Çərşənbə, 16 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Naxçıvandan Ermənistana verilən mesaj...

PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin yazısın təqdim edir


Dövlət başçısı İlham Əliyevin ötən gün Naxçıvana səfəri çərçivəsində Ermənistanın yeni hakmiyyətinin sərt ritorikası fonunda Yerevanın 50 km.də işğalçılara verdiyi mesajlar xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, prezidentin Naxçıvanda birbaşa Ermənistana yönələn mesajları, Azərbaycan ərazisinə səfər edən baş nazir Paşinyanın Şuşada verdiyi bəyanatlarına qarşı sərt xəbərdarlığı idi. Çünki, işğalçı ölkədə "məxməri inqilabın" eyforiyasında olan baş nazir Nikol Paşinyan və qurduğu kabinet Qarabağ danışıqlarında masada olan təkliflərin dəyişdirilməsinin ehyamını vurur. Bununla paralel işğal olunmuş ərazilərimizdə hərbi təlimlər keçirirlər.

Göründüyü kimi rəsmi Yerevanın həm siyasi, həmdə hərbi müstəvidə ölkəmizə qarşı təxribatları yeni müstəviyə keçir. Dövlət başçısının məhz Naxçıvanda müasir və güclü ordunun olmasını qeyd etməsi, Yerevana bu bu istiqamətdən də təkcə müdafiə deyil, hücum əməliyyatları keçirə bilməsini xatırlatdı. Bu bəyanatdan işğalçı ölkə bilməlidir ki, təkcə, Qarabağ cəbhəsində deyil, Naxçıvan istiqamətində də ağır məğlubiyyətə uğraya bilər. Qeyd edim ki, son illərdə Naxçıvanın müdafiəsi ilə əlaqədar buradakı ordunun döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində hərbi aviasiya parkının yatadılması(Qeyd edim ki, Naxçıvanda heç vaxt aviasiya parkı olmayıb), müasir raketlərlərlə, artilleriya və zirehli texnika ilə təchiz edilməsi, Ermənistanda ciddi narahatlıq doğurur. Bizim aviasiya parkının salınması, bu istiqamətdə düşmən üzərində havada üstünlüyümüzü şərtləndirir. Demək olar ki, Naxçıvan hərbi birləşməsi, Ermənistan ordusunu təkbaşına məğlub etmək iqtidarındadır və muxtar respublikanın müdafiəsini yüksək səviyyədə təşkil edir. 

Bundan sonra Ermənistan ordusu, Naxçıvan istiqamətində təxribatlara getməyəcəyi gözlənilir. Bir məsələni qeyd edim ki, Rusiya -Ermənistan birgə qoşun birləşməsi məhz Naxçıvan istiqamətində yerləşdirilib. Ona görəki, Türkiyə ilə birgə silahlı qüvvələrimizin burada mütəmadi hərbi təlimlər keçirməsi, Türkiyənin hərbi varlığının hiss edilməsi, bu istiqamətdə müdafiəni Rusiyanın ixtiyarına verib. Buna baxmayaraq, Qarabağda aktiv hərbi əməliyyatlar başlayarsa, Naxçıvan hərbi birləşməsi işğalçıya arxadan zərbə vurmalı, Mehri dəhlizini götürüb Naxçıvanla korridoru açmalıdır.

Dünyada və regionda hərbi vəziyyət gərginləşir, yeni dünya nizamı formalaşır. Ona görədə istənulən ssenarini dəf edərək, işğal olunmuş ıraziləri geri almalıyıq.

pia.az
Etiket:
loading...