Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazim İbrahimovun adı 1 milyon dollarlıq məhkəmə qalmaqalında


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun həyat yoldaşı Minayə İbrahimova “Era Trans Sığorta” ASC-ni məhkəməyə verib


ASC-dən virtualaz.org saytına daxil olan məlumata görə, iddiada üçüncü tərəf qismində “Nikoil” bankı iştirak edir.

M.İbrahimovanın sığorta şirkətini məhkəməyə verməsinə səbəb onlara məxsus evin yanması nəticəsində ASC-dən iddia etdikləri pulu ala bilməməsi olub. Belə ki, İbrahimovlar özlərinə məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, 59 saylı ünvanda yerləşən evin 18, 19 və 20 saylı mənzillərini bu şirkətdə sığorta etdiriblər.

Daha sonra isə İbrahimovlar həmin mənzilləri girov qoyaraq “Nikoil” bankdan 800 min manat (1 milyon ABŞ dollarından çox) məbləğdə kredit götürüblər.

Sığorta predmeti olan həmin mənzillərdə 2012-ci il, martın 9-da saat 03:10 radələrində yanğın baş verib. İbrahimovlar isə sığorta şirkətindən təxminən 1 milyon ABŞ dolları tələb edib. Sığorta şirkəti məhz bu məbləği verməyib.

Belə olan halda M.İbrahimova məhkəməyə müraciət edib. Onlar 748 min 650 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsini tələb ediblər. Səbayel Rayon Məhkəməsi iddianı təmin edib. Bakı Apelyasiya Məhkəməsi qətnaməni qüvvədə saxlayıb. “Era Trans Sığorta” ASC qərardan kassasiya şikayəti verib. İşə sabah - avqustun 1-də Azərbaycan Ali Məhkəməsində hakim Qəhrəman Allahverdiyevin sədrliyi ilə baxılacaq.

“Era Trans Sığorta” ASC-ni rəhbərliyi iddia edir ki, iki instansiya məhkəməsinin qərarları qanuni deyil. ASC rəhbərliyinin fikrincə, Nazim İbrahimov tutduğu yüksək dövlət vəzifəsindən istifadə edərək məhkəmələrə təsir edib. Belə ki, sığorta predmetini daşınmaz əmlak kimi sığortalıya məxsus 3 ayrı-ayrı mənzil - Yasamal rayonu, S.Tağızadə küçəsi, 59 ünvandakı evin 18, 19 və 20 saylı mənzilləri təşkil edir. Yəni sığortanın predmetini yalnız daşınmaz əmlak təşkil edir.

“Həmin mənzillərdəki daşınar əmlaklar sığorta predmetinə daxil deyil və mənzillərdəki daşınar əmlaklar tərəfimizdən sığortalanmayıb. Bundan başqa, sığortalı tərəfin Azərbaycan Respublikası qanunvericiliyi ilə yerinə yetirilmədiyi halda məsuliyyət (həmçinin mülki məsuliyyət) nəzərdə tutduğu və öhdəsinə götürmüş olduğu vəzifələri yerinə yetirməməsi nəticəsində sığorta hadisəsi baş verib. Bu səbəbdən də Mülki Məcəllənin 935.1.2-ci maddəsinə əsasən  qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi sığorta ödənişinn verilməsindən imtina üçün əsasdır.

Bundan başqa, yanğın hadisəsi üzrə aparılmış təhqiqat zamanı həm sığortalının izahatı ilə, həm də bütün sənədlərlə sübuta yetirilib ki, yanğına səbəb kimi sığortalı Minayə İbrahimova, sığorta predmeti olan mənzilləri 08 mart, 2012-ci il tarixdə saat 17:00 radələrində ailəliklə tərk ediblər və mənzildən çıxarkən bütün elektrik xətlərini cərəyandan ayırıb, lakin qızdırıcı sobanı işlək vəziyyətdə qoyaraq bağ evinə gediblər. Göründüyü kimi, yanğın hadisəsinin baş verməsinə səbəb işlək vəziyyətdə qoyulmuş qızıdırıcı sobanın nəzarətsiz vəziyyətdə qoyularaq evi tərk edilməsi nəticəsində sobanın həddən artıq qızaraq taxta tavanı alışdırması olub. Sığortalı qaz sobasının nəzarətsiz qoyaraq tərk etməməsi vəzifəsini pozmaqla yanaşı həmçinin mənzildə istifadə edilən qaz cihazlarının texniki göstəricilərinə də riayət etməyərək qaz sobasınn daimi nəzarət edlməsinə də şərait yaratmayıb” - deyə “Era Trans Sığorta” ASC-dən bildirilir.

ASC-dən o da bildirilib ki, Yasamal rayon Qaz İstismarı İdarəsinin (Qİİ) işçiləri tərəfindən tərtib edilmiş 02.12.2011-ci il tarixli aktdan görünür ki, məsul işçilər sığortalı mənzildə qaz cihazlarının yoxlanması üçün dəfələrlə gəlsələr də qapı açılmayıb və mülkiyyətçi tərəfindən şərait yaradılmayıb: “Bu səbəbdən də mənzilə gedən qaz xətti sayğacdan ayrılıb. Mənzildə qazın istifadəsinin dayandırılmasına baxmayaraq qaz xətti qanunsuz olaraq plastik boru ilə bərpa edilib”.

“Era Trans Sığorta” ASC İbrahimovlara dəyən ziyanı ödməyə hazır olduğunu, lakin zərərin aradan qaldırılması və mənzilin təmir edilərək əvvəlki vəziyyətə gətirilməsinin mümkünlüyünə baxmayaraq qarşı tərəf kredit məbləği həcmində ödəniş tələb edir: “Məhkəmənin sığorta predmeti olan əmlakların dəyərinin 800000 manat məbləğində qiymətləndirməsi də iş üzrə heç bir əsasa söykənmir. Sığorta predmeti olan S.Tağızdə küçəsi, 59 saylı evin 20 saylı mənzilinin ümumi sahəsi 80 kv.m, 19 saylı mənzilin ümumi sahəsi 79 kv.m, 18 saylı mənzilin ümumi sahəsi 47 kv.m-dir. Mənzillərin sığorta hadisəsi baş verən anda orta bazar dəyəri, hər 3 mənzilin birlikdə cəmi maksimal dəyəri 400000 manat təşkil edir. Lakin məhkəmə tərəfindən sığorta predmeti olan mənzillərin dəyəri süni şəkildə şişirdilərək 800000 manat dəyərində qiymətləndirilib. İş materiallarına əlavə edilmiş və “MBA Marketing Business Analysis” şirkəti tərəfindən verilmiş 10.06.2013-cü il tarixli arayışdan görünür ki, sığorta predmeti yerləşən ərazidə yüksək təmirli mənzilin 1 kv.m-nin dəyəri təxminən 2000 manat olmaqla sahəsi 79 kv.m olan mənzilin dəyəri 150000 manat, sahəsi 80 kv.m olan mənzilin dəyəri 152000 manat, sahəsi 47 kv.m olan mənzilin dəyəri 95000 manat təşkil edir.

Lakin məhkəmənin heç bir sənədə istinad etmədən mənzilin hadisə baş verən günə qiyməti kimi müəyən etdiyi məbləğdən belə çıxır ki, guya həmin mənzillərin 1 kv.m dəyəri 7 min manat olub. Bu istinadın isə heç bir əsası yoxdur və bu da işdə olan sübutlarla təkzib edilir. Hazırda həmin mənzillərin yerləşdiyi ərazilər dövlət ehtiyacları üçün satın alınır və hər kvadratmetr üçün qoyulmş məbləğ 1500-2000 manat təşkil edir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar