Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir oğlundan Bakıda “Formula-1“ şousu - Fotolar

Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula-1" üzrə "Qran Pri" yarışının təşkilatçısı olması barədə bir neçə dəfə yazmışıq. Amma hər dəfə qarşı tərəf bunu təkzib edib. Bildirilib ki, yarışın təkşkilatçısı olan "Baku Grand Prix" şirkətinin Arif Rəhimova aidiyyatı yoxdur


Arif Rəhimov bir tərəfdən yarışın təşkilatçısı olmasını təkzib edir, digər tərəfdən isə hərəkətləri ilə yazılanların həqiqət olduğunu göstərir. 

Artıq yarışda iştirak edəcək maşınlar və bəzi qonaqlar ölkəmizə gəlir. Bütün qonaqların nazirin oğlu qarşılayır, yarış avtomobillərində poz verib, sonra da şəkillərini sosial media hesabından paylaşır. Bütün bunlar isə bir daha onun "Qran Pri" yarışının təşkilatçısı olması barədə xəbərləri təsdiq edir.

"Baku Grand Prix" şirkətinin "Formula 1" Avropa Qran Prisinin 2016-cı ildə Bakıda keçirilməsinin rəsmiləşməsindən qısa müddət sonra yaradılması maraq doğurur. Görəsən, bu yarış ərəfəsində həmin şirkətin yaradılmasında və "Formula 1" Avropa Qran-Prisinin Bakıda təşkilinin bu şirkətə həvalə edilməsində doğrudanmı, qaranlıq, şübhəli heç bir məqam yoxdur?!

Təbii ki, var. Nazir Azad Rəhimov rəhbərlik etdiyi qurumun keçirdiyi tenderdə oğluna məxsus şirkətin qalib gəlməsinin yəqin ki, təsadüf olduğunu iddia və sübut edə bilməz. Azərbaycanda tenderlərin hansı əsaslarla keçirildiyini hamımız yaxşı bilirik. Heç bir şəffaflığın olmadığı tenderləri bütün hallarda məmurların özlərinə və yaxınlarına məxsus şirkətlər qazanır. "Baku Grand Prix" şirkətinin də sözügedən tenderi təsadüfən və atasının tapşırığı olmadan qazanmadığı faktdır. Dövlətin milyonlarla vəsait ayırdığı bir yarışın təşkilatçılıq hüququnun nazir oğluna verilməsi Gənclər və İdman Nazirliyində idarəçiliyin hansı səviyyədə olduğunu bir daha göstərir.(Qaynarinfo.az)




pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar