Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir İnam Kərimov Naxçıvandadır

Kənd təsərrüfatında həyata keçirilən tədbirlərlə tanış olub


Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov iyunun 9-da Naxçıvana səfər edib.

Kənd Təsərrüfatı Nazirliyindən Azərtac-a bildiriblər ki, nazir səfər çərçivəsində muxtar respublikada kənd təsərrüfatının müxtəlif sahələrində həyata keçirilən tədbirlərlə tanış olub, fermer təsərrüfatları ilə maraqlanıb.

İnam Kərimov əvvəlcə “Naxçıvan Aqrolizinq” ASC-yə gəlib. Məlumat verilib ki, cəmiyyət 2005-ci ilin yanvar ayında fəaliyyətə başlayıb. Ötən dövrdə cəmiyyətin muxtar respublikanın rayonlarında da bazaları yaradılaraq, lazımi texnika və texnoloji avadanlıqlarla təchiz edilib. Bildirilib ki, cəmiyyət fəaliyyətə başladığı dövrdən indiyə kimi müxtəlif adda 2248 müasir texnika və texnoloji avadanlıq alınıb. Gətirilən texnika və texnoloji avadanlıqların 1752-si lizinq yolu ilə torpaq mülkiyyətçilərinə satılıb. Cəmiyyətin ehtiyat hissələri anbarı, təmir sexləri, gübrə anbarları barədə də ətraflı məlumat verilib. O da qeyd olunub ki, cəmiyyətin mərkəzi və rayon bazalarında bitkiçilik və baytarlıq aptekləri də yaradılıb.

Nazir Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Kəhrəba” fermer təsərrüfatında da olub. Məlumat verilib ki, təsərrüfatın əkin sahəsində tütün, kartof, sarımsaq, taxıl, eyni zamanda, digər tərəvəz və bostan bitkiləri əkilib. Əkin zamanı yerli və məhsuldar sortlardan istifadəyə önəm verilib. Yerli şəraitə uyğunlaşdırılmış bitki sortlarının muxtar respublikanın rayon və kəndlərində əkini üçün də yaxşı imkanların olduğu bildirilib.

İnam Kərimov Naxçıvan “Bərəkət Toxumçuluq Təsərrüfatı”na da baş çəkib, fəaliyyəti ilə maraqlanıb. Təsərrüfatın bazasındakı texnikaların iş prinsipi haqqında ətraflı məlumat verilib və bildirilib ki, “Bərəkət Toxumçuluq Təsərrüfatı” MMC bu gün məhsul istehsalçılarını keyfiyyətli və məhsuldarlığı yüksək olan toxumlarla təmin edir. Bunun üçün müasir texnika və texnoloji avadanlıqlar alınıb. Eyni zamanda, cəmiyyətin Kəngərli rayonunda geniş əkin sahələri də mövcuddur.

Muxtar respublikaya səfəri zamanı nazir İnam Kərimov Babək rayonunda fəaliyyət göstərən “Bərəkət Damazlıq Təsərrüfatı”nda da olub. Bildirilib ki, geniş ərazisi olan təsərrüfat qapalı yem anbarı, avtomatik sağım, açıq havada yemləmə və qaramalın saxlanıldığı sahələrdən ibarətdir. Damazlıq təsərrüfatında hər biri gündəlik 20 litrə yaxın südvermə qabiliyyətinə malik holşteyn-friz, simmental və şves cinslərindən olan inəklər saxlanılır. Təsərrüfatın illik süd istehsalı 900 tondur. Yeni texnologiya hər inəkdən sağılan südün həcminin və keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir. Diqqətə çatdırılıb ki, təsərrüfat muxtar respublikada qaramalın cins tərkibinin yaxşılaşdırılmasında mühüm rola malikdir. Burada süni mayalama yolu ilə əldə olunan buzovlar muxtar respublikada fəaliyyət göstərən fermer təsərrüfatlarına satılır ki, bu da xaricdən cins mal-qaranın gətirilməsinə olan ehtiyacın aradan qalxmasına şərait yaradır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar