Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik Şəmkir məktəbindəki qalmaqalı araşdırdı


Direktor işdə qaldı, laborant isə azad olundu


Şəmkir rayonu Aşağı Seyfəli kəndinə yerləşən M.Süleymanov adına tam orta məktəbdəki qalmaqala son qoyulub.

PİA,AZ xəbər verir ki, bu haqda Modern.az-a kəndin icra nümayəndəsi Ələddin Əliyev məlumat verib.

O deyib ki, Təhsil Nazirliyinin nümayəndəsinin araşdırmaları başa çatıb: “Əvvəllər 14 kompüterə 2 ştat düşürdü. Bu məktəbdə də 7 kompüter var. Ona görə də, direktor laborant Xatirə Əliyevanı işdən azad edib. Onun işləməsi qanunsuz idi. Təhsil Nazirliyi də bu barədə qərarı təsdiqlədi”.

Direktorun işdən uzaqlaşdırılmasına gəlincə, icra nümayəndəsi bunları bildirdi: “Direktor elə bir qanunsuzluq etməyib ki, onu işdən uzaqlaşdırsınlar. İndi onların arasında nə olub-olmayıb, bilmirəm. Mən Təhsil Nazirliyinin işinə müdaxilə etmək hüququm və gücüm ola bilməz. Hər halda öz tədbirlərini görüblər”.

Şəmkir Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Kənan İbrahimov Modern.az-a açıqlamasında araşdırmaların yekunlaşmadığını bildirib: “Nəticə bəlli deyil. Hər şey dəqiqləşəndən sonra ictimaiyyətə bu barədə məlumat veriləcək”.

Qeyd edək ki, Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal yaranıb. Qalmaqala səbəb laborantın işdən çıxarılması və direktorun həmin xanımı əxlasızlıqda ittiham etməsidir.

Qeyd edək ki, direktor açıqlamasında Xatirə Əliyeva barədə ağır ittihamlar irəli sürüb. Eyni zamanda direktora yaraşmayan ifadələr işlədib.

Xatirə Əliyeva da öz növbəsində başqa KİV-lərə açıqlamasında direktor barədə nalayiq ifadələr işlədib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı müzakirə edilib

Ən çox oxunanalar