Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlikdən Cahangir Hacıyevin şirkəti ilə bağlı açıqlama



Müdafiə Nazirliyi hərbi və xüsusi təyinatlı ayaqqabıların istehsalçısı olan BOT MMC ilə əməkdaşlığı dayandırması haqda şirkətin iddiasına cavab verib


Nazirliyin mətbuat xidmətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hal-hazırda Silahlı Qüvvələrin şəxsi heyəti üçün daha keyfiyyətli, müasir tələblərə cavab verən və sərfəli qiymətlərlə alınan ayaqqabıların fasiləsiz təminatı həyata keçirilir. 

“BOT MMC tərəfindən istehsal olunaraq təqdim olunmuş ayaqqabı nümunələri keyfiyyət və qiymət baxımından tələblərə cavab vermədiyindən qəbul edilməyib”-deyə nazirlik qeyd edib.

Qeyd edək ki, BOT MMC-nin baş mühəndisi Mahmud Babayev AzVision.az-a açıqlamasında Müdafiə Nazirliyinin onlarla əməkdaşlıq etmədiyini deyib: “Müdafiə Nazirliyi artıq tender keçirmir. Tender keçirsəydi iştirak edərdik. 15 il bizim fabrik Müdafiə Nazirliyi üçün ayaqqabı tikib. Amma indi bizimlə əməkdaşlıq etmir”. 

Xatırladaq ki, BOT MMC-nın rəhbərinin Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev olduğu bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar