Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazim məhkəmənin qərarına etiraz etdi

Xəbər verdiyimiz kimi, “Faytonçu Nazim” ləqəbi ilə tanınan müğənni Nazim Pişiyarinin “Elmed” klinikasının cərrahı Elman Əzimova qarşı qaldırdığı iddia əsasında məhkəmə iclası başa çatıb


Axşam.az-ın məlumatına görə, hakim Almaz Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə sənətçinin iddiası təmin edilməyib.

Məsələ ilə bağlı əməkdaşımıza açıqlama verən Nazim qərarla razılaşmayacağını deyib. O, hər şeyin ortada olduğunu, məhkəmənin ədalətsiz qərar verdiyini söyləyib:

“Bir məhkəmə ilə iş bitmir. İş hələ şəhər məhkəməsinə gəlməyib. Bundan sonra Apellyasiya məhkəməsinə müraciət edəcəm. Mənim nəyisə sübut etməyə ehtiyacım yoxdur. Hər şey göz qabağındadır. Daha məhkəməyə nə sübut təqdim edim ki?”.

Qeyd edək ki, Nazim Pişiyari bildirib ki, ilk dəfə “Elmed” klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub, lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. “Faytonçu Nazim” həkimin ciddi cəzalandırılmasını istəyib. O, bununla bağlı Baş Prokurorluğa, Bakı şəhər prokurorluğuna və Binəqədi rayon prokurorluğuna müraciət edib.

Həkim E.Əzimov da “Faytonçu Nazim”in iddialarını rədd edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar