Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazarbayevin Bakı səfəri düşməni rahatsız edib


Azərbaycanın sadiq müttəfiqi Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı prosesə qoşula bilərmi? Eekspertlərdən maraqlı açıqlamalar


Qazaxıstanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə qoşulması hesab etmirəm ki, indiki situasiyada nəyisə dəyişə bilər”. 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu fikri Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycan paytaxtına səfəri, türkdilli ölkə başçısının Qarabağ prosesində hansısa rol oynaya biləcəyi ehtimallarını “Yeni Müsavat”a şərh edərkən söylədi.

Bununla belə, o qeyd etdi ki, Qazaxıstanın Azərbaycana dəstəyi olduqca vacibdir: “Bu dəstək KTMT-də və Avrasiya Birliyində mövcuddur. Türkdilli olmağını bir kənara qoyaq, ümumilikdə Qazaxıstan çox vacib müttəfiqdir”.

Qeyd edək ki, 90-cı illərin əvvəllərində, hələ ATƏT-in Minsk Qrupu formalaşdırılmamışdan öncə Qazaxıstan Qarabağ məsələsinin sülh yolu ilə həlli istiqamətində bir neçə dəfə təşəbbüs göstərib. Hətta 1991-ci ilin noyabrında Bakıda aparılan Qarabağ müzakirələrindən sonra Xankəndi şəhərinə uçarkən erməni terrorunun məhv etdiyi yüksək çinlilər arasında Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov da var idi. Sabiq nazir də həmin dövrü yaxşı xatırladığını dedi. Bildirdi ki, sonrakı proseslərdə də danışıqlarda Qazaxıstan iştirak edib: “Sabiq xarici işlər naziri Tofiq Qasımov 2-3 dəfə Qazaxıstana səfər etmişdi, həmçinin sonra məni mütəxəssis kimi göndərdilər danışıqlara. O zaman Nazarbayev hamımızı qəbul etdi. Astana o vaxt kömək etmək istəyirdi. Raffi Ovanisyan o vaxt xarici işlər naziri idi, bir-iki raund danışıqlar oldu, amma nəticəsiz başa çatdı”.

Qazaxıstanın həmsədrliyə gətirilməsini çətin və faydasız sayan T.Zülfüqarov hesab edir ki, Astananın Qarabağ məsələsinin həllinə kənardan dəstəyi daha yaxşıdır, nəinki birbaşa: “Əsas problem budur ki, regionda nüfuzu olan vasitəçilər - ABŞRusiya Ermənistana təsir göstərmir. İşğala görə Ermənistana sanksiya tətbiq olunmalıdır. İşğalçıya qarşı BMT tərəfindən hansısa sanksiyalar qəbul olunsa, bu, Ermənistana ciddi zərbə olar. Yaxud indiki halda Qazaxıstan Ermənistandan tələb edə bilər ki, torpaqları azad etsin və ya Türkiyə kimi işğal bitənə kimi əlaqələrini kəsə bilər. Bu, daha effektli olar. Ümumiyyətlə, ümid Azərbaycan əsgərinə qalıb”.

Bu arada Qazaxıstan prezidentinin Azərbaycana səfəri Ermənistanda ciddi təşvişə səbəb olub. Düşmən ölkədəki lragir.am saytı “İlham Əliyevlə Nazarbayev Ermənistan üçün yeni sürpriz hazırlayır” deyə yazıb (Publika.az) “Ötən il Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfər etdi. Bunun ardınca Qarabağa səfər etmiş Lapşin Bakıya təhvil verildi. Nazarbayevin Bakı səfərindən sonra da Ermənistan üçün yeni sürprizlərin olması mümkündür. Qazaxıstan prezidenti Avrasiya İqtisadi İttifaqının Astana sammitində İlham Əliyevin məktubunu oxuyaraq, Sərkisyanı pis vəziyyətə salmışdı. İndi əsas sual belədir: Əliyev və Nazarbayev bu dəfə Ermənistan üçün hansı sürprizi hazırlayır?”, - deyə sayt qeyd edib.

Sayt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ötən ilin 14 oktyabrında İrəvanda keçirilən iclasını xatırladaraq qeyd edir ki, Nazarbayev həmin vaxt Ermənistana gəlməkdən imtina edib: “Buna səbəb kimi onun xəstəliyi əsas gətirildi. Nazarbayev gəlmədiyi üçün iclasda KTMT-yə erməni baş katibin təyin edilməsi təxirə salındı. KTMT-yə erməni baş katibin təyinatı ötən ilin dekabrında keçirilən iclasda olacaqdı. Lakin Lukaşenko gəlmədiyi üçün məsələ yenə təxirə düşdü. İndi gözlənilir ki, erməni baş katib KTMT-nin apreldə keçiriləcək sammitində təyin oluna bilər. Mümkündür ki, bu təyinatın olmaması üçün Əliyevlə Nazarbayevin hansısa planı var”.

“Əsas məsələ ondan ibarətdir ki, Qazaxıstan KTMT-nin üzvüdür və demək olar ki, bu üzvlük çərçıvəsində Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir”. Politoloq Arzu Nağıyev ermənilərin narahatlığından bəhs edərkən belə dedi. Qeyd etdi ki, Sərkisyanın mövqeyinə Nazarbayevin tutarlı reaksiyalarının dəfələrlə şahidi olmuşuq: “Eyni zamanda Suriya məsələsində Astana bir müstəvi kimi seçilib və artıq dünya tərəfindən terrorla mübarizədə iştirak edən sülhsevər bir dövlət kimi tanınır. Məhz bütün bu məsələlərdən istifadə etməklə Ermənistana təzyiq eləmək, Rusiya ilə münaqişənin həllini reallaşdırmaq üçün Qazaxıstanın Azərbaycana münasibəti mühüm əhəmiyyət kəsb edir. Qazaxıstanın yenidən bu prosesə qoşulması mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, birgə iqtisadi layihələrin də əhəmiyyəti danılmazdır”.

Nəzəri cəhətdən belə hesab edək ki, Astana həmsədr olmaq istəyir. Belə olan halda, Türkiyəni prosesə buraxmayan Ermənistan digər türk dövləti Qazaxıstanın meydanda olmasına razılıq verərmi? A.Nağıyev: “Ermənistan buna məcbur edilə bilər. Rusiya təkid etsə, ayrı çıxış yolu yoxdur. Ortada həm də KTMT var. Türkiyə ilə Qazaxıstan isə bəzi baxışlarına görə fərqlənirlər, buna görə də Qazaxıstan variantı baş tuta bilər”.

Qazaxıstanın və ya başqa ölkənin vasitəçiliyinə ehtiyac yoxdur. 3 böyük dövlət vasitəçidir və tərəflər əlavə vasitəçi istəmir”.

Bu fikirlər isə politoloq Şahin Cəfərliyə məxsusdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar