Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanda zabit ailələrinə yeni mənzillər təqdim olundu


İyunun 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan şəhərində 9 zabit ailəsinə yeni xidməti mənzillər təqdim olunub, hərbi şəhərcikdə yeni park istifadəyə verilib


İki və üçotaqlı mənzillərdə bütün kommunal məişət şəraiti yaradılıb, mebel dəstləri qoyulub. Mənzillə təmin olunan zabit ailələrinə xalça hədiyyə olunub.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov general-mayor ali hərbi rütbəsini Əlahiddə Ümumqoşun Ordunun zabiti Elxan Əlibəyova təqdim edib, təltif olunan zabitləri və mənzillə təmin olunan ailələri bir daha təbrik edib.
 
Bundan başqa yeni istirahət parkı salınıb. 1 hektar sahəni əhatə edən parkda 80 növdən artıq gül kolu və dekorativ ağaclar əkilib, fontan düzəldilib, müasir işıqlandırma sistemləri qurulub. Parkın ərazisində oturacaqlar və şahmat stolları qoyulub, konsert və mədəni-kütləvi tədbirlərin təşkili üçün səhnə yaradılıb.
 
Tikinti işləri aparılarkən hərbi şəhərcikdəki 6 xidməti yaşayış binası da yenidən qurulub, binaların kommunikasiya xətləri, qapı, pəncərə və dam örtükləri yenilənib. (azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar