Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazarbayevin ABŞ səfəri - Rusiyanın narahatçılığı üçün əsas varmı?


Politoloq: “ABŞ yaxşı başa düşür ki, Qazaxıstan bölgənin ən inkişaf etmiş ölkəsidir və bu ölkə ilə strateji əməkdaşlıq ABŞ-ın maraqlarına uyğun gələ bilər”


“Postsovet məkanındakı hər hansısa bir müstəqil respublikanın suveren hərəkətləri Rusiyada qıcıq yaradır”.

Bu sözləri politoloq Qabil Hüseynli Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ABŞ-a rəsmi səfərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Bildiyimiz kimi, ötən həftə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ABŞ-a rəsmi səfəri baş tutub. Səfər çərçivəsində prezident Nursultan Nazarbayev ABŞ prezidenti Donald Tramp, ABŞ rəsmiləri və işgüzar dairələrin nümayəndələri ilə görüşüb. Qazaxıstan prezidenti Nursultan Nazarbayevn Eğ evdə prezident Donald Trampla görüşü zamanı  iki ölkə arasında əlaqələr, təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edilib, bir neçə milyard dollarlıq sazişlər imzalanıb. Nazarbayev Qazaxıstanın bu ölkədən 7,5 milyard dollarlıq məhsul almağa hazır olduğunu bildirib. Eyni zamanda hər iki tərəf dünyanın gündəmində olan vacib məqamlarına da toxunublar. 

Nazarbayev bəyan edib ki, Qazaxıstan ölkəyə səfər edən Amerika vətəndaşları üçün vizasız rejim tətbiq edib və adekvat addıma ümid bəsləyir. Həmçinin Tramla görüşdə iki lider arasında Ukrayna problemi də müzakirə olunub və tərəflər Normand dördlüyü çərçivəsində Ukrayna ilə bağlı aparılan danışıqların Minskdən Astanaya keçirilməsi həm ABŞ lideri tərəfindən, həm də Qazaxıstan prezidenti tərəfindən təklif olunub. Qeyd edək ki, daha əvvəldə Ukrayna rəhbərləri Rusiyanın əsas müttəfiqlərindən və Avrasiya İqtisadi İttifaqının aparığı üzvü olan Qazaxıstanı özlərinə daha yaxın müttəfiq olaraq qiymətləndiriblər. Bəzi politoloqlar və siyasi analitiklər isə Nursultan Nazarbayevin Vaşinqtonda bütün Orta Asiyanın təmsilçisi olaraq çıxış etməsini anormal hal kimi qiymətləndiriblər.

Bu və digər səbəblərdən Nazarbayevin ABŞ yolçuluğu və Trampla bir çox məslələrdə fikirlərinin üst-üstə düşməsi Rusiyada ciddi narahatçılıq və qıcıq yaradıb. Rusiya KİV-ləri  ABŞ-ın "sülhpərvər" Nazarbayev  vasitəsi ilə KTMT-ni dağıtmaq niyyətində olduğunu yazıblar. Bir çox rus KİV-ləri isə Qazaxıstanın ABŞ-dan ancaq rəngli inqilab ala biləcəyinə diqqət çəkiblər. Əslində Rusiyanın narahatçılığı da başa düşüləndir. Çünki Qazaxıstanın Vaşinqtonla əlaqələrinin güclənməsi ABŞ-ın Orta Asiyada güclənməsinə və Rusiyanın zəifləməsinə yol aça bilər.

ABŞ-ın Qazaxıstanla  əməkdaşlığı Rusiya üçün hansı təhlükələr yaradır və bu səfər Rusiya ilə Qazaxıstan arasındakı münasibətlərə hansısa kölgə sala bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynlinin fikirlərini öyrənib.

Image result for qabil hseynli
Qabil Hüseynli: “Belə fikirlər səslənirdi ki, guya Qazaxıstan prezidenti Nursultan Nazarbayev  ABŞ-la Rusiyanı barışdırmaq üçün səfər edib. Halbuki bu fikirlər boşdur”.


ABŞ-Qazaxıstan münasibətlərinin gələcəkdə daha da dərinləşəcəyini ehtimal edən politoloq Qabil Hüseynliyə görə, bu vəziyyətin Rusiyanı qıcıqlandırması normaldır:

“Əslində postsovet məkanındakı hər hansısa bir müstəqil respublikanın suveren hərəkətləri Rusiyada qıcıq yaradır. ABŞ Özbəkistan prezidentini də Vaşinqtona dəvət edib. Bundan əvvəl də Qazaxıstan prezidenti Nursultan Nazarbayevi ABŞ-a dəvət edilmişdi və səfər baş tutdu. Belə fikirlər səslənirdi ki, guya Qazaxıstan prezidenti N. Nazarbayev  ABŞ-la Rusiyanı barışdırmaq üçün səfər edib. Halbuki bu fikirlərin boş olduğu ortaya çıxdı. ABŞ Qazaxıstanla ikili əlaqələrin dərinləşməsi və genişlənməsinə can atır. Həmçinin Qazaxıstan da bu fikirdədir və bu istiqamətdə ciddi təkliflər verib. Ona görə də Rusiyanın narahatçılığı təbii qəbul olunmalıdır. Çünki ABŞ Rusiya üçün ən strateji əhəmiyyətli olan Orta Asiya dövlətləri ilə əlaqələrini genişləndirir. Bu Kremlin maraqlarına daban-dabana ziddir.

Görüşdə ABŞ Xəzər dənizinin dərin hissələrindən neft çıxarmaq üçün yeni texnologiyaları  Qazaxıstana verməyə hazır olduğunu bildirib. Bundan başqa, Qazaxıstan neftinin Bakı-Ceyhan neft kəməri vasitəsilə Aralıq dənizinə çıxarılması məsələsi də müzakirə olunub. Ən başlıcası isə ikili əlaqələrin daha da inkişaf etdirilməsi, bu  əlaqələrin iqtisadi və siyasi sahələrdə geniş yayılması məsələsinin müzakirə olunmasıdır. Səfər çərçivəsində bundan sonrakı dönəmdə ABŞ-ın Qazaxıstana qarşı hər cür yardım və köməyə hazır olduğu bildirilib. 

ABŞ yaxşı başa düşür ki, Qazaxıstan bölgənin ən inkişaf etmiş ölkəsidir və bu ölkə ilə strateji əməkdaşlıq ABŞ-ın maraqlarına uyğun gələ bilər. Həmçinin Qazaxıstanla uğurlu əməkdaşlıq bütün Orta Asiyanın qapılarını ABŞ üçün açır. Bu da Çin və Rusiya üçün yeni geopolitik problemlər yarada bilər. Təbii ki, Rusiya bundan narahatdır və Qazaxıstanın ABŞ-la müasibətlərinin çox da dərinə getməsini istəmir. Lakin buna baxmayaraq, ABŞ-Qazxıstan münasibətlərinin artıq bünövrəsi qoyulub. Zənnimcə, bu münasibətlər gələcəkdə daha yaxşı inkişaf etdiriləcək”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar