Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik “Elba”nı ifşa edən məlumat yaydı


Daşkəsəndə aşkarlanan ətlər insan sağlamlığına zərər yetirən bakteriyalarla çirklənib


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən report-a verilən məlumata görə, aprelin 26-da Daşkəsən rayon Polis Şöbəsi əməkdaşları tərəfindən sürücü Əliyev Nafiq Rüstəm oğlunun idarə etdiyi "Hyundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilinə Daşkəsən-Gəncə avtomobil yolunda baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan 50 qutuda (hər biri 20 kq) 1000 kiloqram sümükdən ayrılmış, karton qutulara qablaşdırılmış və dondurulmuş mənşəyi məlum olmayan heyvan ətləri aşkar edilib.

Daşkəsən rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılmış avtomobilin yük yerində aşkarlanmış mənşəyi məlum olmayan heyvan ətlərinin Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, Elçin Rüstəmovun rəhbərlik etdiyi “Elba” MMC-yə məxsus heyvan kəsimi və emalı fabrikində yükləndiyi məlum olub və müəssisəyə baxış keçirilib. Baxış zamanı fabrikin 1 nömrəli kamerasında hər biri 20 kiloqram olmaqla 260 qutu, hər biri 40 kiloqram olmaqla 12 qutu, ümumilikdə 5680 kiloqram sümükdən ayrılmış karton qutulara qablaşdırılmış, dondurulmuş, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan heyvan ətləri, həmçinin hər biri 6 kiloqram olmaqla 60 ədəd polietilen paketə qablaşdırılmış, mənşəyi bilinməyən, ümumi çəkisi 360 kiloqram olan heyvanın iç piyi, 2 baş iribuynuzlu heyvanın başı, dərisi, ayaqları aşkarlanıb. Eyni zamanda “Elba” MMC-yə məxsus 2 nömrəli soyuducu kamerada 2 baş iribuynuzlu heyvanın başı, dərisi, ayaqları və daxili orqanları aşkar olunub.

Daşkəsən rayon Polis Şöbəsinin müraciəti əsasında Daşkəsən Rayon Baytarlıq İdarəsinin əməkdaşları Əliyev Natiq Rüstəm oğlunun idarə etdiyi “Hyundai” markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilindən və Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, “Elba” MMC-yə məxsus kəsim və emalı fabrikində aşkarlanan mənşəyi məlum olmayan, sağlamlığına dair heç bir sənədi olmayan sümüksüz ətlərdən nümunələr götürərək Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.

Laboratoriyada müayinələrin nəticəsinə əsasən Əliyev Nafiq Rüstəm oğlunun idarə etdiyi "Hyundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilində aşkar edilən ətlərdən götürülən nümunələrin hamısının ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətlərinin olması müəyyən edilib. Həmçinin həmin ətlərin insan sağlamlığına, səhhətinə zərər yetirən bakteriyalarla çirkləndiyi məlub olub. Ekspertizaların nəticələri müvafiq araşdırmalar aparan Daşkəsən rayon Polis Şöbəsinə göndərilib.

Həmçinin “Elba” MMC-yə məxsus kəsim və emal fabrikinin soyuducu kameralarında aşkar olunan ətlərdən götürülən nümunələrin beşinin ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətləri olması, digər nümunələrin isə aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvan ətlərinin olması müəyyən edilib. Həm at ətinin, həm də iribuynuzlu heyvan ətlərinin insan sağlamlığına, səhhətinə zərər yetirən bakteriyalarla çirkləndiyi məlum olub.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizalarının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, heyvan ətləri (at və iribuynuzlu heyvan ətləri) barədə qanunvericiliyə uyğun tədbir görüləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar