Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanın da Konstitusiyası dəyişdiririlir

18 yaşlı gənc Naxçıvana rəhbərlik edə biləcək


Azərbaycan Milli Məclisində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər müzakirəyə çıxarılacaq.

APA-nın məlumatına görə, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Milli Məclisə göndərdiyi konstitusiya layihəsi oktyabrın 20-də plenar iclasda müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən, Naxçıvan MR Konstitusiyasının 8-ci (Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququ) maddəsinin üçüncü hissəsində hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin “seçkilərdə iştirak etmək” hüququ, “seçilmək” hüququ ilə əvəzlənir.

MR Konstitusiyasının 15-ci (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığına namizədlərə aid tələblər) maddəsinə edilən dəyişikliyə əsasən isə Muxtar Respublikanın Ali Məclisinə seçilən deputata aid tələblərdə minimum 25 yaş məhdudiyyəti ləğv edilir. Bildirilir ki, seçkilərdə iştirak etmək hüququna malik hər bir Azərbaycan vətəndaşı məclisə deputat seçilə bilər.

Konstitusiyanın 19-cu (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından məhrum etmə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinə edilən əlavə bəndlərə görə isə deputatın mandatdan məhrum etmə tələbi 5-dən 7-ə qaldırılır. Bunlar aşağıdakılardır:

- bu Konstitusiyanın 23-cü maddəsinin II hissəsinin tələbini pozduqda (Naxçıvan Muxtar Respublikasımn Ali Məclisində qanunlar və qərarlar Azərbaycan Respublikasmm Konstitusiyası və bu Konstitusiya ilə müəyyən edilmiş qaydada qəbul edilir);
– deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda;

Konstitusiyanın 29-cu (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə aid tələblər) maddəsinə edilən dəyişikliyə görə isə, sədr seçilmək üçün minimum 30 yaş məhdudiyyəti ləğv edilir.

MR Konstitusiyasına edilən digər dəyişikliyə görə isə muxtar respublikanın baş naziri vəzifəsinə tələb olunan minimum 30 yaş məhdudiyyəti, muxtar respublikanın NAzirlər Kabinetinə üzvlüyə tələb olunan minimum 25 yaş məhdudiyyəti ləğv olunur. Bunun əvəzinə “Naxçıvan MR Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir” tələbi təsbit edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar