Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik: “Yenidən sürüşmə ola bilər”


“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bayıl yamacının sağ tərəfində - Teleqüllənin yaxınlığındakı ərazidə baş verən sürüşmənin səbəblərinin öyrənilməsi üçün apardığı tədqiqatların nəticələri ilə bağlı hesabatı artıq hazırdır”


Bunu Trend-ə ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, hesabat yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək. Hesabatda Teleqüllənn yaxınlığındakı sürüşmə prosesinin baş verməsinin əsas səbəbinin həm təbii amillərlə - atmosfer yağıntıları ilə, həm də texnogen amillərlə - yamacın insanlar tərəfindən şaquli kəsilməsi, insanların həmin ərazidə məskunlaşması ilə bağlı olduğu qeyd edilib.

Nazirlik rəsmisi əlavə edib ki, həmin səbəblər Bayıl yamacının dayanıqlığının itməsinə səbəb olub:

"Bu ərazidə əsasən qumlar üstünlük təşkil edir və onlar da çökməyə, yuyulmaya həssas süxurlar olduğundan ərazidə sürüşmə prosesi baş verib. Gələcəkdə bu ərazidə təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin təkrarlanması qaçılmaz deyil”.

Teleqüllənin yaxınlığındakı digər ərazilərdə sürüşmənin olması ilə bağlı təhlükənin gözlənilib-gözlənilmədiyinə gəldikdə, R.Həsənov bildirib ki, Teleqüllənin yaxınlığındakı sürüşmə hadisəsinin baş verdiyi ərazinin bir necə metr kənarında qırılma xətti keçir:

"Ondan o tərəfə isə Teleqüllə istiqamətində dayanıqlı süxurlar var. Ona görə də orada sürüşmə prosesinin baş verməsi praktiki olaraq, mümkün deyil”.

R.Həsənov hazırda Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində, eləcə də Bakının və Abşeron yarımadasının digər sürüşmə sahələrində prosesin dinamikasında aktivliyin müşahidə edilməyini də söyləyib.

Xatırladaq ki, bu il yanvarın 24-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində ərazidə olan 98 ev təhlükəli vəziyyətə düşüb, sakinlər ərazidən çıxarılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar