Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazim Bəydəmirli: “Məmur sahibkarlığı ləğv olunmalıdır”

İqtisadçı- ekspert Nazim Bəydəmirli Turan-ın "Çətin sual" proqramına müsahibəsində Azərbaycanda yeni qurulmuş hökumətin əsas prioritetlərindən danışıb


Sual: Azərbaycanda yeni təşkil edilmiş hökumətin tərkibini necə xarakterizə edərdiniz? İslahatçı hökumət adlandırmaq olarmı?

Cavab: Çox təəssüf ki, islahatçı hökumət adlandıra bilmərik. Əvvəlki hökumətin davamıdır. İslahat etmək üçün təbii ki, Nazirlər Kabineti bütövlükdə müstəqil olmalıdır. Yəni, Prezident Administrasiyasından asılı olmamalıdır. İndiki anda hər bir qərar Prezident Administrasiyasında müvafiq şöbələr vasitəsi ilə rekonstruksiyaya məruz qalır. Belə demək mümkündürsə, bizdə paralel hökumət strukturları var. Ona görə hökumətin tam müstəqil olması üçün Nazirlər Kabineti Prezident Administrasiyasından asılı olmamalıdır. Qərarları müstəqil qəbul etməlidir. Bu qərarlar onların ümumi kollegial orqanı olaraq Nazirlər Kabinetinin iclaslarında müzakirə olunub qərar qəbul olunmalıdır. Təəssüf ki, bizdə nazirlər öz sahələri ilə bağlı ancaq Nazirlər Kabinetinin rəhbərliyi ilə deyil, Prezident Administrasiyasının müvafiq şöbələri və yaxud prezidentin köməkçiləri ilə razılaşdırıb qərar qəbul edirlər.

Sual: Hökumətin ilk addımları nə olmalıdır? Ölkədə sosial-iqtisadi sahədə, o cümlədən sahibkarlığın inkişafı ilə bağlı daha çox hansı addımlar atılmalıdır?

Cavab: İlk öncə məmur sahibkarlığı ləğv olunmalıdır, inhisarçılıq aradan qaldırılmalıdır. Ölkənin təbii ehtiyatları nə qədər çox olsa da, onun gəlirləri nə qədər əhəmiyyətli olsa da, ölkənin daxilində sahibkarlıq inkişaf etməsə, iqtisadiyyat rəqabətə davamlı olmasa biz dayanıqlı inkişafı təmin edə bilməyəcəyik. Hesab edirəm ki, Nazirlər Kabineti 2005-ci ildən əvvəl qəbul olunmuş bəyannamələrlə bağlı yəni, məmurların əmlak və gəlirlərini təqdim etməsi üçün bəyannamə formasını təsdiq edərək bu bəyannamələrin tətbiqinə başlamalıdır. Səlahiyyətləri əllərində cəmlənmiş bir çox nazirliklərin rəhbərləri əslində sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar, bu, heç kəsə də sirr deyil. Dövlət satınalmaları vasitəsi ilə həyata keçirilən layihələr belə həmin nazirliklərin qeyri-rəsmi bölgüsü əsasında həmin şirkətlərə verilir. Buna bir daha sübut gətirməyə ehtiyac da yoxdur. Jurnalist araşdırmalarında bu mövzuda kifayət qədər danışılıb. Məmur nə zamana qədərsə sahibkarlıqla məşğul olursa, o, dövlət işi ilə məşğul olmayacaq. Təbii ki, günün əksər vaxtını öz biznesinin idarə edilməsi ilə keçirəcək.

Sual: Maliyyə-bank sisteminin sağlamlaşdırılması üçün nə etmək lazımdır?

Cavab: Maliyyə-bank sistemi dedikdə, təbii Beynəlxalq Bankın özəlləşdirilməsi tam həyata keçirilməlidir. Bundan əlavə təəssüf edirəm ki, son illər müəyyən obyektiv və subyektiv səbəblərdən dövlətin maliyyə sektoruna müdaxiləsi davam edir. Dövlət iqtisadiyyata da müdaxilə edir. Büdcə hesabına bir çox səhmdar cəmiyyətləri, məhdud məsuliyyətli cəmiyyətlər yaradılır. Əslində dövlətin iqtisadi fəaliyyətlə məşğul olması heç də yaxşı perspektiv vəd etmir. Çünki artıq tarixdə sübut olunmuş faktdır ki, dövlət nə vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olursa bu, dövlət vəsaitinin səmərəsiz xərclənməsinə gətirib çıxarır, korrupsiyanı çiçəkləndirir. Ona görə dövlət öz yükünü daha çox sahibkarlığın çiyninə qoymalıdır. Bunun üçün sahibkarlığa daha münbit şərait yaradılmalıdır. Bank-maliyyə sektorunun əsas prioriteti daxildə olan kredit resurslarının ucuzlaşdırılmasını, əlçatanlığını təmin etməlidir. Üst qurumlar ləğv olunmalıdır. Necə ki, Sahibkarlığa Kömək Milli Fondu kimi və sahibkarın maliyyə resursunu "bölmək" imkanında olan digər qurumlar ləğv olunmalıdır. Fikrimcə, bank sektorunda birbaşa rəqabət artmalıdır ki, faiz dərəcələri aşağı düşsün. Xarici bankların da Azərbaycanda işləməsinə şərait yaratmaq lazımdır. Bu, klassik iqtisadiyyatın tələbləridir. Çox təəssüf edirəm ki, son iki ildə müxtəlif dövlət qurumları daha geniş fəaliyyət göstərirlər, sahibkarlıq subyektlərinin görəcəyi işi özləri görürlər. Son hadisə Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) sosial evlər layihəsidir, əslində bu, bir kommersiya layihəsidir. Çox təəssüf edirəm ki, dövlət büdcəsi hesabına kommersiya fəaliyyəti ilə məşğul olurlar.

Sual: Hökumətin idxal-ixrac siyasəti, o cümlədən gömrük siyasəti necə qurulmalıdır?

Cavab: Yeni Nazirlər Kabineti təsdiq olunana qədər prezidentin Vergilər Nazirliyinin idxal-ixrac əməliyyatlarına nəzarət etməsi haqqında gözəl bir sərəncamı oldu. Düzdür, bir nonses var. Hökumətin öz daxilində olan iki qurum arasında razılaşma protokolu imzalanır. Əslində bu, qanun çərçivəsində olmalı idi. Bizdə vergi ilə məşğul olan bir neçə orqan var. İdxaldan əlavə dəyər və aksiz vergilərini Gömrük Komitəsi toplayır. Sosial sığorta da əslində özü-özünü maliyyələşdirən bir vergi növüdür, bunu Dövlət Sosial Müdafiə Fondu toplayır. Təklif etmişəm ki, hər iki qurum ləğv olunsun, onların vergiyığma funksiyası Vergilər Nazirliyinə verilsin. Təəssüf ki, bu, bir yarımçıq addımdır. Ancaq ümid edək ki, gələcəkdə bu tamamlanacaq. Yəni, vergini bir qurum yığmalıdır. Büdcə problemləri bir qurumun səviyyəsində həll olunmalıdır.

<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/dFvXUcrzvvA" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen></iframe>

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar