Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik Rasim Balayevin durumunu araşdıracaq - rəsmi açıqlama


Xalq artisti Rasim Balayevin maddi durumu və səhhəti ilə bağlı səsləndirdiyi fikirlər müzakirəsiz ötüşməyib


Belə ki, xalq artisti yerli mətbuata açıqlamasında bildirib ki, dərmanlara pul çatdırmır: “Aldığım təqaüdün hamısı müayinələrə, müalicəyə gedir. Özüm də gündə bir dəfə yemək yeyirəm... Pulu çatdıra bilmirəm. Dərmanlar da çox bahadır. Həkim dünən iki dərman yazmışdı, qiyməti 60 manatdır. Gedib birini aldım, dedim, təsirini görsəm, gəlib birini də alaram. Utandığımdan deyə bilmədim ki, dərmana pul çatdıra bilmirəm”.

Onun bu açıqlaması birmənalı qarşılanmayıb. İllərini sənətə, kinoya həsr edən aktyorun çətin durumda olması, həm sənət yoldaşlarını, həm də Rasimsevərləri üzüb. Hətta onun üçün yardım kampaniyasına başlamaq istəyənlər də olub.

Aktyor saytımıza açıqlamasında isə fikirlərini qismən təkzib edib. O, bildirib ki, lazım olmayan fikirləri qabardılıb: “Hazırda normal vəziyyətdəyəm. Övladlarıma mən köməklik edirəm. Hökumətdən də prezident təqaüdü alıram. Yəni hər şey yaxşıdır”.

Babək” və “Nəsimi” kimi filmlərin baş rol ifaçısının durumu haqda Mədəniyyət və Turizm Nazirliyində nə düşünürlər? Onlar illərini sənətə həsr etmiş aktyora yardım edəcəklərmi?

Musavat.com məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov ilə əlaqə saxlayıb.

O, deyib ki, məsələ ilə bağlı araşdırma aparılacaq: “Rasim bəyin səsləndirdiyi fikirlərdən xəbərdarıq. Onun sözləri bizi də kədərlədirdi. Məsələ ilə bağlı maraqlanırıq. Rasim bəylə əlaqə saxlayacağıq. Yaxın günlərdə bu barədə ictimaiyyətə geniş açıqlama verəcəyik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar