə ki, Bakı-Abşeron bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-17 mkR/saat – faktiki radiasiya şəraiti 8-11 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.

Naxçıvan Muxtar Respublikasının ərazisində radiasiya təbii fonu yay fəsli üçün 8-21 mkR/saat – faktiki radiasiya şəraiti 10-12 mkR/saat olaraq qeydə alınıb və təbii fon daxilində dəyişib. Kiçik Qafqaz bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-21 mkR/saat – faktiki radiasiya şəraiti 9-11 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib. Böyük Qafqaz bölgəsində radiasiya təbii fonu yay fəsli üçün 5-26 mkR/saat – faktiki radiasiya şəraiti 9-18 mkR/saat arasında dəyişib (bu bölgədə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə nisbətən yüksək olması bölgə üçün xarakterikdir).

Mərkəzi Aran bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-18 mkR/saat – faktiki radiasiya şəraiti 10-17 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib. Lənkəran-Astara bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-19 mkR/saat – faktiki radiasiya şəraiti 8-11 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.

Ümumilikdə gün ərzində respublikanın ayrı-ayrı bölgələrindən daxil olan müşahidə məlumatlarına əsasən, təbii mühitin radiasiya fonunun norma daxilində dəyişdiyi qeydə alınıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar