Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazarbayev: “Üçüncü dünya müharibəsi artıq başlayıb”


“Üçüncü dünya müharibəsi artıq başlayıb. Yaxın Şərqdə ard-arda baş verən terror aktları bunu sübut edir”


Bu sözləri Qazaxıstanın prezidenti Nursultan Nazarbayev deyib.

N.Nazarbayevin sözlərinə görə, Yaxın Şərq üçüncü dünya müharibəsinin, soyuq müharibənin ən müxtəlif formaları ilə qarşı-qarşıyadır:

"Bu zorakı siyasət elə müharibə deməkdir. Mənim fikrimcə, artıq 3-cü dünya müharibəsi başlayıb və mən bunu müxtəlif sferalarda müşahidə edə bilirəm. Məsələn, iqtisadi-siyasi sanksiyalar və onların nəticələri, soyuq müharibə şəraiti, informasiya müharibəsi, kibermüharibələr, "yumşaq güc" müharibələri və s. Dünyanın müxtəlif regionlarında müxtəlif dövlətlərin təsiri və təzyiqi altında başlayan savaşdan, qlobal təhlükədən uzaq durmaq üçün çıxış yolu tapılmalıdır. Buna görə Qazaxıstan xüsusi təşəbbüslərlə terrorla mübarizə aparır. Öz müstəqilliyini qorumaq məqsədilə bütün ölkələrin eyni strategiyanı yeritməsi gözləniləndir".

N.Nazarbayev onu da əlavə edib ki, beynəlxalq terrorizm artıq öz çərçivəsindən çıxaraq geniş vüsət alıb:

"Artıq üçüncü minilliyin başlanğıcından terror aktlarının sayı 10 dəfə çoxalıb. Ötən il 104 ölkədə terror aktı qeydə alınıb ki, bu da dünyanın yarısı deməkdir. Yəni coğrafiyaya nəzər salsaq, faktiki olaraq terrora qarşı mübarizə başladılsa da, biz üçüncü dünya müharibəsini yaşayırıq. Terror aktları və buna məsuliyyət daşıyan şəxslər isə həmin ölkələri tərk edərək digər ölkələrə köçür. Bu, bütün Asiya üçün ciddi təhlükədir". (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar