Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlər Kabinetinin qarşısında aksiya keçirildi


Yanan binanın sakinləri aksiya keçiriblər


Musavat.com xəbər verir ki, saat 14 radələrində əvvəlcə Bakı Şəhər İcra Hakimiyyətinə və oradan da Prezident Administrasiyasına yollanan sakinləri heç kim qəbul etməyib.

Sakinlər daha sonra Nazirlər Kabinetinin qarşısına toplaşıblar.

30 nəfərə yaxın sakinin tələbi onlara verilən vədlərin yerinə yetirilməsidir. Sakinlər bildirirlər ki, yanğından sonra binanın təmiri keyfiyyətsiz şəkildə həyata keçirilib.

Prezidentin tapşırığına əməl etdiklərini göstərməyə çalışan məmurlar mənzilləri keyfiyyətsiz mebellərlə və ev əşyaları ilə təmin ediblər. Narazı sakinlər kondisioner, soyuducu kimi əşyaları, söz verilsə də, ala bilmədiklərini də qeyd ediblər.

Nazirlər Kabinetinin qarşısına toplaşanlar arasında yanğın zamanı zərər görən, yararsız vəziyyətə düşən obyektlərin və maşınların sahibləri də olub. Onlar da heç bir kompensasiya ala bilmədiklərinə görə etiraz ediblər.

Xatırladaq ki, Binəqədi rayonunda-Azadlıq prospektində baş verən yanğında 15 nəfər ölmüşdü. Binanın bütün mənzilləri yanmışdı.

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar