Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir müsəlmanlara alkoqol və donuz ətini “məsləhət gördü“


Norveçin inteqrasiya naziri müsəlmanları ölkə mədəniyyətinə qaynayıb-qarışmaq üçün alkoqollu içkilər içməyə və donuz əti yeməyə çağırdığına görə tənqid və istefa tələbləri ilə üzləşib


Milli.Az BBC-yə istinadən bildirir ki, Norveçin antimühacirət Tərəqqi Partiyasından olan xanım Sylvi Listhaug özünün Facebook səhifəsində yazırdı ki, Norveçə gələn mühacirlər ölkə mədəniyyətinə uyğunlaşmaq məcburiyyətindədirlər.

"The İndependent" yazır ki, xanım Listhaug 20 min "like" qazandıqdan sonra öz mövqeyinə aydınlıq gətirməyə məcbur olub.

"Biz donuz əti yeyir, alkoqol içir və üzümüzü bağlamırıq. Odur ki, siz Norveçə gələrkən bizim dəyərlərimiz, qanun və qaydalarımıza riayət etməlisiniz" - yazırdı nazir Facebook-da.

Xanım Listhaugun partiyasının və Mühafizəkar Partiyanın daxil olduğu koalisiya hökuməti ötən həftə müsəlmanlara qarşı çox sərt mövqe nümayiş etdirib.

Bundan əvvəl ölkənin baş naziri Erna Solberg demişdi ki, şəxsən o üzünü rübəndlə bağlayan hər hansı qadını işə götürməzdi.

Bütün bunlara baxmayaraq xanım Listhaugun postu sosial mediada sərt tənqidlərlə üzləşib.

"Bu ölkədə və başqa ölkələrdə nəyi yeyib, nəyi yeməmək ümumi insan haqqıdır" - yazır Bente Bull adlı bir istifadəçi.

"Listhaug bizə problem yaradır" - deyə başqa bir istifadəçi reaksiya verib.

Elisabeth Rönnild adlı istifadəçi isə yazıb: "Bu indiyədək oxuduğum ən axmaq bəyanatdır".

Qaçqın inteqrasiyası sahəsində fəaliyyət göstərmiş Norveç kriminoloqu Ömər Gilani Syed Aftenposten qəzetində yazdığı məqalədə naziri istefaya dəvət edib.

Norveçin Leyborist Partiyasından Zeynəb əs-Səməray Dagbladet qəzetində yazıb: "Əgər sən inteqrasiya nazirisənsə, inteqrasiya işləri ilə məşğul olmalısan, daha adamları qorxudub bir-birlərindən ayırmamalısan".

Xanım Listhaug cavab olaraq bildirib ki, onu düzgün başa düşməyiblər. O israr edib ki, müsəlmanları donuz əti yeməyə və ya spirtli içikilər qəbul etməyə məcbur etmək niyyətində deyil, lakin Norveç mədəniyyəti bü cürdür.

"Mənim dediyim odur ki, Norveçə gəlmisənsə, özünü Norveç əmək bazarına uyğun aparmalısan. Əgər sən restoranda və piano barında ofisiant işləyəcəksənsə, müştəriyə donuz əti də verməli olacaqsan, alkoqollu içki də. Axı biz iş müsahibəsinə idman şalvarında və ya kepka ilə getmirik. Müsahibənin öz geyim normaları var" - yazır nazir.

Norveç Miqrasiya Müdirliyinin məlumatına görə 2015-ci ildə 10 min 448 nəfəri suriyalı olmaqla 31150 nəfər ölkədən sığınacaq istıəyib.

Sərhəd yoxlanışı sərtləşdiriləndən və maliyyə müavinətləri məhdudlaşdırılandan bəri Norveçə gələn qaçqınların sayı 95 faiz azalıb.

Hazırda Norveç-Rusiya sərhədində uzunluğu 200 metr, hündürlüyü 3 metr yarım olan dəmir hasar tikilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar