Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir müavinidən əlilə şok münasibət


Elsevər Ağayev 20 Yanvar əlilini “burada küçə söhbətlərini etməyin” cavabıyla heyrətləndirib...


1990-cı ilin 20 yanvar faciəsindən 25 il ötməsinə baxmayaraq, xeyli sayda soydaşımız o qanlı hadisələrin yaralarını, ağrı-acılarını günümzdə də canlarında daşımaqdadırlar. 

Həmin məşum gecənin qurbanlarından biri də iki güllə yarası almış 20 yanvar əlili Cavid Abdullayev olub. Cavid müasir tariximizə xalqımızın qəhrəmanlıq səlnaməsi kimi yazılan o günləri belə xatırlayır:
 
“Mən 1988-ci  ildə meydan hərəkatı başlayanda noyabrın 17-dən dekabrın  5-nə qədər  meydanda olmuşam. O  vaxt indiki  İqtisad Unversitetinin  tələbəsi  idim və tələbələr Milli Azadlıq mübarizəsinin  əsas aparıcı  qüvvəsi idi. Qarabağ  uğrunda  başlayan  mübarizə 1989-cu  ilin  sonlarına  yaxın  müstəqillik  uğrunda  Milli Azadlıq  hərəkatına  çevrildi. Həmin  vaxtlar bizim mübarizəmiz nəticə  vermək  üzrə  idi, lakin imperiya isə bunu  qəbul  edə bilmirdi. Ona görə də, müxtəlif bəhanələrlə ordunu  Bakıya  yeridib hərəkatı boğmaq  istəyirdi. Bəhanəni  də, o  vaxt  kənardan  respublikaya gətirilmiş xüsusi təyinatlı qruplar və yerli təhlükəsizlik orqanları bir neçə ermənini  öldürməklə  onlara təqdim etdi. Biz tələbələr bunun qarşısını almaq istəyərkən hətta bizi də  şantaj  edərək “onlar da ermənidir”  deyərək  üzərimizə  hucum  edirdilər. Sənədlərimizi təqdim  etməklə  əllərindən  çətinliklə  qurtara  bilirdik”. 

C.Abdullayevin sözlərinə görə, imperiya qüvvələri yaratdıqları bəhanəni əsas  edərək  ordunu  Bakıya  yeritməyə  başladı. Bunun qarşısın almaq üçün Bakıda Müdafiə Komitəsi  təşkil  olunanda Cavidgilin institutunda da komitənin  yerli  şöbəsi təsis edilib. Tələbələr bir  neçə  gün  şəhərin  müxtəlif  yerlərində  növbə  çəkərək ordunun şəhərə girişinə imkan verməyiblər. C.Abdullayev xatırlayır ki, həmin gecə Salyan  kazarmasının Tbilisi  prospektinə  çıxışından  tankların şəhərə çıxmasının qarşısını bir necə dəfə ala biliblər, hətta tanklar şəhərə gecə  saat  12:30-da çıxmaq istəyəndə də imkan verməyiblər. “İki saatdan sonra keçmiş Avtovağzal və XI Qızıl Ordu meydanı, kazarma və kazarma ilə üzbə-üz  “gecə  tikilən  evlər” deyilən istiqamətlərdən eyni vaxtda üzərimizə hücuma keçdilər. Bir tələbə yoldaşım güllə yarası alaraq  yerə yıxılmışdı. Mən onu sürüyərək tankların altından çıxarmaq istəyərkən güllə yağışına tuş gəldim. Birinci güllə əlimdən dəydi, sonra ani sürətdə sifətimdən ikinci  güllə dəydi. Mən yerə yıxıldım,  bu  vaxt  başımın arxa  nahiyəsindən avtomatın qundağı ilə bir  neçə zərbə vurdular. Qəribə burasındadır ki, bütün bu  dediklərimi 3  ildən sonra  xatırlamışam. O  vaxta  qədər  heç  kimi  və  heç  nəyi xatırlamırdım.

Həkimlər ağır güllə yarası almış C.Abdullayevə ağır qarışıq kəllə-beyin zədələnməsi, beyin oturacaq  sümüyünün  qırığı, beyində subarxanadial  hissəyə qan sızması, sağ üz sinirinin nevriti, sol goz  sinirinin atrofiyası, aşağı və yuxarı çənə sümüklərinin və almacıq sümüyünün sınığı diaqnozunu qoyurlar. Bir il fasiləsiz Bakıda mualicə olunduqdan sonra, 1991-ci ildə Türkiyədə baş  beyin  nahiyyəsindən  əməliyyat  olunub və 7 ay orada nevroloji  müalicə alıb.  Türkiyədən  qayıtdıqdan  sonra səhhəti  yenidən  ağırlaşan C.Abdullayev 1992-ci  ilin ikinci yarısında dövlət hesabına ABŞ-a  müalicəyə  göndərilib. Onun dediyinə görə, ilk  yoxlamalar Vaşinqtonda  aparılıb: 

“Ancaq müalicə  və  əməliyyatdan  imtina  etdilər. Dedilər ki, müalicəyə gecikdiyimə görə müalicə mümkün deyil, yəni güllə ilə bədənə keçmiş zəhər  artıq beyinin  alt  qatına  nüfuz  etmişdir. Sonra məni Mayamidəki  6  müxtəlif  xəstəxanada da müayinə edərək  Vaşinqitonda deyilənləri bir daha təsdiqlədilər və Los-Anceles şəhərinə  xüsusi  ixtisaslaşmıs  xəstəxanaya təkrar müayinəyə göndərdilər. Burada bas-beyin nahiyəsindən əməliyyat  olundum, ağır  və uzun  surən əməliyyatdan  sonra beyindəki zəhəri  təmizləsələrdə göz,  qulaq  və  burunda  olan  problemləri, başımda olan  şiddətli ağri  və  səsi  aradan qaldıra bilmədilər. ABŞ-da  6 ay  həkim  nəzarətində oldum və  sonra  ölkəmizə qayıtdım. 7-8 ay  nisbətən  yaxşılaşsam da  yenidən  bütün səs  və  ağrılar  daha  da  şiddətlənməyə başladı...”  

25  ildir ki, başındakı şiddətli ağrıdan və  səsdən bir  dəqiqə  olsun  belə  rahatlıq tapa bilməyən C.Abdullayev ağrılarının sutka  ərzində cəmi bircə dəqiqə fasilə verərsə  böyuk  səbirsizliklə həmin dəqiqəni gözlədiyini deyir.   Amma  bu  baş  vermir, o şiddətli ağrılarına görə hər  45  gundən  bir 15  gün  müalicə  olunur: “Bir dəfə  mualicəmi buraxmışdım, nəticədə yaddaşım tamam itmişdi. Hazırda müalicə olunmaq imkanlarım da azdır. Ev, ailə qayğıları da bir yandan buna imkan vermir. Cəmi aldığım pul əlilliyə  görə  157  manat və Prezidentin təyin etdiyi  130 manat təqaüddür. Mənsə  hər  45  gundən  bir onların  cəmindən  6  dəfə  cox  mualicəyə  pul  xərcləyirəm”.  

Bütün bunlar Cavidin aldığı yaraların, mənəvi sarsıntıların yekunu deyil.  Məsələn, o  institututu  bitirərkən təyinatını  maliyyə  nazirliyinə alsa da, bir gün olsun belə doğma iş yerinə çıxa bilməyib. Çünki həkimlər sutka ərzində bir saatdan  artıq  zehni  işlə  məşğul  olmağı Cavidə qadağan edib. 1993-cü  ildən  22 ildir gənc  mıtəxəssis  və  ikinci qrup 20  yanvar əlili kimi Səbail  rayonunda  ev  növbəsində  olmasına baxmayaraq hələ  də  evlə  təmin  olunmayıb. “Bu günə qədər uşaqlar  kiçik  olduğundan  2 otaqlı  mənzildə birtəhər kirayə  qalırdım, kirayə  haqqı  nisbətən  az  idi. Hazırda 3  otaqlı  mənzildə  yaşayıram  və  ayda  400  manat kirayə pulu ödəyirəm. Tələbəlik  illərimi  milli  azadlıq  hərəkatına  necə  sərf  etdiyimi, bu  yolda  sağlamlığımı  necə  qurban  verdiyimi,  yaralanmamısdan  əvvəl hansı  savada  və  hafizəyə  sahib  olduğumu  və  sonra  butun  bunları necə itirdiyimi kimlər bilməsə də, axı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, mənim keçmiş müəllimim Səlim Müslümov çox yaxşı bilir. Çünki tələbəlik illərində mənim ən  hörmət  etdiyim  müəllimlərimdən biri olan Səlim müəllim bu olayların birbaşa  şahididir. Açığı, ona həm müəllimim kimi, həm də vətəndaşlara layiqincə xidmət etməyi bacaran bir vicdanlı məmur kimi böyük hörmətim var. Bu günlərdə Səlim müəllimlə görüşəndə də bu qənaətimdə haqlı olduğum öz təsdiqini tapdı. Məni çox gözəl qarşılayan Səlim müəllim problemlərlə şəxsən özü tanış olandan sonra birinci  mualicəmi  təşkil  etməyi,  ilin  sonuna  kimi isə  ev  məsələmi yoluna qoyacağına söz verdi.  Doğrusu, onun bu vədi mənim ürəyimdə  ümidləri xeyli artırdı.  Səlim  müəllim onunla yenidən əlaqə  saxlamaq üçün  köməkçisi  İqbalın  və  icra  aparatının  rəhbəri  Əjdərin (soyadlarını bilmirəm-C.A.) telefon  nömrələrini  mənə  verdi  və  onlara mənə köməklik etmələrini tapşırdı. Lakin nazirin köməkcisi  ikinci zəngimdən sonra telefonuma cavab vermədi, İcra  aparatının  rəhbəri  Əjdər  isə  mənə rədd  cavabı  verdi. 

Qeyd etmək istəyirəm ki, Səhiyyə  nazirliyinin   xaricdə  mualicə  olunmaq  üçün   xüsusi  komissyası  mənə Almanyanın  Münhen  şəhərində  yerləşən  xüsusi  ixtisaslaşmış  əsəb  xəstəxanasında  mualicə  olunmağım üçün rəy  verib. ƏƏSMN-i isə  ancaq yol  pulunu  təklif edir. Daha sonra 14 həftə ardıcıl Səlim müəllimin qəbuluna yazılsam da yuxarıda adlarını çəkdiyim aşağı ranqlı məmurlar məni qəbula buraxmadılar. 

Tutalım ki, ƏƏSMN ancaq yol pulunu ödəyə bilər. Ancaq mən belə düşünürəm ki, bu problemi səhiyyə  naziri  O. Şirəliyevlə, yaxud da Neft  Şirkəti  ilə  həll  etmək  çətin  deyildir. Onlar məni  tanımasalar da, hörmətli Səlim müəllim məni yaxşı  tanıyır ki. Səlim  müəllim,  kimlərəsə  zəng  edib  bu işi təşkil etmək  Sizin şəxsi  işiniz deyil ki, utanıb  çəkinəsiniz”. 

C.Abdullayev həm də gileylənir ki, Moskvanın  əlindən  sərvətlərimizin  alınıb  ölkəmizə  qaytarılmasında  gəncliyimizi,  sağlamlığımızı  qurban  verərək  böyük  əziyyətlər  çəkmişik.  Bizim  qanımızı  tökərək  Bakıya  daxil  olan  tanklar  il  yarımdan  sonra  ölkəmizi  birdəfəlik  tərk  edib.  Bizim tökülən  qanımız  nəinki  ölkəmizin,  hətta  sosializimdən  əziyyət  çəkən bir sıra  xalqların  da azad  olmasında  əsas  baza  oldu. Alıb  ölkımizə  qaytardığımız  o  sərvətlərdən  bizə ev  verməyiniz  bir yana,  müalicə olunmağımızı da bizə  qıymırsınız? Səhiyyə  nazirinin müavini Elsevərlə  görüşüb bu məsələlərdə  kömək etməsini  xahiş  edəndə, dövlət  tərəfindən  müalicə olunmaq  haqqımız var  deyəndə nazir müavinindən “burada küçə söhbətlərini etməyin” kəlməsini eşitmək dəhşətli haldır: “Başımdakı  dəhşətli ağrı və səslər 25 ildir bir dəqiqə də olsun belə dayanmayıb. Mənim bu çəkdiklərimə biganə qalanlara bu dəhşətli ağrıları arzulamıram. Allah eləməmiş  1-cə saat bu cür ağrıları olsa, 25 ildə nələr çəkdiyimi yaxşı anlayarlar. Sual vrə bilərsiniz ki, niyə bircə saat belə onlara mənim ağrılarımı çəkməyi qıymıram? Çünki mən milli azadlıq mübarizəsinə milli dərklə başlamışam.  Dövlətdən də haqqımı tələb edirəm.  Eyni zamanda müstəqillik  uğrunda mübarizə apardığıma görə kiminsə  boynuna  minnət qoymuram,  bu    mənim  borcum  idi, bu yolda şəhid də  ola bilərdim, necəki yüzdən çox şəhid  verdik. Ancaq mənim anlamadığım, bu  yolda  xəsarət  almış, sağlamlığını itirmiş  insanlara  uğrunda  vuruşduğu millətin  məsul  şəxslərinin  laqeyd  münasibətidir, Moskvadan geri  qaytardığımız  milyardlardan  müalicəmiz üçün qəpik-quruşu bizə  qıymamalarıdır. Bəlkə bu qınağımda da haqsızam, axı  sosializim  dövründə  insan arxasında işlədiyi  dəzgahdan aşağı sayılırdı,  o  dəzgaha   dəyən  ziyana    görə insan  həbsə atılırdı. Bir də o zaman Allahsız  quruluş idi, mənə elə gəlir ki, müalicəmə biganə yanaşan məsul  şəxslər də  məhz o  dövrdə  dünyaya   gələn,  böyüyən və  təhsil  alanlardır. Buna görə də, bizə münasibətdə ALLAHSIZLIQ edərək dəzgahdan da aşağı münasibət sərgiləyirlər”.(moderator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar