Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” sərəncam imzalayıb
Virtualaz.org naxcivantv.az-a istinadən bildirir ki, sərəncama əsasən xüsusi istedada malik olan Naxçıvan Musiqi Kollecinin tələbəsi Sərxan Əliyev (balaban üzrə) və Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Pərviz Qasımovun (şahmat üzrə) adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılacaq.
Onlar həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.
pia.az