Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanlı oliqarxın oğlu və qardaşı uşaqlarıdan izləyicilərinə qadağa Fotolar

Həm Bakı küçələrində, həm öz İnstagram səifələrində lüks avtomobil kolleksiyalarını və dəbdəbəli həyatlarını nümayiş etdirən gənclər mətbuatdan və onları sosial şəbəkələrdə izləyənlərdən inciyiblər. Buna görə də öz sosial şəbəkə hesablarını bağlayıblar


Bir neçə gün əvvəl mətbuatda “Bakı küçələrində şütüyən lüks avtomobillər” başlıqlı yazılarda oxuculara təqdim olunan avtomobillərin kimlərə məxsus olması haqda məlumat vermişdik.

Araşdırma zamanı məlum olmuşdu ki, dəyəri yüz minlərlə dollarla ölçülən “Lamborghini”, “Ferrari”, “Mercedes”, “Maseratti”, “Audi” kimi bir çox markalı avtomobil kolleksiyası Azərbaycanda tikinti sektorunda böyük pay sahibi olan “Şərurlu İsfəndiyar” kimi tanınan naxçıvanlı iş adamı İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova və onun qardaşı uşaqlarına məxsusdur.

Məlum olan maraqlı məqamlardan biri bütün lüks avtomobillərin “200” seriyalı olması idi. Müxtəlif markalı “200” seriyalı avtomobillərlə dəbdəbəli villaların, lüks məkanların qarşısında fotolar çəkdirən oliqarx oğlu və qardaşı uşaqları bu göstərişli həyatlarını öz İnstagram səhifələrində nümayiş etdirirdilər.

Oliqarx oğlunun və əmisi uşaqlarının İnstagram səhifəsində minlərlə izləyicisi var idi. Hər bir sosial şəbəkə istifadəçisi onların zəngin həyatını, əyləncə dolu günlərini izləyə bilirdi. Bu fikri keçmiş zamanda işlətməyimizin səbəbi budur ki, artıq oliqarx övladları öz izləyicilərinə qadağa qoyub. İnstagram səhifələrini bağlayan gənclər artıq lüks həyatlarından olan anılarını yalnız öz dostları və qohumları ilə bölüşməyi qərarlaşdırıblar. Və bir gün ərzində səhifələrini bağlayıblar.

Xatırladaq ki, bu halla ilk dəfə olaraq Axundovlar ailəsinin timsalında rastlaşmırıq. Ötən zaman ərzində də dəfələrə sosial şəbəkələrdə lüks avtomobillərini, xarici ölkələrdəki əyləncəli həyatlarını sosial şəbəkələrdə gözə soxan bəzi məmur və oliqarx övladları sonradan bu əməllərindən peşman olmuşdular. Onlar da eyni ilə Axundovların gəncləri kimi öz hesablarını bağlamışdılar.

Yəqin ki, bu yazı ilə tanış olan oxucular üçün haqqında danışdığımız fotolar maraqlı olar. Həmin fotoları təqdim edirik.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar