Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazim İbrahimovun qardaşı iddialara cavab verdi



“Auditin rəyinə görə mən oraya 16 milyon 625 min dollar vəsait qoymuşam, Qasımov isə heç bir vəsait qoymayıb, əksinə, əldə olunan gəliri mənimsəyib”


Sahib İbrahimov İlham Qasımovun ittihamlarına münasibət bildirdi 

Mətbuatda bir neçə gün əvvəl inşaat sektorunda çalışan iş adamı İlham Qasımovun keçmiş ortağı, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimova qarşı irəli sürdüyü ittihamlarla dolu müsahibəsi dərc edilib. 

Məlumata görə, hər şey İlham Qasımovla birlikdə çalışan Nazim İbrahimovun qaynı Məzahir Cəfərovun həbsi ilə ortaya çıxıb. Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2 (dələduzluq) maddələri ilə cinayət işi başlanıb və Məzahir Cəfərov tutulub. Bu hadisənin davamını araşdıran “Bizim Yol” qəzetinin əməkdaşı İlham Qasımovdan müsahibə alıb. Daha sonra isə Sahib İbrahimov müsahibəsi ilə qarşı tərəfə cavab verib.

S.İbrahimov İ.Qasımovla tanışlığından bəhs edib: “Qazaxıstanda işləyən ümumi tanışımız Azərbaycana gəlmişdi, neft avadanlığı almaq istəyirdi. Burada bir adamın neft avadanlığı satdığını dedi və onunla mənim ofisimdə görüşmək üçün icazə istədi. Razılaşdım və onlar görüşdülər. Həmin adam İlham Qasımov idi. Bir dəfə də Ərəbistandan gələn qonaqları ilə görüşmək üçün ofisimdən istifadə etməyi özü xahiş elədi, buna da ”yox" demədim". S.İbrahimov deyib ki, özü inşaatla 2003-cü ildən məşğul imiş, binalar tikirmiş: “O isə inşaat sektorunda deyildi, tikintiyə 2007-ci ildə ilk dəfə mənimlə Bakı Əyləncə Mərkəzində başladı. Əslində ideya mənim idi: ərazinin sahibi olan ”İSR Holdinq" şirkətlər qrupu ilə anlaşmışdım ki, onlar bizə yer, biz də əvəzində tikintidən onlara pay verək. Holdinqə pul ödəməmişik, şərtlərə görə tikilən binalardan mənzillər və qeyri-yaşayış sahələri verməli idik. 4000 kv.m mənzil, 1000 kv.m qeyri-yaşayış sahəsi idi. Şirkət bu işin yubandığını görüb məhkəməyə müraciət etdi. Məhkəmə də şirkətin tələbini, yəni müqavilədən irəli gələn şərtləri təmin etdi, nəticədə qərar icra olunub və şirkətə təhvil verilib".

İş adamı deyib ki, onların şirkətdə payları olub: “Sonradan da alqı-satqı paylarının üzərindən pul qoyub əmlak bölgüsü etməli idik. Notariusda payların alqı-satqısını bir dəfə elədik. Sonradan da Qasımov pul qoymadığına görə prosesi təkrarladıq. Onda da sərmayə qoyacağına söz verdi, amma yenə də vəsait qoymadı. Ancaq ortaqlığımız davam edirdi, satışlarımız, ondan daxil olan gəlirimiz vardı. Fikirləşirdik ki, satışlar şirkəti inkişaf etdirə bilər. Sonradan ikili mənzillər satdılar, iş prokurorluğa gedib çıxdı. Prokurorluq audit dəvət etdi. Auditin rəyinə görə, mən oraya 16 milyon 625 min dollar vəsait qoymuşam, Qasımov isə heç bir vəsait qoymayıb, əksinə, əldə olunan gəliri mənimsəyib”.

S.İbrahimov keçmiş ortağının “Sahil-D” kompleksinin torpağını almaq üçün özü 6 milyon manat xərclədiyi barədə dediklərini də cavablandırıb: “O, Sizə çekləri, ödəmə barədə qaimələri göstərsəydi, dediklərinə inanmaq olardı. Lakin bu barədə heç bir sənəd təqdim edə bilmirsə, deməli, düz danışmır. Çünki bu adamın iddiaları heç bir sənəddə əksini tapmır... Bizdə audit rəyi var. Kimin nə qədər vəsait qoyduğunu, kimin qoymadığını audit aydınlaşdırıb. Oğurladıqları pullar mənim həmin tikintiyə qoyduğum vəsaitdir”.

S.İbrahimovun audit rəyindən təqdim etdiyi bir abzasda qeyd olunub ki, “Sahil D Kompani” MMC-nin təsisçisi Taleh Abdullayevin verdiyi məlumata görə, vəsaitin 16 milyon 625 min dolları Sahib İbrahimov tərəfindən qoyulub.

“Nə qədər pul mənimsəyiblər” sualına cavabında S.İbrahimov belə deyib: “Audit rəyi nəticəsində mənim tikintiyə yatırdığım sərmayənin həcmi müəyyənləşdirilib və məhkəməyə müraciət edib haqqımı tələb etmişəm. Məhkəmədə iddia qaldıraraq mənə aid olan vəsaitin tikintiyə yönləndirilməsini tələb etmişəm. Məhkəmə istəyimin bir qismini təmin edib, mənzilləri mənim ixtiyarıma verib. İlhamın isə iddia etdiyi kimi, məhkəmədə qazandığı şirkətdə kimin direktor olması məsələsidir. Əvvəldən Taleh Abdullayev direktor olub, sonradan onlar gedib məhkəməyə veriblər: ”Biz istəyirik, direktor Məzahir Cəfərov olsun" deyiblər. Məhkəmə də bunu təmin edib. Bunun əmlak bölgüsünə dəxli yoxdur. Direktor kim olursa-olsun, mən orada əmlak sahibiyəm".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Naxçıvan Ali Məclisində yeni təyinatlar olub    

Ən çox oxunanalar