Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvan istiqamətində gərginliyin artması ermənilərin maraqlarına xidmət edir?


Məhəmməd Əsədullazadə: “Naxçıvandan təxribatlara rəvac verərək rəsmi Yerevan münaqişəni Qarabağ cəbhəsindən yayındırmaq, Azərbayacanı qınaq obyektinə çəkmək istəyir”


Əvəz Həsənov: “Naxçıvanda yeni mühəndis istehkamlarının tikilməsi Dağlıq Qarabağdan kənarda Azərbaycan-Ermənistan qarşıdurmasını tətikləyə bilməz”.

Ermənistanda baş verən son hadisələrdən sonra cəbhə xəttində vəziyyət demək olar ki, daha da gərginləşib. Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub. Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, törədilən təxribatın arxasında bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri birbaşa dayanır və bu təxribatın onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur. Azərbaycan Xarici İçlər Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini istədikləri ilə bağlı verdikləri bəyanatlar işğalçı siyasəti pərdələməkdən başqa bir şey deyil və Ermənistan tərəfinin bu tipli bəyanatları absurd xarakter daşıyır.

Ermənistan tərəfi isə dünənki təxribatı Naxçıvan-Ermənistan sərhədində Azərbaycan tərəfinin mühəndis istehkamlarının yenilənməsi ilə əlaqələndirib. Ermənistan tərəfi bildirib ki, Azərbaycanın sərhəddə möhkəmlənməsinə imkan verməyəcəklər. Ermənistan Müdafiə Nazirliyindən bildiriblər ki, Yeravan Bakıya xəbərdarlıq edir ki, Azərbaycan Ermənistan sərhədində mühəndis istehkamlarının qurulması atəşkəsin pozulmasına yol açacaq və bu da itkilərə səbəb olacaq.

Xatırladaq ki, Azərbaycan XİN rəsmiləri daha əvvəl elan etmişdilər ki, yeni Ermənistan hökuməti ilə danışıqlara hazır olacaqlar. Amma görünən budur ki, Qarabağ məsələsində  Ermənistanın yeni hökumətinin keçmiş hökumətdən fərqlənən siyasəti müşahidə olunmayacaq. hazırkı durumda isə Azərbaycan ordusu Qarabağ sərhədlərindən çox uzaqda, Naxçıvanda itki verməklə əslində Azərbaycan tərəfi təxribata cəlb edilir.

Hazırkı vəziyyətdə Naxçıvanda yeni mühəndis istehkamlarının tikilməsi Dağlıq Qarabağdan kənarda Azərbaycan-Ermənistan qarşıdurmasını tətikləyə bilərmi və Ermənistanın bu aqressiyasına bu tipli bəyanatlarla haqq qazandırması qəbul ediləndirmi? Ümumiyyətlə Naxçıvan cəbhəsində gərginliyin artması ermənilərin hansısa maraqlarına xidmət edirmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə və konfliktoloq Əvəz Həsənova müraciət edib.



Məhəmməd Əsədullazadə: “Naxçıvan istiqamətində rus-erməni birgə hərbi birləşməsi var. Ermənilərin məqsədi Azərbaycanı provakasiya çəkib, Rusiya ilə üz-üzə qoymaqdır”.


Ermənistanın yeni rəhbərliyinin Serj Sarkisyanın Qarabağ siyasətin davam etdirdiyini vurğulayan politoloq Məhəmməd Əsədullazadə əlavə edib ki, hətta Paşinyan bu barədə Sarkisyandan təlimat alacağınıda istisna etməyib. Ermənistanın yeni şərtləri və masada olan təkliflər paketinə dəyişiliklər etmək istəyi əlavə problemlərə yol açacaq və müharibə ehtimalını artıracaq:

Ermənistanda yeni hakimiyyətin formalaşması Qarabağ konfliktinin həllində mümükün  danışıqlarının dayanmasına səbəb olub. Nikol Paşinyan hökuməti əlavə şərtlər irəli sürərək faktiki münaqişənin həllini diplomatik yolla dalana dirəyir. Qeyd edim ki, diplomatik həll variantı üzrə masada olan yenilənmiş Madrid prinsipləri üzrə danışıqlar aparılmalı idi. Azərbaycan XİN qeyd edib ki, növbəti danışıqlar raunduna hazırdır. Amma Ermənistan tərəfi isə müxtəlif yollarla yenidən danışıqlardan yayınır. 

Məhəmməd Əsədullazadə: “Ötən həftə prezidentin Naxçıvana səfəri və buradan Yerevana mesajı görünür ki, Ermənistanı narahat edib”.


Qeyd edim ki,Ermənistan təkcə Qarabağ istiqamətdən deyil, Naxçıvan istiqamətdən də atəşkəsi mütəmadi pozur. Təxribatlara yol verir. Ona görədə burada mühəndis istehkamın qurulması müdafiənin güclənməsinə hesablanıb. Ötən həftə prezidentin Naxçıvana səfəri və buradan Yerevana mesajı görünür ki, Ermənistanı narahat edib. Bu istiqamətdən təxribatlara getməsi ermənilərin planıdır. Çünki, bu istiqamətdə rus-erməni birgə hərbi birləşməsi var. Ermənilərin məqsədi Azərbaycanı provakasiya çəkib, Rusiya ilə üz-üzə qoymaqdır. 

Hazırda Ermənistanın yeni rəhbərliyi Serj Sarkisyanın siyasətin davam etdirir. Hətta Paşinyan bu barədə Sarkisyandan təlimat alacağında istisna etməyib. Ermənistanın yeni şərtləri və masada olan təkliflər paketinə dəyişiliklər etmək istəyi əlavə problemlərə yol açacaq və müharibə ehtimalını artıracaq. Naxçıvandan təxribatlara rəvac verərək rəsmi Yerevan münaqişəni Qarabağ cəbhəsindən yayındırmaq, Azərbayacanı qınaq obyektinə çəkmək istəyir. Onlarım bu siyasəti fiaskoya uğrayacaq və onların mümkün məğlubiyyətini şərtləndirəcək. Özlərinin işğal faktorunu “demokratik imiclə” maskalaya bilməyəcəklər”.

Image result for əvəz həsənov

Əvəz Həsənov: “Ümumi konteksdə bu məsələnin Dağlıq Qarabağ münaqişəsində ciddi təsirinin olacağını görmürəm”.


Konfliktoloq Əvəz Həsənova görə, bu addımı əlavə gərginliyə gətirib çıxaracaq addım kimi Ermənilərin dəyərləndirməsi hazırkı vəziyyəti, xüsusən də daxildəki vəziyyətdən xalqın diqqətini yayındırmaq üçündür:

“Naxçıvanda yeni mühəndis istehkamlarının tikilməsi Dağlıq Qarabağdan kənarda Azərbaycan-Ermənistan qarşıdurmasını tətikləyə bilməz. Düşünürəm ki, Ermənistan Naxçıvanda Azərbaycan ordusunun yeni mühəndis istehkamlarının tikilməsindən çox emosional şəkildə istifadə etməyə cəhd edir. Həmçinin Ermənistan Azərbaycanın hər hansı bir ordu quruculuğunun möhkəmləndirilməsi istiqamətində səylərinə qarşı çıxmaq istəyir. Amma ümumi konteksdə bu məsələnin Dağlıq Qarabağ münaqişəsində ciddi təsirinin olacağını görmürəm. 

Təbii ki, ordu qurmaq Azərbaycanın daxili işidir. Xüsusən də Azərbaycan ordusunun  təhlükənin gözlənildiyi sərhədlərdə möhkəmlənməsi normaldır. Eyni zamanda prezidentin Naxçıvana səfəri zamanı orada əlavə ordunun möhkəmləndirilməsi tədbirlərindən söhbət getdi. Hesab edirəm ki, bu addımı da əlavə gərginliyə gətirib çıxaracaq addım kimi Ermənilərin dəyərləndirməsi hazırkı vəziyyəti, xüsusən də daxildəki vəziyyətdən xalqın diqqətini yayındırmaq üçündür.”

Nərminə UMUDLU
pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar