Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirin xalası oğlu xaricdə təhsil qəbulunu inhisara alır


Elnur Əliyev xarici ölkələrədəki universitetlərə tələbə qəbulunu həyata keçirən şirkətləri sıradan çıxartmağa başlayıb


Təhsil naziri Mikayıl Cabbarovun ən yaxın adamlarından biri olan, nazirin xalası oğlu və “qara qutusu” adlandırılan Elnur Əliyev xarici ölkələrədəki universitetlərə tələbə qəbulunu həyata keçirən şirkətləri sıradan çıxartmağa başlayıb.

Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Elnur Əliyev öz yaxın adamları vasitəsi ilə xarici ölkələrdəki universitetlərə tələbə qəbulu həyata keçirən bir neçə şirkət yaradıb. Həmin şirkətlər vasitəsi ilə artıq xarici ölkələrin təhsil ocaqlarına tələbələrin qəbuluna başlanılıb. Bu vaxta qədər xarici ölkələrdə təhsil almaq üçün qəbul keçirən şirkətlərin çoxuna isə qeyri-rəsmi olaraq qadağa qoyulub.

Məlumatlı mənbə qeyd edir ki, Elnur Əliyevin adamları müştərilərinə təhsil aldıqdan sonra əldə dəcəkləri universitetin diplomlarının tanınması təminaktını verir. Məhz təhsil alan tələbələrin diplomlarının tanınması amilinə görə Elnur Əliyevin tədris mərkəzləri ilə başqa tədris mərkəzlərinin qiymətləri arasında böyük fərq var. Bildirilir ki, nazirin xalası oğlunun tədris mərkəzlərində ən ucuz xarici universitetə qəbulun qiyməti 8 min manatdan başlayır. Yəni Elnur Əliyevin tədris mərkəzləri vasitəsi ilə xaricə təhsil almağa gedənlər ilkin olaraq 8 min manat köçürdən şəxs hansısa Şərqi Avropa ölkəsinin universitetinə qəbul olunması və illik 2000-3000 avro arasında təhsil haqqı köçürdərək diplom qazanması təminatı verilir. Eyni zamanda həmin şəxsə təhsilini bitirdikdən sonra diplomunun Azərbaycanda tanınacağı barədə təminat da verilir. Təminatın isə Elnur Əliyev və nazirin adından verildiyi qeyd olunur.

 Məlumatda qeyd olunur ki,  Elnur Əliyevin adamları onların xətti ilə xarici ölkələrdə təhsil alıb qayıdan şəxslərin diplomlarının tanınması üçün zəmanət verdikləri üçün müştəriləri dayanmadan çoxalır. Elnur Əliyevin şirkətləri xarici universitetlərin diplomalrının tanınmasına görə müştərilərindən əlavə 10-20 min manat arası alacaqlarını əvvəlcədən bildirirlər.  Hazırda bu ilki xaricdə təhsil alan məzunlardan da diplomlarının tanınması üçün bu qiymət tələb olunur. 

Bildirilir ki, hər il xarici universitetlərinin diplomlarının təsdiqlənməsinə görə təqribən iki milyon manatdan artıq qazanc əldə edilir. Misir Mərdanovun zamavnında bu gəlirli sahəyə Təhsil Nazirliyninin hüquq sektorunun müdiri Elmir Həsənov rəhbərlik edirdi. Lakin Mikayıl Cabbarov Elmir Həsənlini işdən azad etməsə də, bu gəlirli sahəni ondan alaraq öz xalası oğluna tapşırıb.

Onu da qeyd edək ki, Mikayıl Cabbarov təhsil naziri vəzifəsinə təyin olunduqdan sonra nazirlikdə “kilid” yerlərə nəzarət məhz Elnur Əliyevə tapşırılıb. 

Hazırda nazirin xalası oğlu Təhsil nazirliyinin  ümumi şöbəsinin müdiri, Bakı Təhsil şöbəsində birinci müavin, həmçinin nazirlikdə fəaliyyət göstərən xarici ölkələrin ali təhsil sahəsində verdiyi ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respubilkasında qüvvədə olan təhsil standartılarına uyğunluğunun müəyyən edilməsi prosedurunun həyata keçirilməsinə nəzarət edən 3 nəfərlik Ekspert Qrupunun tərkibində yer alır. 

Qeyd olunur ki, Elnur Əliyev təhsil nazirliyi tərəfindən xarici universitetlərin diplomlarının tanınmasına birbaşa rəhbərlik edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar