Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Nazir: “Ölkədə özəl pensiya fondlarının yaradılması üçün...”


"Azərbaycanda özəl pensiya fondlarının yaradılması bizim gündəliyimizdə olan məsələdir"


“APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün heç bir məhdudiyyətlər yoxdur: “Düşünürəm ki, bu məsələ kompleks məsələdir. Bu qısamüddətli araşdırma ilə aparılan məsələ deyil. Bu məsələnin araşdırılması uzun müddət tələb edir”.

Nazir deyib ki, Azərbaycan özəl pensiya fondunun inkişafında maraqlıdır: “Bu, Azərbaycanda özəl sektorun inkişafına dəstək olacaq. Bu gün Azərbaycanda həyat sığortası mövcuddur ki, bu da özəl pensiya fondlarının alternatividir”.

Nazir qeyd edib ki, ölkədə özəl pensiya fondlarının yaradılması üçün nazirlik özəl sektordan təkliflər gözləyir.

pia.az
Etiket:
loading...