Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanda Süni Mayalanma Mərkəzinin yaradılacaq

Prezident İlham Əliyev bu gün "Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb


Sərəncama əsasən, Süni Mayalanma Mərkəzinin yaradılması işlərinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 3 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

Sərəncamda bildirilir ki, ölkədə qeyri-neft sektorunun vacib tərkib hissəsi kimi aqrar sahənin inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir. Belə ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair çoxşaxəli tədbirlər görülür, ərzaq və qida təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sektorun inkişafına yönələn mühüm layihələr həyata keçirilir. Yeni qurulan və müasir avadanlıqla təchiz edilmiş infrastruktur, o cümlədən heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə yaradılan süni mayalanma mərkəzləri heyvandarlığın inkişafında mühüm rol oynamaqdadır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar