Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirin “London taksiləri” böhran dövrünü yaşayır


Bakıda keçirilən “Eurovision” musiqi yarışması ərəfəsində paytaxta gətirilən “London taksisi” xidməti artıq uzun müddətdir ki, böhran dövrünü yaşayır. Bu xidmət rəsmən çökmək üzrədir


PİA.AZ musavat.com-a istinadən xəbər verir ki, bənövşəyi taksilərin sürücüləri də deyir ki, hər kilometrə görə  70 qəpik gediş haqqı alınır, amma sərnişinlər onların xidmətini az-az hallarda seçirlər: 

“Bizə çox böyük plan qoyurlar. Həmin planı ödəmək çox çətindir. Çünki sərf etmədiyi üçün müştərilər bizi az seçirlər. Məsələn, sərnişin taksiyə əyləşən kimi artıq 1 manat ödəniş haqqı yaranır. Başqa taksi ilə  3 manata gedə biləcəyi yolu ”London taksisi" ilə 4 manata gedir. Bu kimə sərf edər? Buna görə də biz planı ödəyə bilmirik. Əgər taksi xidmətinin inkişafını istəyirlərsə, yenilik etsinlər. Planı azaltsınlar, sürücü evinə çörək apara bilsin. İndi də bu cərimələr bizi boğaza yığıb. Günlük planı 40 manat ediblər. Benzin özümüz alırıq. Gündəlik yemək xərclərimiz də var. Biz nə qədər pul qazanmalıyıq ki, bütün bu xərcləri də ödəyək və evimizə də çörək pulu aparaq. Bir müddət öncə taksi sürücüləri planın artmasına görə aksiya keçirmişdilər. Həmin aksiyadan sonra bir neçə sürücünü işdən çıxardılar. Bundan sonra nəsə edə bilərik ki?".

Taksi xidmətinə daha bir mane isə cərimələrdir.  Əksər “London taksiləri” cərimə meydançasına aparılırlar. Bu maşınlar gömrük rüsumundan keçmədiyinə görə onları saxlayıb cərimə meydançasına aparırlar. Hələ bir müddət əvvəl başlanan bu proses indi də davam edir. Əgər bu avtomobillər gömrük qeydiyyatından keçməyibsə, 2012-ci ildən bəri ölkə ərazisində necə hərəkət edib? Son 5 il ərzində Azərbaycana ümumilikdə 1 850 ədəd yeni taksi gətirilib ki, onlardan 1000-i “London taksisi”dir. Avtomobillərin sifarişçisi qismində “Baki Taxi” MMC şirkəti çıxış edir. “London taksi”siləri ilk dəfə Bakıya gətirilərkən onların 500-ü gömrük rüsumu ödəməyib. Ona görə də, həmin taksilər gömrük işçiləri tərəfindən yığılıb və Dövlət Gömrük Komitəsinin cərimə meydançasında saxlanılır.

Görünən budur ki, artıq Ziya Məmmədovun iqtisadi cəhətdən çökdürülməsi əməliyyatı başlayıb.  Qeyd edək ki, bu, Ziya Məmmədovun biznesinə ilk zərbə deyil. May ayında  baş nazir Artur Rasizadənin qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılıb. Bu qərarla paytaxtda sərnişin daşınmasının təşkili Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilib.

Paytaxtda sərnişin daşınması nəqliyyat naziri Ziya Məmmədova məxsus “Transqeyt” şirkətinin monopoliyasında idi. Nazirlər Kabinetinin sözügedən qərarı ilə sərnişin daşınma xidməti BŞİH-nin nəzarətinə keçdi. Bununla Ziya Məmmədovun daha bir maliyyə qaynağı qapadılıb. Bir qədər öncə Bakı yollarının təmir-bərpası funksiyası da Nəqliyyat Nazirliyindən alınıb Bakı şəhər İcra Hakimiyyətinə verilmişdi. Nazirliyin əsas müəssisəsi olan “Azəryolservis” ASC də faktiki olaraq Z.Məmmədovun təsir dairəsindən çıxarılıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar